/ / Azərbaycanda səhiyyə sisteminin yüksək inkişaf səviyyəsi pandemiya ilə mübarizədə bütün lazımi tədbirləri görməyə imkan verir
Azərbaycanda səhiyyə sisteminin yüksək inkişaf səviyyəsi pandemiya ilə mübarizədə bütün lazımi tədbirləri görməyə imkan verir
17.06.2020 [09:04]
Prezident İlham Əliyev: Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır
Bu gün respublikamızda çoxminli səhiyyə işçilərinin peşə bayramıdır. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli müvafiq Sərəncamı ilə tibb işçilərinin peşə bayramı üçün 17 iyun tarixinin müəyyən edilməsi heç də təsadüfi deyil. Xatırladaq ki, Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə 1918-ci il iyunun 17-də Səhiyyə Nazirliyi təsis olunub. Respublikamızın səhiyyə işçilərinin peşə bayramı üçün 17 iyunun müəyyənləşdirilməsi də məhz həmin tarixlə bağlıdır.
İş elə gətirib ki, Azərbaycanın səhiyyə işçiləri cari ildə özlərinin peşə bayramlarını heç də adi olmayan bir şəraitdə - qlobal pandemiya dövründə qeyd edirlər. Məlum olduğu kimi, yeni növ koronavirus (COVİD-19) infeksiyasının bütün dünyada sürətlə yayıldığı bir şəraitdə hətta inkişaf etmiş ayrı-ayrı ölkələrin belə səhiyyə sistemləri ciddi çətinliklərlə üzləşib. Verilən məlumatlarda bildirilir ki, bəzi dövlətlərdə COVİD-19-a yoluxan bütün pasientləri xəstəxanalarda yer azlığı səbəbindən qəbul etmək mümkün olmur, həkim personalı çatışmır. Azərbaycanda isə hələlik bu kimi çətinliklər yaşanmır. Ölkəmizin səhiyyə sistemi pandemiya şəraitində yüksək dayanıqlılıq göstərir.
Son 16 ildə bütün ölkə üzrə güclü səhiyyə infrastrukturu yaradılıb
Müstəqil Azərbaycanda səhiyyə sisteminin müasir yanaşmalarla inkişafının təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Eyni zamanda, son 16 ildə bu siyasət Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ardıcıllıqla davam etdirilib. Azərbaycanda dünyanın qabaqcıl ölkələrinin təcrübəsi nəzərə alınmaqla səhiyyə sisteminin inkişafını şərtləndirən möhkəm hüquqi baza yaradılıb, müxtəlif illəri əhatə edən Dövlət proqramları qəbul edilib.
Paralel şəkildə, respublikamızda səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Belə tədbirlər sırasında ölkə üzrə yeni müasir xəstəxanaların tikilməsini, mövcud səhiyyə müəssisələrinin əsaslı şəkildə yenidən qurulmasını, kadr hazırlığına diqqətin artırılmasını xüsusi qeyd edə bilərik. Bəhs olunan dövrdə ölkə ərazisində müasir tibb müəssisələrinin yaradılması ilə bağlı statistika kifayət qədər zəngindir. Belə ki, son 16 ildə respublikamızda təxminən 750 tibb müəssisəsi tikilib və yaxud yenidən qurulub. Diqqətəlayiq haldır ki, yeni yaradılan səhiyyə müəssisələrinin bir çoxu respublikanın bölgələrinin payına düşür. Bəhs olunan dövrdə Azərbaycanın ancaq bölgələrində 22 yeni xəstəxana, 15 diaqnostika müalicə mərkəzi inşa edilib, 28 mərkəzi rayon xəstəxanası əsaslı təmir olunub. Beş xəstəxananın tikintisi isə davam edir. Beləliklə, ancaq bölgələrdə 70 müasir tibb ocağı istifadəyə verilib. Eyni zamanda, bütün ölkə üzrə yaradılan müasir tibb ocaqlarının maddi-texniki bazası da kifayət qədər yüksək səviyyədədir - onların hamısında dünyanın ən qabaqcıl şirkətlərinin istehsalı olan yüksək səviyyəli avadanlıqlar quraşdırılıb ki, bu da müxtəlif xəstəliklərin erkən mərhələdə müəyyənləşdirilməsinə və səmərəli şəkildə müalicəsinə imkan verir. Respublikamızda səhiyyə infrastrukturunun möhkəmləndirilməsi cari ildə də davam etdirilib. Prezident İlham Əliyev 2020-ci ilin əvvəlindən bəri regionlara səfərləri çərçivəsində Qazax, Goranboy və digər bölgələrdə yeni xəstəxanaların açılışına qatılıb. Prezident İlham Əliyev cari il mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışında söylədiyi nitqində ölkəmizdə səhiyyə infrastrukturunun ardıcıl şəkildə möhkəmləndirilməsindən məmnunluğunu bildirərək vurğulayıb: “Son 16 il ərzində ölkəmizdə 700-dən çox səhiyyə ocağının tikilib və ya əsaslı təmir edildiyini nəzərə alsaq, təsəvvür etmək çətin deyil ki, nə qədər böyük işlər görülübdür”.
