Azərbaycan dövləti mövcud vəziyyətdən az itkilərlə çıxmaq üçün bütün imkanlarını səfərbər edib
11.06.2020 [09:15]
Prezident İlham Əliyev: Görülmüş bütün tədbirlərin mərkəzində məhz Azərbaycan vətəndaşlarının sağlamlığı dayanmışdır və qabaqlayıcı tədbirlər nəticəsində bu gün vəziyyət tam nəzarət altındadır
Azərbaycanda koronavirus pandemiyasına qarşı müxtəlif istiqamətləri əhatə edən mübarizə tədbirləri yüksək səviyyədə təşkil olunub. Dövlət mövcud vəziyyətdən az itkilərlə çıxmaq üçün özünün bütün imkanlarını səfərbər edib. Ölkəmizdə pandemiya ilə mübarizə çərçivəsində görülən işlər sırasında əhalinin sağlamlığının qorunmasına yönələn tədbirlərin önəmini xüsusi qeyd edə bilərik. Yeri gəlmişkən, iyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə daha üç modul tipli xəstəxananın açılışı baş tutub. Bunlar paytaxtın Bilgəh qəsəbəsində, həmçinin Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan modul tipli xəstəxana kompleksləridir. Prezident İlham Əliyev açılış mərasimindən sonra həkim kollektivi ilə görüşdəki çıxışında ölkəmizdə koronavirus pandemiyasına qarşı aparılan genişmiqyaslı mübarizə, dövlətin bu məqsədlə həyata keçirdiyi tədbirlər, müvafiq strukturların uğurlu fəaliyyəti, Azərbaycanın beynəlxalq miqyasda birləşdirici təşəbbüsləri, vətəndaş məsuliyyəti, indiki şəraitdə cəmiyyətimizdə müşahidə edilən həmrəylik və digər məsələlərlə bağlı fikirlərini diqqətə çatdırıb. “Azərbaycan dövləti əlindən gələni edir ki, biz bu vəziyyətdən az itkilərlə çıxa bilək”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibb müəssisələrində müalicə alırlar
Sosial dövlət olan Azərbaycanda pandemiyaya qarşı mübarizə çərçivəsində əhalinin həyatının qorunması bütün digər məsələlərdən önə çəkilib. Bəhs olunan çıxışında diqqəti bir daha ölkəmizin pandemiya şəraitində əsas prioritetinə yönəldən dövlətimizin başçısı vurğulayıb ki, görülmüş bütün tədbirlərin mərkəzində məhz Azərbaycan vətəndaşlarının sağlamlığı dayanmışdır və qabaqlayıcı tədbirlər nəticəsində bu gün vəziyyət tam nəzarət altındadır.
Azərbaycan pandemiya şəraitində əhalinin sağlamlığının qorunmasına yönələn tədbirlərin miqyasını genişləndirərkən, ilk növbədə, son 16 ildə respublikamızda qurulan güclü səhiyyə infrastrukturuna əsaslanır. Bəhs olunan dövrdə respublikamızda səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi davamlı olaraq diqqət mərkəzində saxlanılıb. Belə ki, dövlətin ayırdığı böyük həcmlərdə maliyyə vəsaiti hesabına 700-dən çox müasir xəstəxana tikilib və yaxud əsaslı təmir olunub, paytaxt Bakıda və bölgələrdə müasir diaqnostika mərkəzləri yaradılıb, laboratoriyalar quraşdırılıb. Belə güclü səhiyyə infrastrukturu pandemiya şəraitində əhalinin sağlamlığının qorunmasına, virusa yoluxmuş xəstələrə keyfiyyətli tibb xidmətləri göstərilməsinə, bütövlükdə mövcud vəziyyətdən də şərəflə çıxmağa imkan verir.
