Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Əl-Arabiyya” televiziya kanalı Azərbaycanla bağlı reportaj yayımlayıb

“Əl-Arabiyya” televiziya kanalı Azərbaycanla bağlı reportaj yayımlayıb

11.06.2019 [09:16]

Ərəb dünyasının məşhur “əl-Arabiyya” televiziya kanalında Azərbaycanla bağlı reportaj yayımlanıb.
AZƏRTAC xəbər verir ki, reportajda Azərbaycanın tarixi, mədəniyyəti, əlverişli coğrafi mövqeyi, abidələri barədə məlumatlar yer alıb.
Qeyd edilir ki, Avropa ilə Asiyanın qovuşuğunda, Xəzər dənizi sahilində yerləşən Azərbaycan turistlərin sevdiyi məkanlardan biridir. Dünyanın ən uzun bulvarı Bakı şəhərindədir. Azərbaycan müalicəvi mineral suları ilə də məşhurdur.
Həmçinin reportajda Bakı şəhərindəki qədim məscidlər, tarixi hamamlar, abidələr, eləcə də Şirvanşahlar sarayı, Sıratağlı dini-memarlıq kompleksi, Yanardağ barədə də məlumatlar yer alıb.
Azərbaycanın qədim tarixə və zəngin mədəniyyətə malik olduğu vurğulanır, Qız qalasının tarixindən bəhs olunur.
Reportajda bildirilir ki, əsrlərdir müxtəlif mədəniyyətlərin nümayəndələrinin yaşadıqları Azərbaycan özünəməxsus qədimliyini, nadir mədəniyyətini qoruyub saxlayır.

Paylaş:
Baxılıb: 600 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

İqtisadiyyat

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31