Hazırda ölkənin səhiyyə sistemi pandemiya ilə mübarizəyə səfərbər edilib
Sosial dövlət olan Azərbaycan pandemiya şəraitində də öz vətəndaşlarının yanında olmaq nümunəsi ortaya qoyur. Respublikamızın pandemiyaya qarşı mübarizə gündəliyində yer alan prioritetlər sırasında əhalinin sağlamlığının qorunmasına hesablanan səhiyyə tədbirləri xüsusi yer tutur. Prezident İlham Əliyev iyunun 9-da üç modul tipli xəstəxananın açılışı mərasimindən sonra həkim kollektivi ilə görüşdəki çıxışında bu amilə diqqət çəkərək bildirib ki, görülmüş bütün tədbirlərin mərkəzində məhz Azərbaycan vətəndaşlarının sağlamlığı dayanmışdır və qabaqlayıcı tədbirlər nəticəsində bu gün vəziyyət tam nəzarət altındadır.
Qeyd edək ki, Azərbaycanda səhiyyə sisteminin yüksək inkişaf səviyyəsi pandemiya ilə mübarizədə bütün lazımi tədbirləri görməyə imkan verir. Deyə bilərik ki, indiki mərhələdə ölkənin səhiyyə sistemi tam şəkildə pandemiya ilə mübarizəyə səfərbər edilib. Belə ki, hazırda respublikamızda 20-dən çox xəstəxana sırf koronavirusla bağlı fəaliyyət göstərir, bu səhiyyə ocaqlarında ancaq koronavirus xəstələri müalicə olunurlar. Koronavirusa yoluxmuş xəstələrin müalicəsinə cəlb olunan xəstəxanalar sırasında bir qədər bundan əvvəl istifadəyə verilən “Yeni klinika” da var. Ölkənin ən müasir xəstəxanasının pandemiya ilə mübarizəyə cəlb olunması Azərbaycan dövlətinin pandemiya şəraitində əhalinin sağlamlığına necə böyük önəm verdiyini təsdiqləyir. Bütövlükdə, respublikamızda pandemiyaya qarşı mübarizə çərçivəsində reallaşdırılan səhiyyə tədbirlərinin miqyası kifayət qədər genişdir. Qısa müddətdə paytaxt Bakıda və regionlarda 20-dən çox müasir laboratoriya təşkil olunub. Azərbaycanda tibbi maska, kombinezon, dezinfeksiya vasitələrinin istehsalına başlanılması da böyük uğurdur. Ölkəmizdə səhiyyə infrastrukturunun möhkəmləndirilməsi yeni növ koronavirusa yoluxmuş bütün pasientlərin müayinə və müalicəsinin xəstəxana şəraitində aparılmasına imkan verir. Bundan məmnunluğunu bildirən Prezident İlham Əliyev vurğulayıb: “Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır. Dünya praktikası tam başqadır. Bir çox ölkələrdə xəstəliyi simptomsuz keçirənlər, xəstəliyə düçar olmuş insanlar ev şəraitində müalicə alırlar, onları heç xəstəxanalara da qəbul etmirlər. Əlbəttə ki, bu, onların sağlamlığına təhlükə yaradır. Azərbaycanda koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri də məhz odur ki, yoluxmuş bütün xəstələr tibbi müəssisələrə qəbul edilir və onlara lazımi xidmət göstərilir”.
