"Freedom House"un hesabatı reallıqdan kənar və qərəzlidir
15.01.2010 [11:08]
Azərbaycanın sürətli inkişafı, qısa zaman kəsiyində regionun aparıcı ölkəsinə çevrilməsi bizə dost olan qüvvələri sevindirdiyi kimi, xüsusi maraqların əsirinə çevrilən, reallığı yalnız öz dar çərçivəsində qiymətləndirməyə çalışan bir sıra beynəlxalq təşkilatları da narahat edir. Məhz özlərini demokratiyanın və insan hüquqlarının qoruyucusu kimi təqdim edən həmin təşkilatlar Azərbaycana qarşı ikili standartlarla çıxış edirlər.
Belə “demokratik” təşkilatlardan biri də “Freedom House” adlı qurumdur. Bu təşkilat Azərbaycanın son illərdə istər iqtisadi, istər siyasi cəhətdən güclənməsini, istərsə də insan haqlarının qorunması istiqamətində apardığı məqsədyönlü və islahatçı siyasəti həzm edə bilmir. Bu isə son nəticədə qurumun yaydığı hesabatlarda qərəz şəklində özünü göstərir. Belə ki, “Freedom House” təşkilatı “Dünyada azadlıq 2009” adlı hesabatında yenə də öz ənənəsinə sadiq qalaraq qeyri-obyektiv mövqe tutub və Ermənistanı “qismən azad” ölkə, Azərbaycanı isə “azad olmayan” ölkə adlandırıb.
ümumiyyətlə, bu təşkilatın hesabatlarının təhlili göstərir ki, “Freedom House” həqiqət arxasınca qaçmır, maraqlarına cavab verməyən ölkələri istəyinə uyğun şəkildə “azad olmayan” “siyahısı”na salır. Hesabatda siyasi və vətəndaş azadlıqlarının vəziyyətinin hansı parametrlərə görə müəyyənləşdirilməsi də bəlli deyil.
Maraqlıdır ki, Azərbaycanla yanaşı, bu dəfə Türkiyəyə qarşı da ədalətsiz mövqe sərgilənib. Belə ki, Türkiyə Ermənistanla birgə “qismən azad” ölkə kimi təqdim olunub. Görəsən, bu dəfə Türkiyənin də hədəfə alınması nədən qaynaqlanır?
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri Elnur Aslanov “Trend News”a verdiyi müsahibəsində qeyd edib ki, “Freedom House”nin qiymətləndirməsi - xaricdən sifarişlə işləyən bir qrup insanın subyektiv qiymətləndirməsidir. 2008-ci il mart hadisələrində deputatlar, jurnalistlər və adi vətəndaşların həbs edildiyi və onlarla diplomatın iş imkanlarından məhrum olunduğu bir ölkənin (yəni, Ermənistanı - P.S.) bu şəkildə qiymətləndirilməsini başqa cür adlandırmaq olmaz. “Freedom House” özünə bu cür qiymət qoyur və sadəcə olaraq, maliyyə böhranında sağ qalmağa çalışır. Elnur Aslanov deyib ki, bu gün Ermənistanda cinayətkarlığın səviyyəsi 56,6 faiz artıb: “Erməni ekspertlərin fikrinə görə, Ermənistanın xarici borcları üDM-un 46 faizini təşkil edir. Buna görə də, bəzi təşkilatlar öz şəxsi mənfəətpərəst maraqlarından çıxış edirlər. Biz tənqidi zəruri hesab edirik, lakin tənqidlər həqiqətə uyğun olmalıdır. Xüsusilə vurğulayıram ki, Azərbaycan inkişaf edir və Ermənistan kimi tənəzzül etmir. Azərbaycan Prezidentinin həyata keçirdiyi hər bir təşəbbüs gələcək illər üçün nəzərdə tutulub və dövlətin, cəmiyyətin inkişafına xidmət edir”.
Sözügedən qurumun Ermənistanla bağlı mövqeyinə toxunan E.Aslanov “Freedom House” Ermənistanda KİV-ə və vətəndaş cəmiyyətinə anoloji dəstəyi təsdiq edə bilərmi? Belə çıxır ki, Azərbaycan kütləvi informasiya vasitələrinin layihələrini dəstəkləyirsə, onların inkişafı üçün şərait yaradırsa, Ermənistanda olduğu kimi, qəzet və telekanallara qadağa qoymursa, üstəlik, vətəndaş cəmiyyətinin inkişafına, “üçüncü sektor”a yönəldilmiş addımlar atırsa, bu zaman biz “qeyri-azad” oluruq? Bu, konyuktir maraqlar tərəfindən müəyyən edilmiş cəfəngiyyatdır” - sözlərini də əlavə edib.
