Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan öz problemlərini dünyanın təhlükəsizlik problemlərinin sırasında göstərə bildi

Azərbaycan öz problemlərini dünyanın təhlükəsizlik problemlərinin sırasında göstərə bildi

09.02.2010 [11:06]

“Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında iştirakı şübhəsiz ki, dünya təhlükəsizlik sisteminə Azərbaycanın töhfə verməsilə xarakterizə olunur”. Bu sözləri www.yap.org.az saytına açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə konfransının nəticələrini şərh edərkən deyib. A.Mirzəzadə bildirib ki, konfransda ilk növbədə Əfqanıstandakı vəziyyət, NATO-nun rolu, qlobal problemlərin sıralanması kimi ciddi məsələlər müzakirə edilib. Bununla yanaşı, Azərbaycan Prezidentinin qaldırdığı məsələlər tədbir iştirakçılarının diqqətini xüsusilə cəlb edib. Onun sözlərinə görə, Münhen Təhlükəsizlik Konfransı hər il, ənənəvi olaraq keçirilir və o dünyanın təhlükəsizlik problemlərinin müzakirə edildiyi bir forumdur. Bu, daha çox ictimai müzakirə tribunasıdır. YAP Siyasi Şurasının üzvü qeyd edib ki, ölkəmiz özünü yalnız enerji resursları ilə zəngin olan ərazi kimi Avropaya təqdim etmir: “Azərbaycanın Avropa dəyərlərinə üstünlük verməsi və bu məkana inteqrasiyaya maraqlı olması da qarşı tərəfin diqqətindən qaçmır. çünki ölkəmiz özünü yalnız enerji resursları ilə zəngin olan ərazi kimi Avropaya təqdim etmir. Azərbaycan iqtisadi, humanitar, mədəni sahələrdə də Avropaya öz töhfəsini verməkdədir. Eyni zamanda, özünün əsas problemi olan Dağlıq Qarabağ məsələsini də dünyanın diqqətinə çatdırıb. Prezident İlham Əliyevin çıxışı bu baxımdan konfransda böyük maraqla qarşılanıb. Prezident enerji təhlükəsizliyi məsələsində Azərbaycanın Avropa ilə əməkdaşlığa hazır olduğunu bəyan etdi. Hazırda Azərbaycan üçün ən vacib problem Ermənistanın təcavüzüdür. Müzakirələrdən aydın oldu ki, dünya bu problemin həllinə maraqlıdır. ölkəmizin rəhbəri konfransda bir daha vurğuladı ki, Azərbaycan Dağlıq Qarabağın müstəqil olmasına heç vaxt razılıq verməyəcək”.
A.Mirzəzadə hesab edir ki, bütövlükdə Münhen konfransı Azərbaycanın mövqeyini çox dərindən qəbul etdi: “ümumən Azərbaycan öz problemlərini dünyanın təhlükəsizlik problemlərinin sırasında göstərə bildi. Bu, Prezident İlham Əliyevin apardığı gərgin siyasətin nəticəsidir”.

Paylaş:
Baxılıb: 993 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30