Eyni zamanda, respublikamızda koronavirus xəstələrinin müalicəsinin yüksək səviyyədə təşkil edilməsi məqsədilə səhiyyə infrastrukturunun daha da genişləndirilməsi nəzərdə tutulub. Hazırda ölkəmizin müxtəlif bölgələrində 6-sı dövlət, 4-ü isə özəl sahibkarlar tərəfindən tikilməklə, hər birinin 200 çarpayı yeri olan 10 müasir modul tipli xəstəxananın tikintisi uğurla davam etdirilir. Qeyd edək ki, Prezident İlham Əliyevin 7 aprel 2020-ci il tarixində imzaladığı “Koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamla hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxananın quraşdırılması məqsədilə 14,8 milyon (on dörd milyon səkkiz yüz min) manat vəsait ayrılıb. Dövlət başçısının 9 aprel 2020-ci il tarixində imzaladığı “Koronavirus pandemiyasına qarşı Azərbaycan Respublikasında həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün vəsait ayrılması haqqında” Sərəncamla isə sənəddə qeyd olunan məqsədlərdən ötrü İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97,0 (doxsan yeddi) milyon manat vəsait ayrılıb. Artıq modul tipli xəstəxanalardan 4-ü Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib. Daha 6 modul tipli xəstəxananın isə iyun ayının sonunadək istifadəyə verilməsi nəzərdə tutulub. Prezident İlham Əliyev bəhs olunan üç modul tipli xəstəxananın açılışı mərasimindən sonra həkim kollektivi ilə görüşdəki çıxışında yeni səhiyyə ocaqlarının ölkəmizin pandemiyaya qarşı mübarizə imkanlarını artıracağını bildirərək “Bizim əlavə iki min çarpayımız olacaqdır və bu, koronavirusla bağlı mübarizədə imkanlarımızı daha da genişləndirəcək”, - deyə vurğulayıb.
Azərbaycanda səhiyyə işçiləri pandemiya ilə mübarizədə böyük fədakarlıq və peşəkarlıq nümayiş etdirirlər
Azərbaycanda yeni növ koronavirus infeksiyasından ölənlərin sayı kifayət qədər azdır ki, bu da aparılan mübarizənin səmərəliliyinin nəticəsidir. Burada səhiyyə işçilərinin rolunu xüsusi vurğulamaq lazımdır. Deyə bilərik ki, Azərbaycanın səhiyyə işçiləri, ələlxüsus da həkimlər ölkəmizdə COVİD-19-a ilk yoluxma faktı qeydə alınandan etibarən pandemiyaya qarşı mübarizənin ön cəbhəsində yer alırlar. Onlar pandemiyaya qarşı mübarizədə yüksək fədəkarlıq və vətənpərvərlik nümunəsi sərgiləyirlər ki, bu da hər cür xoş sözə layiqdir. Prezident İlham Əliyev Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılış mərasimindəki nitqində pandemiyaya qarşı mübarizədə həkimlərin fədəkarlığını yüksək dəyərləndirdiyini nəzərə çatdıraraq vurğulayıb: “Həkimlər öz həyatını, sağlamlığını, yaxınlarının sağlamlığını risk altına qoyurlar, xəstələrə gecə-gündüz xidmət edirlər. Biz həkimlərin fədakarlığını yüksək qiymətləndiririk. Bir daha Azərbaycan xalqı gördü ki, ən çətin dövrdə, bu pandemiya dövründə aparıcı şəxs, aparıcı adam insanların həyatını qoruyan həkimdir. Əlbəttə, bütün başqa amillərlə bərabər, dövlət lazımi tədbirləri görür. Amma son nəticədə xəstələri müalicə edən, onları həyata qaytaran həkimlərdir. Həkimlər gecə-gündüz işləyirlər, insanları xilas edirlər. Bu xəstəlikdən canını qurtaran bütün pasiyentlər, ilk növbədə, həkimlərə minnətdar olmalıdırlar”.
Onu da vurğulamaq yerinə düşər ki, koronavirus pandemiyasına qarşı mübarizədə fədakarlıq göstərən həkimlərə dövlət tərəfindən hərtərəfli qayğı göstərilir. Koronavirus xəstələrinə xidmətə cəlb olunan həkimlərin maaşı 3, 4 və 5 misli məbləğində artırılıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03