Pandemiya şəraitində respublikamızın 20 ən yaxşı xəstəxanası koronavirus xəstələrinin müalicəsinə cəlb olunub. Onların sırasında bir qədər bundan əvvəl Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilən “Yeni klinika” da vardır. Ölkənin ən müasir xəstəxanasının koronavirus xəstələrinin müalicəsinə cəlb olunması Azərbaycan dövlətinin vətəndaşların sağlamlığına necə böyük həssaslıqla yanaşdığını təcəssüm etdirir. Mütəxəssislərin də bildirdikləri kimi, koronavirus xəstəliyinin erkən mərhələdə müəyyənləşdirilməsi, diaqnozun düzgün qoyulması xəstələrin müalicəsində səmərəliliyin əsas şərtidir. Bu baxımdan respublika üzrə 23 müasir laboratoriyanın yaradılması böyük aktuallıq daşıyır. Hazırda Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alırlar. Respublikamızda koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri də məhz odur ki, yoluxmuş bütün xəstələr tibbi müəssisələrə qəbul edilir və onlara lazımi xidmət göstərilir. Eyni zamanda, indiyədək minlərlə insan xaricdən təxliyə edilib və bu proses qrafik üzrə davam etdirilir. Pandemiya şəraitində Azərbaycan sənaye imkanlarından istifadə etməklə qısa müddət ərzində tibbi maska müəssisələrinin yaradılmasına nail oldu.Ölkəmizdə artıq dezinfeksiya vasitələri, həkimlər üçün xüsusi geyimlər, kombinezonlar istehsal olunur. Respublikamızda karantin şəraitində qalan vətəndaşlar üçün də xüsusi şərait yaradılıb. Onlar 4-5 ulduzlu otellərdə, Atletlər Kəndində yerləşdirilirlər. Prezident İlham Əliyev pandemiya şəraitində müvafiq dövlət qurumlarının, o cümlədən də həkimlərin uğurlu fəaliyyətini yüksək dəyərləndirərək vurğulayıb: “Operativ Qərargah, İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB fəal işləyirlər. Xüsusilə həkimlərin fəaliyyətini, fədakarlığını qiymətləndirmək istərdim. Azərbaycan xalqı həkimlərin fədakarlığına çox yüksək qiymət verir. Mən də bir daha bütün həkimlərə minnətdarlığımı bildirmək istəyirəm. Onlar öz həyatlarını risk altına atırlar. Onlar aylarla öz ailə üzvlərini görə bilmirlər və çox ağır şəraitdə xüsusi geyimlərdə gecə-gündüz xəstələrin yanındadırlar, onların həyatını xilas edirlər. Bizdə ölüm səviyyəsinin çox aşağı olması, ilk növbədə, həkimlərin peşəkarlığı, fədakarlığı hesabınadır”.
Paralel olaraq ölkəmizin səhiyyə infrastrukturu daha da möhkəmləndirilir. Azərbaycanda pandemiya dövründə yeni modul tipli 4 xəstəxana açılıb, iyunun sonuna kimi daha 6 xəstəxana istifadəyə veriləcək və bununla da yeni yaradılmış modul tipli xəstəxanaların sayı 10-a çatdırılacaq. Prezident İlham Əliyev bildirib ki, bizim əlavə iki min çarpayımız olacaqdır və bu, koronavirusla bağlı mübarizədə imkanlarımızı daha da genişləndirəcək. “Biz bütün addımlarımızı elə atırıq ki, ən kritik vəziyyətə hazır olaq, ən böhranlı vəziyyətdə də bütün xəstələrə tibbi xidmət göstərilsin”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycan Prezidenti yüzlərlə təşəkkür məktubu alır, Ermənistan rəhbərliyi isə yüzlərlə lənətlə dolu çağırış eşidir
Deyilənlərdən də göründüyü kimi, Azərbaycan koronavirusla mübarizə sahəsində öz müsbət modelini ortaya qoyub və bütün hədəflərə ardıcıllıqla, məqsədyönlü şəkildə çata bilib. Respublikamızın koronavirus pandemiyasına qarşı mübarizədəki müsbət təcrübəsi müqayisədə daha qabarıq şəkildə nəzərə çarpır. 2020-ci il iyunun 9-nadək Azərbaycanda yoluxanların sayı 8 minə qədərdir, 350 mindən çox test keçirilib və adambaşına düçən testlərin sayına görə ölkəmiz bütün dünya üzrə ön mövqedə dayanır. İndi isə Ermənistandakı vəziyyətə nəzər salaq. Burada yoluxanların sayı 13 mini ötüb və testlərin sayı Azərbaycandan 5-6 dəfə azdır. Nəzərə alınsa ki, Ermənistan əhalisi Azərbaycan əhalisindən 5 dəfə azdır, mənzərə tam aydın olar.
