Dövlət Miqrasiya Xidməti hara baxır...
16.01.2010 [08:36]
Dünyada minlərlə insan yerdəyişmə edir, iş, daha yaxşı yaşayış arxasınca ayrı-ayrı ölkələrə üz tuturlar. Son illər ölkəmizə gələnlərin sayı da artıb. Bunu rəsmi rəqəmlərlə yanaşı, bizdən fərqli cizgilərə sahib insanlarla daha sıx qarşılaşmağımızdan da anlaya bilərik. Elə götürək, çinliləri. İndi onlarla nəinki paytaxtda, ən ucqar rayonlarımızda da rastlaşırıq. Məlumatlara görə, bu millətin ölkəmizdə sayı günü-gündən çoxalan nümayəndələri şəhərimizdə sadəcə səyyar satışla məşğul olmur. Onların böyük və təhlükəli biznes sahələrində, hətta cinayət və terrorda da adları hallanır. İndi şəhərdə çinlilərin qapalı mühitdə saxlanmasından, onların ucuz işçi qüvvəsi kimi əməyindən istifadə edilməsindən, bir qarın çörək üçün ən ağır işlərdə çalışdırılmasından da danışanlar var, məşhur çin masajının şöhrətindən istifadə edib zirzəmilərdə salon açan, insan ticarəti ilə məşğul olan, qətllər törədən, oğurluqlarda iştirak edən çinlilərin əməllərindən dəhşətlə söhbət açanlar da.
çinlilərin cinayəti
çinlilərin cinayət fəaliyyətini təsdiq edən cəmi bir fakt var. Bu il yanvarın 6-da Qaradağ rayonunun Lökbatan qəsəbəsində insan oğurluğu faktı aşkarlanıb. Bu fakt qəsəbədəki yeni yaşayış sahəsində kirayədə yaşayan çin Xalq Respublikasının vətəndaşı Zhanq Yaoqin həyat yoldaşı Zhanq Venlin oğurlanması ilə bağlı olub. Qurbanın azadlığa buraxılması müqabilində üç yüz min ABŞ dolları tələb olunub. Məlumat əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirilib. DİN-in mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidovun məlumatına görə, bu, çinlilərin insan oğurluğunda iştirakı barədə yeganə rəsmi faktdır. Həmin fakta görə, insan oğurluğunu reallaşdıranlar da elə çinlilər olub.
“Qanuni” çinlilər
Paytaxtda hər addımbaşı rastlaşdığımız çinlilərin ölkəmizdə qanunsuz yaşadıqları ortaya çıxır. Onlar turist kimi və ya müvəqqəti xarakterli başqa yollarla gəlir, sonra ölkəni tərk etmirlər. Qanuni yolla ölkəmizə gələn və gəlişinin məqsədi barədə məlumatın mövcud olduğu çinlilərin sayı təklik və onluq rəqəmlərlə göstərilir.
Məsələn, Sosial Müdafiə Nazirliyinin Miqrasiya İdarəsinə rəsmi məlumatına görə, fərdi icazə alan miqrantların sayı 5784 nəfərdir. Nazirliyin mətbuat xidmətinin rəhbəri Elnur Kələntərovun sözlərinə görə, bu rəqəmin içərisində çinlilərin sayını əks etdirən rəqəm cüzidir: “Bizə müraciət edənlər sahibkarlardır. Onların məktubuna əsasən, xaricdən gətirilən işçinin ölkəmizdə konkret müddətdə işləməsinə icazə verilir. 2010-cu ilə olan məlumata əsasən, Azərbaycanda fərdi icazə əsasında 81 ölkədən əməkçi miqrant var. Onların arasında Türkiyə və Böyük Britaniya vətəndaşları çoxluq təşkil edir”.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayı barədə göstərici də maraqlıdır. ötən il ərzində ümumilikdə əcnəbilərin sayı 21,5 faiz artıb. Belə ki, əvvəlki illə müqayisədə əlavə olaraq 1425 nəfər əcnəbi vətəndaş uçota alınıb. Beləliklə də, fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayı 2010-cu ilin ilk gününə olan statistikaya əsasən, 8063 nəfərə çatıb. ümumilikdə 87 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında Türkiyə vətəndaşları çoxluq təşkil edir. İl ərzində digər ölkələrdən olan əcnəbilərin sayında da artım müşahidə edilib. Fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1225 nəfərə yüksəlib. üçüncü yerdə gələn Rusiya Federasiyasınin vətəndaşlarının sayı isə 545 nəfər təşkil edir. Sonrakı yerlərdə İran İslam Respublikası (255 nəfər) və Hindistandır (202).
Bəs çin? Maraqlıdır ki, gələcəyini düşünən çinlilər də var. çin Xalq Respublikasının vətəndaşı olan və ölkəmizdə yaşayıb, işləyənlər arasında fərdi uçotu aparılanların sayı cəmi 97 nəfərdir?!
