/ / Koronavirus pandemiyasına qarşı mübarizə: Azərbaycanın təcrübəsi dünyada nümunə kimi qəbul olunur
Koronavirus pandemiyasına qarşı mübarizə: Azərbaycanın təcrübəsi dünyada nümunə kimi qəbul olunur
29.04.2020 [10:49]
Ölkəmizdə yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində ciddi uğurlar əldə edilməsi dövlətin həyata keçirdiyi tədbirlərin effektiv olduğunu sübuta yetirir
Son dövrlər dünya miqyasında geniş yayılmış yeni növ koronavirus infeksiyası (COVİD-19) əksər dövlətlər üçün ciddi təhlükə mənbəyinə çevrilib. Bütün dünyanı təhdid edən pandemiyanın ilk dövrlərindən onun qarşısını almaq üçün ölkəmizdə də Prezident İlham Əliyevin rəhbərliyi ilə ciddi tədbirlər görülüb. Martın 24-dən ölkədə xüsusi karantin rejimi elan olunub. Eyni zamanda, vətəndaşların həyat və sağlamlıqlarının qorunması, virusun yayılma sürətinin kəskin azaldılması məqsədilə karantin rejiminin müddəti 4 may tarixinədək uzadılıb. Bununla belə, karantin rejimindən mərhələli çıxış planına uyğun olaraq 27 aprel 2020-ci il tarixindən bəzi iş və xidmət sahələrində fəaliyyət bərpa olunub. Onu da qeyd edək ki, Azərbaycan dövlətinin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlığı çərçivəsində yoluxmanın geniş yayılmaması və koronavirusa yoluxanların müalicəsi sahəsində də bir sıra təxirəsalınmaz addımlar atılıb.
Yeri gəlmişkən, qeyd edək ki, ölkə rəhbərliyi vətəndaşların sağlamlığı və təhlükəsizliyinin qorunması ilə yanaşı, pandemiya ilə mübarizə üzrə effektiv tədbirlər planını həyata keçirir, o cümlədən iqtisadiyyatın bütün sahələrinə dövlət dəstəyi göstərir. Həmin tədbirlər planında əsas hədəflərdən biri də pandemiyanın nəticələrinin milli iqtisadiyyata mənfi təsirini azaltmağa yönəlib.
Vurğulamaq yerinə düşər ki, ölkə Prezidentinin göstərişi və bilavasitə nəzarəti altında həyata keçirilən, iqtisadiyyatın bütün həssas sahələrinə dövlət dəstəyi göstərməyə yönəlmiş geniş fəaliyyət bu günlərdə Rusiyanın “pravda.ru” internet-nəşrində Pyotr Deryabinin “COVID-19 xronikaları: Azərbaycan effektivlik və etimad nümunəsidir” sərlövhəli məqaləsində də xüsusi vurğulanır. Məqalə müəllifi qeyd edir ki, Azərbaycan dövlətinin dəstək tədbirlərinə iş yerlərinin saxlanması, koronavirus pandemiyasından zərər görən sahibkarlara maddi dəstək, o cümlədən vergi güzəştləri və vergi tətilləri verməklə sahibkarların vergi yükünü yüngülləşdirmək, kreditləri stimullaşdırmaq və ən əsası əhaliyə birbaşa sosial dəstək göstərmək kimi tədbirlər daxildir.
Eyni zamanda, sözügedən məqalədə hazırda görülən tədbirlərin uğurlu olmasında vaxtilə neft sektorunun inkişafı ilə bərabərölkə iqtisadiyyatında sabitliyin təmin olunması, işsizliyin aradan qaldırılması və məşğulluq məsələlərinin müsbət həll olunmasının roluna toxunulur, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə kölgə iqtisadiyyatı ilə mübarizə istiqamətində ciddi tədbirlər görülməsindən, şəffaflığın təmin edilməsindən söhbət açılır. Müəllif, həmçinin dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın artıq koronavirusa qalib gəlmək üzrə olduğunu da vurğulayır.
Sözsüz ki, görülən bütün tədbirlər həm də postpandemiya dövründə iqtisadiyyatın inkişafını təmin etmək məqsədinə xidmət edir. Bu baxımdan, Azərbaycan pandemiyanın mənfi təsirlərinin qarşısını almaq üçün tədbirlərin həyata keçirilməsində bütün dünya üzrə modelə çevrilib. Onu da xatırladaq ki, ÜST rəhbəri T.A.Gebreyesus açıqlamalarında Prezident İlham Əliyevin pandemiyaya qarşı görülən tədbirlərdə uğurlarını xüsusi qeyd edib, bəhs olunan istiqamətdə atılan addımları yüksək qiymətləndirib və bu sahədə Azərbaycan nümunəvi ölkə kimi qəbul edildiyini bəyan edib.
Onu da qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin pandemiyaya qarşı mübarizə sahəsində səyləri ölkənin daxili ilə məhdudlaşmayıb. Dövlət başçısının təşəbbüsü ilə aprelin 10-da Azərbaycan Prezidentinin sədrliyi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının koronavirus pandemiyasına həsr olunmuş videokonfrans formatında Zirvə toplantısında Azərbaycan öz nümunəsini bölüşüb. Bununla yanaşı, mayın 4-də qurumun Sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə videokonfrans formatında Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizəyə həsr olunmuş Sammitinin keçirilməsi planlaşdırılır.
Beləliklə, COVID-19 pandemiyası zamanı hər bir dövlətin öz yanaşma tərzi və spesifik fəaliyyət metodları olduğu ortaya çıxır. Şübhəsiz ki, mövcud vəziyyətdə bu tədbirlərin səmərəliliyi və xalqın etimadı uğurlu gələcəyin əsas təməlinə çevrilir. Bu baxımdan, Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alınmasında ciddi uğurlar əldə olunması dövlətin həyata keçirdiyi tədbirlərin effektiv olduğunu sübut edir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10