Respublikamızda koronavirus pandemiyasına qarşı aparılan səmərəli mübarizə, o cümlədən də genişmiqyaslı səhiyyə tədbirləri vətəndaşlar tərəfindən dərin minnətdarlıqla qarşılanır. Bunu dövlət başçımızın ünvanına gələn çoxsaylı məktublardan da görmək mümkündür. Vurğulamaq yerinə düşər ki, Azərbaycan Prezidenti yüzlərlə təşəkkür məktubu alır, Ermənistan rəhbərliyi isə yüzlərlə lənətlə dolu çağırış eşidir.
Azərbaycanın vəziyyətini həmçinin inkişaf etmiş ayrı-ayrı ölkələrlə də müqayisə edə bilərik. Burada da ölkəmizin pandemiyaya qarşı mübarizədə daha yaxşı nəticələrə nail olduğu aydın görünür. Bunu nəzərə çatdıran Prezident İlham Əliyev “Bir neçə inkişaf etmiş ölkə var ki, orada ölənlərin sayı bizdə yoluxanların sayından çoxdur. O inkişaf etmiş ölkələr ki, orada səhiyyə sistemi həmişə etalon, bir nümunə hesab edilib. Bəzi inkişaf etmiş ölkələrdə, o ölkələrdə ki, əhalisi bizimlə təxminən eynidir, on minə yaxın insan ölüb. Bizdə isə sadəcə yoluxanların sayı 8 minə qədərdir. Ona görə bizdəki yanaşma, - hər bir yoluxmuş insana tibbi xidmət göstərilir, - ən düzgün, ən humanist yanaşmadır və bu istiqamətdə əlavə addımlar atılacaq”, - deyə bildirib.
Pandemiya şəraitində ölkəmizdə müşahidə edilən müsbət məqamlardan biri də milli həmrəyliklə bağlıdır. Bu çətin günlərdə dövlət vətəndaşların yanında olduğu kimi, cəmiyyətimiz də görülən işlərə, nəzərdə tutulan tədbirlərin reallaşdırılmasına hərtərəfli dəstək verir. Məlum olduğu kimi, respublikamızda dövlət başçısının təşəbbüsü ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Həmin fonda ilkin olaraq Prezidentin ehtiyat fondundan 20 milyon manat vəsait ayrılıb. Ancaq bu gün sahibkarlar və adi vətəndaşlar hesabına fonda yığılmış məbləğ 100 milyon manatı ötüb. Koronavirusla Mübarizəyə Dəstək Fonduna yığılmış məbləğin 100 milyon manatı ötməsi göstərir ki, xalqımız çətin dövrdə birləşə, həmrəylik və birlik göstərə bilir. Özəl qurumlar həmçinin pandemiya şəraitində səhiyyə infrastrukturunun möhkəmləndirilməsində iştirak etmək istəklərini bildiriblər. Modul tipli 10 xəstəxananın 4-ü məhz özəl sektorun vəsaiti hesabına inşa edəcək. Azərbaycan vətəndaşlarının, bütün cəmiyyətin göstərdiyi dəstək və həmrəylik təqdirəlayiqdir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

