/ / Prezident İlham Əliyevin son Sərəncamı ölkəmizdə mətbuata yüksək dövlət qayğısının daha bir bariz nümunəsidir
Prezident İlham Əliyevin son Sərəncamı ölkəmizdə mətbuata yüksək dövlət qayğısının daha bir bariz nümunəsidir
02.07.2020 [09:44]
Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalaması ölkəmizdə mətbuata yüksək dövlət qayğısının daha bir bariz nümunəsidir.
Bunu AZƏRTAC-a açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Media institutunun müasir çağırışlara və qlobal trendlərə, ən əsası milli maraqlara uyğun fəaliyyət göstərməsinin strateji əhəmiyyətə malik olduğunu deyən baş redaktor bildirib ki, Azərbaycan mətbuatının inkişafını şərtləndirən əsas amil bu sahədə güclü dövlət diqqəti və qayğısının mövcud olmasıdır.
Onun sözlərinə görə, bununla yanaşı, söz, fikir və özünüifadə azadlıqlarının ən yüksək səviyyədə təsbit edilməsi, mətbuatın maddi-texniki və maliyyə bazasının gücləndirilməsi, media institutunda təmsil olunan şəxslərin səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və digər bu kimi amillər milli mətbuatımızın inkişafını şərtləndirən fundamental faktorlar kimi dəyərləndirilməlidir.
Azərbaycan mətbuatının öz inkişaf tarixində zəngin, şərəfli və mürəkkəb yol keçdiyini diqqətə çatdıran baş redaktor deyib: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu strateji kursun qanunauyğun nəticəsi kimi, ölkəmizin iqtisadi potensialı və maliyyə imkanları artdıqca mətbuatın maddi problemlərinin həlli ilə bağlı çox müvafiq tədbirlər görülüb. Bütün bu addımlar Azərbaycan mətbuatının inkişafına mühüm töhfələr verib. Bu gün dövlət başçısının müvafiq göstərişləri əsasında mühüm ictimai institut olan medianın inkişafı, xüsusilə də çap mətbuatının öz fəaliyyətini müasir reallıqlar və çağırışlara uyğunlaşdıraraq davam etdirməsi istiqamətində çox əhəmiyyətli addımlar atılır və real nəticələr əldə olunur”.
Prezident İlham Əliyevin Azərbaycan jurnalistlərinin dostu, hamisi və qayğıkeşi olduğunu deyən Hikmət Babaoğlu əlavə edib ki, dövlət başçısının milli mətbuatımızın 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı bu reallığın növbəti əyani ifadəsidir.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

