Sosial şəbəkələrdə hüquqi tənzimləmə zərurətə çevrilib
02.06.2020 [09:25]
Ekspertlər qeyd edirlər ki, onlayn platformalarda fəaliyyətin hüquqi tənzimlənməsi sosialşəbəkələrdə informasiya xaosunun qarşısının alınması baxımından mühüm əhəmiyyətə malikdir
Son zamanlar qlobal miqyasda müzakirə predmetinə çevrilən mühüm məsələlərdən biri sosial şəbəkələrdə hüquqi tənzimləmənin həyata keçirilməsidir. Bu istiqamətdə bir sıra ölkələrdə müxtəlif addımların atıldığı müşahidə edilir.Yeri gəlmişkən, bu konketsktdə son olaraq mayın 28-də ABŞ Prezidenti Donald Tramp “Onlayn senzuradan müdafiə barədə” sərəncam imzalayıb. Ekspertlər qeyd edirlər ki, bu addım sosial şəbəkələrdə informasiya xaosunun qarşısının alınması baxımından mühüm əhəmiyyətə malikdir.
Məsələyə münasibət bildirən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, sosial şəbəkələrin yaratdığı problemlər artıq dövlətləri və iri şirkətləri də narahat etməyə başlayıb və bu səbəbdəndir ki, bir sıra ölkələrdə sosial şəbəkələr ya qismən, ya da tamamilə qadağan edilib. Bununla bağlı müxtəlif nümunələrin olduğunu deyən baş redaktor saxta profillər, səhifələr, yalan məlumatlar, ictimai rəyi çaşdırmaq, dağıdıcı inqilablara təşviq, mənəvi terror, həmçinin silahlı qarşıdurmalara və terrora çağırış və s. səbəblərə görə müxtəlif vaxtlarda ayrı-ayrı ölkələrdə sosial şəbəkələrin qadağan edildiyini bildirib. O qeyd edib ki, problemə ümumi yanaşdıqda bir daha əmin oluruq ki, sosial şəbəkələr son zamanlar ünsiyyət vasitəsindən daha çox siyasi qarşıdurmalara çağırış, mənəvi terrora, təhqirə məruz qoyma platformasına çevrilib: “Sosial şəbəkələrdəki məlumatlara, paylaşımlara görə məsuliyyət məsələsi artıq ABŞ-da da gündəmə gəlib və ABŞ Prezidenti Donald Tramp sosial şəbəkələrin fəaliyyətini tənzimləməyə kömək edəcək və onların məsuliyyətdən müdafiə hüququnu ləğv edəcək sərəncam imzalayıb. Donald Tramp tərəfindən imzalanan sənəd ABŞ-da xüsusən sosial şəbəkələrdə davranış qaydalarını müəyyən edən qanunun 230-cu bəndini qüvvədən salacaq. Bu, internet şirkətlərini yaratdıqları platformalarda yerləşdirilən mesajların məzmununa görə məsuliyyətdən azad edir. Beləliklə, sözügedən bənd “Twitter” və “Facebook” şirkətlərini hər hansı bir paylaşıma görə böhtan və ya şərəf və ləyaqətin alçaldılması kimi mümkün ittihamlardan qoruyur. Bununla yanaşı, sözügedən qanun sosial şəbəkə şirkətlərinə həmin paylaşımları redaktə etmək icazəsini tanıyır. Lakin həmin bənd qüvvədən düşdükdən sonra sosial şəbəkə şirkətlərinin toxunulmazlıqları da aradan qaldırılacaq və istər sosial şəbəkə şirkətləri, istərsə də sosial şəbəkə istifadəçiləri yazılan statuslara, postlara görə məsuliyyət daşıyacaqlar”.
