Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltiflərin və mükafatların təqdimatı olub
10.06.2020 [09:31]
Ulu Öndər Heydər Əliyevin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanın qurtuluş tarixidir. “Mənim üçün xalqın mənə göstərdiyi etimaddan və etibardan yüksək mükafat yoxdur”, - deyən Ümummilli Liderimizin müəyyənləşdirdiyi inkişaf strategiyası bütün sahələrdə kompleks islahatların həyata keçirilməsinə səbəb olub. Bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikasında da dahi şəxsiyyətin yolunun uğurla davam etdirilməsi yüksək inkişaf göstəriciləri - sabitlik, rifah və insan amilinə verilən dəyərlə xarakterizə olunur. Öz sahələrində fərqlənənlərin əməyinin qiymətləndirilməsi də bu tədbirlərin davamıdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyunun 9-da - Milli Qurtuluş Günü ərəfəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikasının “Hərbi xidmətlərə görə” medalının və Prezident mükafatlarının təqdimat mərasimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təltif olunanları və mükafat alanları təbrik edərək deyib: Təltif olunmaq fərqlənmək deməkdir. O şəxslər fərqlənir ki, onlar başqalarından daha çox səy göstərir, çalışır və öz işlərini nümunə səviyyəsinə yüksəldirlər. Təltiflər və Prezident mükafatları əlamətdar bir gündə təqdim olunur. 1993-cü il iyunun 9-da Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan xalqının, o cümlədən ziyalıların tələbi ilə Naxçıvandan Bakıya qayıtmış, iyunun 15-də isə Azərbaycan Ali Sovetinin Sədri seçilmişdir. Bununla da 15 iyun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuşdur. Belə bir əlamətdar gündə təltif və mükafatların təqdim olunması ölkəmizdə uğurla davam etdirilən Heydər Əliyev siyasətinin bəhrəsidir. Bu gün Azərbaycan inkişaf edir. Ölkəmizdə sabitlik və rifah var, fərqlənənlərin əməyi qiymətləndirilir. Bu nümunəni əsas götürən hər bir şəxs isə dövlətinə, xalqına və işinə sədaqətli olur, öz vəzifələrini layiqincə yerinə yetirir.
Ali Məclisin Sədri təltif olunanları qarşıdan gələn 15 iyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edib.
Sonra Ali Məclisin Sədri medalları və Azərbaycan Respublikası Prezidentinin mükafatlarını təqdim edib.
Prezident mükafatına layiq görülən Vüsal Rzayev, Cahangir Qurbanov, İbad Nəbiyev, Ceyhun Süleymanlı əməklərinə verilən yüksək qiymətə görə dövlətimizə minnətdarlıq ediblər. Prezident mükafatçıları bütün sahələrdə əldə edilən nailiyyətlərin uğurla həyata keçirilən Heydər Əliyev siyasi xəttinin nəticəsi olduğunu vurğulayıb, bundan sonra da ölkəmizin inkişafı və tərəqqisi naminə səylə çalışacaqlarına söz veriblər.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20