E.Aslanov təşkilatın ümumilikdə regionla tanış olmadığını da deyib. Onun sözlərinə görə, Ermənistandakı siyasi və iqtisadi resessiyalar bitmir: “Bu məruzə klientalistlər qrupunun şəxsi düşüncələrinin məhsuludur. Niyə bu təşkilat Xocalıda törədilən faciə haqqında susur, erməni separatçılarının törətdikləri faktlardan danışmır, Azərbaycan ərazisinin 20 faizinin işğal altında olduğunu görmür və buna göz yumur? Bütün bunlar göstərir ki, həmin sənədlər bu materialları hazırlayan şəxslərin maraqlarına xidmət edir”.
Millət vəkili, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev də “Freedom House”un hesabatının qərəzli, böhtan xarakterli və həqiqətdən uzaq olduğunu deyib. Millət vəkili bildirib ki, sözügedən təşkilat, bir müddət öncə hətta qərəzlilikdən də qabağa gedərək beynəlxalq hüquq normalarını pozub və Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirib: “Bir müddət öncə onlar işğal altında olan Dağlıq Qarabağı Azərbaycanla Ermənistan arasında mübahisəli ərazi kimi vermişdilər. Təəssüf olsun ki, özünü beynəlxalq təşkilat adlandıran bu kimi qurumlar ölkəmizə qarşı bu dərəcədə hörmətsizlik nümayiş etdirib. Mən düşünürəm ki, bu, bir çox hallarda sifarişlə həyata keçirilən missiyadır. Onların mövqeyi tam qərəzlidir və obyektivlikdən uzaqdır. Hesab edirəm ki, belə qərəzli təşkilatlara ümumiyyətlə, fikir verməmək lazımdır. Ermənistanda olan vəziyyət hamıya bəllidir. İnsanları küçədə güllələyiblər, yüzlərlə vətəndaş siyasi əqidəsinə görə məhbəslərdədir, bir çox azadlıqlar boğulur, mətbuatın durumu acınacaqlı haldadır. Bununla yanaşı, Ermənistan qismən azad ölkə hesab olunur. Maraqlıdır ki, onlar bu dəfə Türkiyəni də Ermənistanla eyni siyahıya salıblar. Bu gülüncdür və həqiqətə uyğun deyil. Məlum olur ki, bu hesabatı hazırlayan insanlarda Azərbaycana və Türkiyəyə qarşı bəlli qərəz mövcuddur. Düşünürəm ki, bu qərəz Azərbaycanın beynəlxalq arenada apardığı müstəqil siyasətlə bağlıdır. Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin milli maraqlarını ən yüksək səviyyədə, qeyri-şərtsiz və güzəştsiz müdafiəsi ermənipərəst qüvvələri və onların havadarlarını narahat etməkdədir. Bunu Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycana edilən təzyiqlərin bir forması kimi də dəyərləndirmək olar. Amma bunlar əbəsdir və Azərbaycan heç vaxt öz milli maraqlarını hansısa bir təşkilatın qeyri-dəqiq və qeyri-obyektiv hesabatı ilə dəyişə bilməz”.
Millət vəkili arxada qoyduğumuz 2009-cu ilin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində olduqca dinamik olduğunu xatırladıb. Onun sözlərinə görə, Türkiyənin də kompromisin əldə olunması üçün göstərdiyi fəallıq nəticədə qardaş ölkənin də hesabatda “qara siyahı”ya düşməsinə səbəb olub: “Şübhəsiz ki, bu məqam həmin hesabatda qabarıq şəkildə hiss olunmaqdadır. Türkiyənin regionda möhkəmlənməsi, Azərbaycanla əlaqələrin inkişafı bəzi dairələri narahat etməyə bilməz. Bəzən zahirən tərəfdaş kimi çıxış edən bəzi dövlətlərin də bu cür qərəzli təşkilatları olur ki, reallığı danır. Düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindəki fəallığı önləmək üçün bu cür qərəzli yollara əl atılır”.
Millət vəkili, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə də “Freedom House”un hesabatının qərəzli olduğunu dilə gətirib. Onun sözlərinə görə, bu qurumun Ermənistanda baş verənlərə diqqət yetirməməsi və məsələlərə birtərəfli yanaşması təəssüfləndiricidir: “Ermənistanda həbsxanaya salınan siyasi məhbusların sayı günü-gündən artır. Hətta həbsdə Ermənistan parlamentinin üzvləri də var. Bu ölkədə insan hüquqları kobud şəkildə pozulur. Bu faktları görmədən digər ölkələrə birtərəfli yanaşılması, mövqelərin müəyyən qədər hansısa naməlum maraqlara əsaslanılmasının təzahürüdür. “Freedom House”un hesabatının arxasında ermənipərəst lobbinin də dayanması istisna edilə bilməz”.
Millət vəkili qeyd edib ki, həm Azərbaycanın, həm də Türkiyənin eyni hesabatda qərəzli mövqe ilə üz-üzə qalması Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətindəki dinamikliyə mane olmaq missiyasından da qaynaqlana bilər: “Bu, istisna edilə bilməz. Ən azı Cənubi Qafqazda baş verən proseslərdəki ayrı-seçkilik ola bilsin Türkiyəyə qarşı da münasibətdə lobbinin mövqeyinə adekvatdır”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxSosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50

