/ / Musa Quliyev: Ulu Öndər Heydər Əliyevin zəkası, cəsarəti, siyasi səriştəsi sayəsində dövlətimiz və xalqımız məhv olmaq təhlükəsindən qurtuldu
Musa Quliyev: Ulu Öndər Heydər Əliyevin zəkası, cəsarəti, siyasi səriştəsi sayəsində dövlətimiz və xalqımız məhv olmaq təhlükəsindən qurtuldu
13.06.2020 [09:41]
“27 il bundan əvvəl bu günlərdə Azərbaycan parlamentinin iclas salonunda çox kəskin çıxışlar, debatlar gedirdi. Əslində, bu, adi parlament müzakirəsi deyildi. Bu, Azərbaycan boyda bir səhnədə istedadsız komediya artistlərinin oyndığı bir faciə, absurd teatrı idi. O absurd teatrı ki, personajlarının birinin təbirincə desək, bu tamaşanı əli xalqın qanına batmış spiker idarə edirdi. O absurd teatr ki, ölkənin baş naziri “xalqın 95 faizi əleyhimizə olsa belə, hakimiyyətdən getməyəcəyik”, - deyə bağırırdı. O absurd teatrı ki, Kəlbəcər kimi bir qalanı qoruya bilməyən dövlət başçısı Çinə, Hindistana bayraq sancmaq illüziyası ilə yaşayırdı”.
Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, Azərbaycanın alışıb yandığı həmin günlərdə, müstəqilliyimizin qurtuluş tarixi məhz Azərbaycan parlamentində, Ulu Öndər Heydər Əliyev tərəfindən yazıldı: “Nə yaxşı ki, həmin günlərdə Tanrının xalqımıza rəhmi gəldi və xalqı böyük faciələrdən qurtarmaq üçün Ulu Öndər Heydər Əliyevi bir XİLASKAR kimi göndərdi. Məhz Ulu Öndər Heydər Əliyevin zəkası, cəsarəti, siyasi səriştəsi sayəsində dövlətimiz və xalqımız məhv olmaq təhlükəsindən qurtuldu, müstəqil dövlətimiz quruldu”.
“Cənab Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində bu gün Azərbaycan regionda və dünyada güclü dövlət, böyük nüfuz sahibi kimi tanınır. Biz 15 İyun-Milli Qurtuluş Gününü daim xatırlamalı, gənc nəsilə təbliğ etməliyik. İndi Azərbaycan dövləti çox güclüdür, onu heç bir qüvvə sarsıda bilməz. Eyni zamanda, unutmamalıyıq ki, məkrli düşmənimiz, bizim inkişafımızı gözü götürməyən qüvvələr var, “beşinci kolon”un siyasi möhtəkirləri var. Və biz xalq olaraq bu çirkin niyyətli düşmənlərlə qəti mübarizə aparacağıq. Xalqımız inanır ki, Azərbaycanın sağlam siyasi qüvvələrinin ifadəçisi olan Milli Məclis həmişə bu mübarizənin önündə olacaq, müstəqil dövlətimizin inkişafına öz töhfəsini bundan sonra da verəcək. Xalqımız inanır ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qarşıya qoyulan bütün məqsədlərə çatacaq, daha böyük uğurlar əldə edəcək”, - deyə M.Quliyev vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35

