/ / Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə növbəti dəfə beynəlxalq ictimaiyyət tərəfindən birmənalı dəstək ifadə edildi
Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə növbəti dəfə beynəlxalq ictimaiyyət tərəfindən birmənalı dəstək ifadə edildi
07.04.2020 [20:57]
Respublikamızın işğal olunmuş Dağlıq Qarabağ regionunda keçirilmiş qondarma “seçkilər” tanınmır və qeyri-qanuni hesab olunur
Martın 31-də Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində təşkil olunan "seçki şousu" fiasko ilə nəticələndi. Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər" beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq rədd edildi, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə olundu. Hətta əvvəlki illərdən fərqli olaraq müxtəlif ölkələr və beynəlxalq təşkilatlar tərəfindən verilmiş bəyanatların sayı daha da artdı.
Şübhəsiz, artıq uzun illərdir ki, Ermənistan tərəfindən işğal altında saxlanılan Dağlıq Qarabağda yaradılmış qondarma rejimin legitimləşdirilməsinə daha bir cəhd kimi qiymətləndirilən bu "seçkilər" beynəlxalq hüquq normalarının kobud surətdə pozulması, ərazi bütövlüyünün toxunulmazlığı və suverenlik prinsplərinə hörmətsizliyin ifadəsidir. Ona görə də, qeyd etdiyimiz kimi, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər"i qətiyyətlə pisləyərək qeyri-legitim və beynəlxalq hüquq normalarına zidd olduğunu bəyan etdi. Təbii ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının və bu ərazilərdə etnik təmizləmənin davam etdiyi bir vaxtda Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində “seçkilər"in keçirilməsi Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən BMT Nizamnaməsinin, ATƏM-in 1975-ci il Helsinki Yekun Aktının və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin açıq şəkildə pozulmasıdır və bu baxımdan, heç bir hüquqi qüvvəyə malik deyil.
Dünya ictimaiyyətinin rəyi yekdildir
Bu məqamda vurğulamaq yerinə düşər ki, “seçkilər”ə dair Türkiyə, Ukrayna, Gürcüstan, Bosniya və Herseqovina, Moldova, Kanada, Avstraliya, Çex Respublikası, Estoniya, Latviya, Litva, Rumıniya, Bolqarıstan, Finlandiya, Almaniya, İtaliya, Monteneqro, Böyük Britaniya, Belçika, İsveç, Xorvatiya, İran və digərləri aydın və konkret münasibət ifadə etdilər. Eyni zamanda, Türk Şurası, Türk Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Demokratiya və İqtisadi İnkişaf Təşkilatı-GUAM, ATƏT-in Minsk Qrupunun həmsədrləri, ATƏT Parlament Assambleyası, Avropa İttifaqı, NATO tərəfindən müvafiq mövqe bildirildi. Xüsusi məqamlardan biri budur ki, tərkibində Avropa, Asiya, Afrika, Latın Amerikası, Okeaniyadan 120 dövləti birləşdirən və BMT-dən sonra ikinci ən böyük siyasi təsisat sayılan Qoşulmama Hərəkatının yaydığı kommünikedə ərazilərin güc yolu ilə qəsb edilməsinin yolverilməz olduğu və Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin heç bir ölkə tərəfindən tanınmayacağı vurğulanıb.
Göründüyü kimi, Türkiyədən tutmuş uzaq Kanada və Avstraliyaya qədər, Türk Şurasından tutmuş NATO-ya qədər dünya ictimaiyyətinin rəyi yekdildir. Yəni bəyanatlarda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda keçirilmiş qondarma “seçkilər” tanınmır və qeyri-qanuni hesab olunur.
Azərbaycanın işğal olunmuş ərazilərində seçkilər yalnız ölkəmizin Konstitusiyası çərçivəsində keçirilə bilər
Ən mühüm nüanslardan biri budur ki, qondarma “seçkilər”in keçirildiyi konstitusional və hüquqi çərçivə tanınmır və beləliklə, “seçkilər” heç bir hüquqi qüvvəyə malik deyil. Açıq şəkildə ifadə olunduğu kimi, qondarma “seçkilər”in nəticələri davam edən danışıqlar prosesini və bölgənin statusunu əvvəlcədən müəyyənləşdirmir. Bəyanatlarda yer alan “seçkilər”in konstitusional və hüquqi çərçivəsi tanınmır” ifadəsi ilə beynəlxalq ictimaiyyətin verdiyi mesaj ondan ibarətdir ki, Azərbaycanın işğal olunmuş ərazilərində seçkilər yalnız Azərbaycan Respublikasının Konstitusiyası çərçivəsində keçirilə bilər. Yəni növbəti dəfə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə olunur.
Azərbaycanın işğal olunmuş ərazilərində seçkilər yalnız Azərbaycan Respublikasının Konstitusiyası çərçivəsində keçirilə bilər. Bu, Ermənistanın işğal edilmiş ərazilərdə yaratdığı separatçı rejimi legitimləşdirmək arzusunun üstündən xətt çəkir.
Dünyanın hazırda koronavirus pandemiyası ilə üz-üzə qaldığı bir vaxtda “seçkilər”in keçirilməsi məsuliyyətsiz addım kimi dəyərləndirildi
Daha bir məqama diqqət yetirək. Belə ki, aralarında müxtəlif ölkələrdən olan deputatlar da daxil olmaqla, ayrı-ayrı şəxslər tərəfindən verilmiş açıqlamalarda bütün dünyanın hazırda koronavirus pandemiyası ilə üzbəüz qaldığı bir vaxtda “seçkilər”in keçirilməsi həm də məsuliyyətsiz addım kimi dəyərləndirilib. Almaniya, Rusiya və digər ölkələrin parlamentariləri bildiriblər ki, bu "seçkilər" siyasi cəhətdən mənasız olmaqla bərabər, pandemiya dövründə təhlükəlidir. Qeyd edilib ki, bütün dünya koronavirus pandemiyasına qarşı savaşdığı bir vaxtda saxta "seçkilər" keçirilməsi infeksiyanın yayılmasına səbəb ola bilər. Bu faktın özü Ermənistan dövlətinin nə qədər məsuliyyətsiz olduğunu bir daha təsdiqləyir.
Ermənistana işğalın və onun nəticələrinin heç bir zaman qəbul edilməyəci barədə konkret mesaj verildi
Beləliklə, martın 31-də keçirilən qondarma "seçkilər"ə münasibətlə dünya ictimaiyyəti bir daha rəsmi Yerevana "qırmızı kart" göstərərək işğalın və onun nəticələrinin heç bir zaman qəbul edilməyəcəyi mesajını göndərmiş oldu. Bununla dünya birliyi həm də bir daha göstərdi ki, Qarabağ Azərbaycandır. Ermənistan isə "seçki", "demokratiya" kimi perspektivsiz şoularını bir tərəfə qoyub səmimi və ciddi şəkildə sülh danışıqlarında iştirak etməli və öz qoşunlarını Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən çıxarmalıdır. Münaqişə yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütovlüyünün tam olaraq bərpa olunması ilə həllini tapa bilər.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47

