Milli Məclis Sədrinin müavini: Azərbaycan Ordusu Qafqazın ən güclü ordusudur
25.06.2020 [09:46]
Ordu hər bir dövlətin və xalqın təhlükəsizliyinin qarantıdır. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan korpusunun yarandığı gün - 26 iyun Silahlı Qüvvələr Günü elan olunub. Hər bir dövlətin müqəddəratı ordusundan asılıdır. Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan ordusu işğalçı Ermənistanın dərsini vermək iqtidarındadır. Bunu 2016-cı ilin 4 günlük Aprel savaşı da göstərdi. Əhalisi 3 milyondan az olan Ermənistan 4 günlük savaşda 560 hərbçisini itirdi. Bu kiçik Ermənistan üçün əsl fəlakət sayıla bilər. Təsadüfi deyil ki, Aprel savaşından sonra Ermənistan ordusunda generallar arasında həbslər həyata keçirildi, Müdafiə naziri istefaya göndərildi.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclis Sədrinin müavini Adil Əliyev bildirib.
Adil Əliyev qeyd edib ki, MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələr sırasındadır. Azərbaycanın hərbi büdcəsi Ermənistan büdcəsinin tamamından çoxdur. Bu da düşmən ölkəni çox qorxudur. Müdafiə naziri Zakir Həsənov son müsahibəsində açıq dedi ki, növbəti müharibədə Ermənistan ordusunun itkiləri daha çox olacaq. İşğalçı dövlətin ordusu məğlubiyyətə düçardır. Bu gün Azərbaycan Silahlı Qüvvələri NATO ilə əməkdaşlıq edir. Azərbaycan hərbçiləri NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində təşkil olunan müxtəlif təlimlərdə iştirak edirlər. Azərbaycanın NATO ilə əlaqələri “Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı” çərçivəsində inkişaf edir. Bundan başqa Azərbaycanla Türkiyə arasında strateji müttəfiqlik hərbi sahəyə də sirayət edib. İl ərzində qardaş dövlətlə birgə keçirilən hərbi təlimlər də buna sübutdur.
“Ordumuz qarşısına qoyulan istənilən tapşırığı yüksək peşəkarlıqla yerinə yetirmək iqtidarına malikdir. Prezident İlham Əliyevin göstərdiyi qayğı nəticəsində vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Müasir dünyamızda baş verənlər onu təsdiqləyir ki, güclü ordusu olmayan dövlətlər müstəqil siyasət həyata keçirməkdə çətinlik çəkirlər. Ordusu zəif olan dövlətlərə təsir etmək daha asandır. Bütün diplomatik danışıqların arxasında güclü ordu dayanır”, - deyə Sədr müavini vurğulayıb.
O qeyd edib ki, bu gün gənclərimiz böyük həvəslə hərbi xidmətə can atırlar. 2016-cı ilin savaş günlərində minlərlə gəncimiz orduya yazılmağa və düşmənlə döyüşməyə can atırdı. Ermənistan gəncləri isə işğal altındakı torpaqlarımızda zorla qulluq etməmək üçün ölkələrini tərk edirlər. Bunun özü iki ölkənin gəncləri arasındakı fərqi ortaya qoyur.
A.Əliyev deyib: “Azərbaycan Ordusu Qafqazın ən güclü ordusudur. Düşmənin bütün təxribatlarının qarşısı yerindəcə alınır. Ordumuz daim düşməni vahimə içərisində saxlayır. İstənilən zaman ordumuz torpaqlarımızı azad etməyə qadirdir. Bunu cənab Prezident dəfələrlə çıxışında bəyan edib. Düşmən dərk edir ki, onların qarşısında 1990-cı illərdə olan özünümüdafiə dəstələri yox, nizami və müasir silahlarla təmin edilmiş Azərbaycan Ordusu dayanır”.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35

