Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Mübariz Qurbanlı: Təcavüzkarla təcavüzə məruz qalan dövlətə münasibət düzgün olmalıdır

Mübariz Qurbanlı: Təcavüzkarla təcavüzə məruz qalan dövlətə münasibət düzgün olmalıdır

05.02.2010 [10:59]

“ABŞ-ın işğalçı Ermənistana 40 milyon dollar, Azərbaycana isə 22 milyon dollar maliyyə yardımı ayırması ədalətli deyil”. Bu sözləri YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib. M.Qurbanlı bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ obyektiv mövqe nümayiş etdirməlidir. Onun sözlərinə görə, Ermənistan rəhbərliyində Azərbaycan torpaqlarının işğalında fəal rol oynayan şəxslər təmsil olunur. Məhz bu hakimiyyətin qeyri-konstruktivliyinin nəticəsidir ki, Dağlıq Qarabağ problemi hələ də həll olunmur. YAP İcra katibinin müavini qeyd edib ki, Ermənistan hakimiyyətinin ABŞ-ın ayırdığı maliyyə yardımının qeyri-dinc məqsədlər üçün istifadə etməsi ehtimalı daha böyükdür. çünki bu, işğalçı dövlətin hakimiyyətinin mahiyyətindən irəli gəlir. Buna görə də, bu məsələyə ciddi diqqət yetirilməlidir. M.Qurbanlının sözlərinə görə, bu gün Azərbaycan sürətlə inkişaf edir və hansısa dövlətin maliyyə yardımına ehtiyacı yoxdur: “Amma məsələ bundadır ki, ədalət prinsipi qorunmalıdır. Təcavüzkarla təcavüzə məruz qalan dövlətə münasibət düzgün olmalıdır”.

Paylaş:
Baxılıb: 1114 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30