Xatırladaq ki, fərdi uçot Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır.
Qanunsuz miqrantlar və Miqrasiya Xidməti
İstər qanuni, istərsə də qanunsuz yolla ölkəmizə gələnlərin sayı, gəlişinin məqsədi barədə məlumatlı olan qurum kimi Dövlət Miqrasiya Xidmətinə də baş vurduq. Bakıya işləməyə deyil, müxtəlif yollarla pul qazanmağa, hətta “qaz vurub, qazan doldurmağa” gələnlərin statistikasını, yəqin ki, yalnız bu qurum verə bilərdi. Ancaq...
Miqrasiya sahəsində dövlət siyasətini, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən Dövlət Miqrasiya Xidmətindən məlumat almağa çalışsaq da, bu, mümkün olmadı. Səbəbi isə çox sadədir. Məlumat tələb edən ictimaiyyət nümayəndəsinə öncə qurumun “hüquq-mühafizə statuslu mərkəzi İcra Hakimiyyəti orqanı” olduğu xatırladılır. Sonra isə bildirilir ki, onlar statistika vermirlər.
“Hüquq-mühafizə status”unun qurumlara məlumatları gizlətmə hüququ verib-vermədiyini araşdırmaq üçün məcbur olub qurumun rəsmi saytına müraciət etdik. Bəlkə bu statusla birgə qurumun üzərinə “məxfiliyi qoruma” vəzifəsi də qoyulub?!
Miqrasiya Xidməti miqrasiya sahəsində vahid məlumat bankının, müasir avtomatlaşdırılmış nəzarət sisteminin yaradılmasında, qeyri-qanuni miqrasiyanın qarşısının alınmasında birbaşa səlahiyyət sahibidir. DMX-nın fəaliyyətləri çərçivəsində həyata keçirilən tədbirlərin sırasına miqrasiya proseslərinin təhlili, proqnozlaşdırılması və monitorinqin təşkil edilməsi, miqrasiya sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsi, Azərbaycan Respublikasına gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətlərinin uzadılması ilə bağlı qərarın verilməsi, o cümlədən, vətəndaşlıq, qaçqın statusunun müəyyənləşdirilməsi kimi məsələlərlə yanaşı, miqrasiya sahəsində vahid informasiya sisteminin yaradılması da daxildir. Bəlkə qurumda vahid informasiya sistemi yoxdur?
Qurumun mətbuat katibinin sözlərinə görə, bu sistem mövcuddur. Lakin biz sistemin işindən yararlana bilmərik. çünki: “Statistika var, ancaq verilmir”. Maraqlıdır, görəsən, statistika bəs hansı məqsədlə aparılır?
Rəqəmlər rəsmi saytda da yoxdur. “migration.gov.az” saytında “Faydalı məlumatlar” bölməsi, onun içərisində isə “Statistika” var. Lakin həmin bölmələrdə nə bir məlumat, nə bir rəqəm var. Maraqlıdır, görəsən, içərisində “faydalı” heç nə olmayan bu bölmə niyə yaradılıb?
Bir sözlə, belə məlum oldu ki, miqrantlar barədə Dövlət Miqrasiya Xidmətindən başqa, haradan istəsən, məlumat ala bilərsən. Xidmətin “hüquq-mühafizə status”u ictimaiyyətə məlumat vermək lazım gələndə qüvvəyə minir.
ölkədə isə qanunsuz miqrantların sayı durmadan artır. Bu prosesə nəzarət, miqrantların Azərbaycana gəlməsi və ölkəmizdə qalmasının necə tənzimlənməsi, konkret çinlilərin fəaliyyəti ilə bağlı görülən tədbirlər ictimai maraq mövzusu olaraq qalır.
Məlum olduğu kimi, miqrantlar yerli sahibkarlar tərəfindən ucuz işçi qüvvəsi kimi işə cəlb olunurlar. Bu isə yerli işçi qüvvəsinin sıxışdırılmasına gətirib çıxarır. Nəticə etibarilə işsizliyin aradan qaldırılması ilə bağlı ölkəmizdə həyata keçirilən siyasət bu kimi səbəblər ucbatından ləngiyir. Dövlət Miqrasiya Xidməti isə bu barədə ictimaiyyəti məlumatlandırmamaqla sahibkarlarla miqrantların işbirliyinə şərait yaratmış olur.
Sonda isə belə bir qənaət ortaya çıxır: Azərbaycanda fəaliyyət göstərən miqrantların sayının kütləvi şəkildə artması göstərir ki, Dövlət Miqrasiya Xidmətinin miqrantlarla işi, fəaliyyəti ilə əlaqəli olan digər strukturlarla iş birliyi ictimaiyyətlə əlaqələrindən fərqlənmir.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