Baş redaktor bildirib ki, artıq Azərbaycanda da sosial şəbəkələrdəki fəaliyyətə görə məsuliyyətə cəlb olunma qanunvericiliyi və prosedurları tətbiq edilməsinin vaxtı çatıb: “Əgər bu gün sosial şəbəkələrin və internetin başlanğıc götürdüyü ABŞ-da bu cür addımlar atılırsa niyə bu, Azərbaycanda da olmasın? Sosial şəbəkələri mənəvi terror və təhqir platformasına çevirmiş “virtual terrorçular”ın cəzalandırılması zamanın tələbinə çevrilib. Bunun üçün milli və beynəlxalq qanunvericilik bazası formalaşdırılmalıdır. Təşəbbüslə çıxış edilməlidir və sosial şəbəkələrdəki mənəvi terrorun qarşısının alınması, bu fəaliyyəti həyata keçirənlərin cəzalandırılması mexanizmləri hazırlanmalıdır. Sosial şəbəkələrdəki “terror”un və təhqirin qarşısının alınması söz azadlığının məhdudlaşdırılması demək deyil. Əgər mətbuatda, televiziyada kiminsə ünvanına təhqir ifadə olunursa, məsuliyyətə cəlbetmə, həmin media vasitəsinin cəzalandırılması olur və bu heç də söz və mətbuat azadlığının pozulması kimi qələmə verilmir. Bu cür cəza və məsuliyyətə cəlbetmə tədbirləri niyə sosial şəbəkələrdə olmasın? Şübhəsiz, bu gün ABŞ tərəfindən sosial şəbəkələrin məhdudlaşdırılması ilə bağlı atılan addımlara səsini çıxarmayan Sevinc Osmanqızı, Qənimət Zahid, Əli Kərimli, Cəmil Həsənli Azərbaycanda da eyni addımlar atılacağı təqdirdə, susmalı olacaqlar. Əgər fərqli mövqe olarsa, bu, onların simasızlığının və ikiüzlülüyünün göstəricisi olacaq”.
Milli Məclisin deputatı Elman Nəsirov isə ABŞ Prezidenti Donald Trampın sosial şəbəkələrin dezinformasiyaya görə məsuliyyətə cəlb edilməsi ilə bağlı qərarını düzgün addım kimi dəyərləndirib. Prezident Trampın bu mövqeyinin tam haqlı olduğunu qeyd edən millət vəkili deyib ki, bu, sosial şəbəkələrin hüquqi tənzimlənməsinin vacibliyinin ABŞ-da da dərk olunmasını göstərir. Onun sözlərinə görə, məlum sənədə əsasən, “Facebook”, “Twitter” və digər sosial şəbəkələrdə yayılan dezinformasiyaya görə həmin platformalar birbaşa məsuliyyət daşıyacaqlar və məhkəmə qaydasında bu məsələyə baxılacaq: “Yəni bundan sonra sosial şəbəkələr məsuliyyətdən kənar qalmayacaq. İnformasiya yayılırsa, ona görə məsuliyyət məhz bu şirkətlərin üzərinə düşəcək”.
Millət vəkili bu gün sosial şəbəkələrin terrora, vətəndaş itaətsizliyinə, vətəndaş müharibəsinə, hakimiyyətlərin qeyri-qanuni yolla zəbt edilməsinə, konstitusion quruluşların zorla devrilməsinə çağırış platformasına çevrildiyini bildirib və əlavə edib ki, buna görə də heç kim məsuliyyət, cavabdehlik daşımır. Bu isə qəbuledilməzdir: “Biz bunun dəfələrlə Azərbaycana münasibətdə də şahidi olmuşuq. Azərbaycanın müstəqil siyasət yürüdən güclü dövlət kimi beynəlxalq arenada nüfuzunun artması anti-Azərbaycan və ermənipərəst dairələri narahat edir, ölkəmizə qarşı qarayaxma kampaniyaları təşkil olunur. Antimilli ünsürlər məhz sosial şəbəkələrin yaratdığı belə qeyri-qanuni imkanlardan istifadə edərək Azərbaycana, dövlətçiliyə qarşı yalan, böhtan, təhqir dolu fikirlər səsləndirirlər, insanları terrora dəstəyə çağırırlar. Azərbaycan dəfələrlə xarici anti-Azərbaycan qüvvələrinin sosial şəbəkələr, onlayn platformalar vasitəsilə qərəzli kampaniyalarına məruz qalıb, ölkəmizə qarşı ardıcıl terror çağırışları indi də davam edir”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

