/ / Prezident İlham Əliyevin qlobal əməkdaşlığa və həmrəyliyə xidmət edən təşəbbüsləri beynəlxalq səviyyədə yüksək dəyərləndirilir
Prezident İlham Əliyevin qlobal əməkdaşlığa və həmrəyliyə xidmət edən təşəbbüsləri beynəlxalq səviyyədə yüksək dəyərləndirilir
02.07.2020 [09:48]
Ekspertlər bildirirlər ki, BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı dövlətimizin başçısının təşəbbüsünü 130-dan çox ölkənin dəstəkləməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük etimadın növbəti göstəricisidir
Məlum olduğu kimi, bu gün müstəqil Azərbaycan bütün dünyada həm milli maraqlarını qətiyyətlə qoruyan, həm də qlobal təhlükəsizliyə təhdid hallarının aradan qaldırılmasına böyük səy göstərən dövlət kimi tanınır. Belə ki, dövlətimiz koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizədə də dünya dövlətlərinin və beynəlxalq təşkilatların fəaliyyətinin koordinasiyalı şəkildə qurulmasına hesablanan təşəbbüslərlə çıxış edir. İndiyədək Azərbaycanın təşəbbüsü ilə qlobal pandemiya ilə mübarizə mövzusunda Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfrans formatında Zirvə görüşləri keçirilib. BMT-dən sonra ən böyük təsisat olan Qoşulmama Hərəkatının Sədri kimi Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının təşkil olunması ilə bağlı təşəbbüsü də beynəlxalq birlik tərəfindən rəğbətlə qarşılanıb.
Məsələyə münasibət bildirən Milli Məclisin üzvü Məlahət İbrahimqızı deyib ki, dövlət başçısının BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün dünyanın 130-dan çox dövləti tərəfindən dəstəklənməsi ölkəmizə, onun liderinə beynəlxalq miqyasda olan ehtiramın göstəricisidir: “Bu kontekstdə, təbii ki, Prezident İlham Əliyevin beynəlxalq aləmdəki nüfuzu, şəxsiyyəti böyük rol oynayır. Bu, bir daha dövlətimizin başçısının qlobal əməkdaşlığa verdiyi töhfənin dünya dövlətləri tərəfindən yüksək qiymətləndirilməsini sübut edir”.
Deputat diqqətə çatdırıb ki, COVID-19 pandemiyasının elan olunduğu ilk günlərdən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır: “Aprel ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, may ayında Qoşulmama Hərəkatının Təmas Qrupunun videoformat şəklində Zirvə görüşləri mühüm əhəmiyyətə malikdir. Dünya ağır böhranla üz-üzə qaldığı, ümidsizliyə qapıldığı bir vaxtda dövlət başçısı qlobal liderlik nümayiş etdirərək hər iki təsisatın üzv dövlətlərini bir araya gətirməyə nail olub”.
M.İbrahimqızı bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə xüsusi sessiyasının keçirilməsi ölkəmizin beynəlxalq əməkdaşlığa töhfəsi baxımından mühüm əhəmiyyət daşıyır: “Düşünürəm ki, xüsusi sessiya pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına şərait yaradacaq və bu qlobal təhdidə çarə tapılmasına mühüm töhfə verəcək”.
Milli Məclisin deputatı Ramil Həsən isə bildirib ki, Prezident İlham Əliyev COVID-19 pandemiyasına qarşı mübarizə çərçivəsində qlobal lider missiyasını uğurla həyata keçirir: “Dövlət başçısının BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsünü 130-dan çox ölkənin dəstəkləməsi Azərbaycan Prezidentinin beynəlxalq miqyasda xüsusi liderlik qabiliyyətinə və imkanlarına malik şəxsiyyət kimi qəbul olunduğunu bir daha təsdiq edib”.
“Bu təşəbbüsə qarşı çıxan yeganə dövlət Ermənistan olub. Bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü bir daha rüsvay edib. Baxmayaraq ki, digər dövlətlər bu məsələ ilə əlaqədar BMT Baş katibinə ünvanladığı məktublarda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü vaxtında irəli sürülmüş addım kimi təqdir olunur”, - deyə R.Həsən qeyd edib.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20

