Naqif Həmzəyev: Azərbaycan terrora qarşı mübarizədə daim Türkiyəni dəstəkləyib
12.10.2019 [10:29]
“Bu günlər dünya siyasətçilərinin, kütləvi informasiya vasitələrinin diqqəti Türkiyənin Suriyanın şimalında, Fərat çayından şərqdə başlatdığı hərbi əməliyyatlara yönəlib”.
Bu barədə açıqlamasında Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Naqif Həmzəyev bildirib.
Onun sözlərinə görə, hər gün qarşılaşdığı terror aktları, qonşu ölkələrdəki münaqişələrin təsiri, sonu hələ də görünməyən Suriya böhranının yaratdığı fəsadlar, qaçqın axını kimi vacib məsələlərin birdəfəlik həll edilməsi üçün qardaş Türkiyə bu dəfə terrorçulara qarşı daha genişmiqyaslı əməliyyata start verdi. Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin üstünə kabus kimi çökən terrordan azad olmaq üçün, öz ölkəsinin ərazi bütövlüyünü və təhlükəsizliyini qorumaq üçün Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılması məsələsini ortaya qoydu: “Rəcəb Tayyib Ərdoğan açıq-aşkar ifadə etdi ki, Türkiyəni müharibəyə cəlb etmək, terrorçu qruplaşmalarla üz-üzə qoymaq, ölkə iqtisadiyyatını çökdürmək istəyirlər. Aydın məsələdir ki, belə olan halda antiterror əməliyyatları aparmaq qaçılmazdır. Türkiyə ya erməni əsilli PKK terror təşkilatının təxminən qırx il ərzində ölkədə yaratdığı kabusa, təhdidlərə dözməli, ya da bu problemi kökündən həll etməli idi.
Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələrinin Fərat çayının şərqində başladığı “Sülh çeşməsi” (Barış Pınarı) antiterror əməliyyatı Türkiyənin Suriyada başladığı sayca üçüncü hərbi əməliyyatdır. Məqsəd isə heç bir milli və dini ayrı-seçkiliyə yol vermədən sərhədboyu ərazidə təhlükəsizlik bölgəsi yaratmaq üçün ərazini terrorçulardan təmizləməkdir. Bununla bağlı Türkiyənin Prezidenti Suriyanın şimalında sonuncu terrorçu məhv edilənə qədər hərbi əməliyyatları davam etdirəcəyini bildirib”.
Millət vəkili deyib ki, yaxşı gündə də, çətin gündə də Türkiyənin yanında olan Azərbaycan Respublikası terrora qarşı mübarizələrdə daim qardaş ölkəni dəstəkləyib. Türkiyə dövləti beynəlxalq aləmdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün Azərbaycanın göstərdiyi bütün səyləri həmişə müdafiə edib: “Tarix boyu hər iki ölkə arasında davam edən qardaşlıq, dostluq münasibətləri o səviyyəyə çatıb ki, bunun əksini düşünmək belə mümkün deyil. Türkiyə kimi, Azərbaycan da terrordan ən çox zərər çəkən ölkələrdən biridir. 1980-ci illərin sonundan etibarən, Ermənistan Respublikası əsassız və qanunsuz ərazi iddialarını həyata keçirmək üçün Azərbaycana qarşı dəfələrlə, minlərlə vətəndaşın ölümünə səbəb olan terror hücumları törədib. Ermənistan öz güc strukturlarının bilavasitə iştirakı ilə hazırladığı həmin terror aktlarını beynəlxalq terror qruplarından istifadə edərək həyata keçirib.
Əsas hədəfləri Türkiyə və Azərbaycan olan, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən çoxsaylı ermənilərin terrorçu təşkilatları bilməlidir ki, tarixin ağır sınaqlarından alnıaçıq çıxan bu iki qardaş ölkə bir-birinə dəstək və arxadır.
Həmişə olduğu kimi, bu dəfə də Azərbaycan qardaş ölkənin atdığı addımları və siyasətini birmənalı olaraq dəstəkləyir. Türkiyənin və Dağlıq Qarabağın erməni əsilli terrorçulardan təmizlənəcəyi, zəfər müjdəsinin bayram ediləcəyi gün uzaqda deyil”.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36

