"Xocalı faciəsini dünyaya çatdıraq: hər birimiz bir təbliğatçı olaq"
26.02.2010 [09:36]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı “Xocalı faciəsini dünyaya çatdıraq: hər birimiz bir təbliğatçı olaq” mövzusunda anım mərasimi keçirib. YAP-ın Nərimanov rayon təşkilatının qərargahında keçirilən tədbirdə Milli Məclisin deputatları, partiya fəalları və faciənin canlı şahidləri iştirak ediblər.
Mərasim iştirakçıları öncə Xocalı soyqırımının qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov tarix boyu Azərbaycan xalqının faciələrlə rastlaşdığını bildirib. Əli Əhmədov qeyd edib ki, bu faciələr sırasında miqyası baxımından ən dəhşətlisi 18 il əvvəl ermənilər tərəfindən törədilmiş Xocalı qətliamıdır. Onun sözlərinə görə, Xocalı soyqırımı özünün qəddarlığı, amansızlığı ilə digər faciələrdən fərqlənir.
“Xocalı faciəsi bəşər tarixinin ən dəhşətli faciələrindən biridir. Bu hadisə zamanı heç kimə fərq qoyulmadan - qocalar, uşaqlar, qadınlar xüsusi amansızlıqla qətlə yetiriliblər. Bu soyqırım etnik zəmində baş verib. Qətliamı törədənlər xalqımıza qarşı nifrətlərini ifadə ediblər. Xüsusi qəddarlığı ilə seçilən bu faciəni unutmağa heç kimin haqqı yoxdur. Bu soyqırım bizim yaddaşımızdan heç zaman silinməyəcək. Xalq öz faciəsini unudanda mübarizliyini də itirmiş olur. Nə qədər ağır olsa da, belə faciələri mübarizliyimizi daha da gücləndirmək və xalqın birliyini möhkəmləndirmək baxımından unutmamaq lazımdır” - deyə YAP Sədrinin müavini vurğulayıb. Əli Əhmədov dünya birliyinin də faciələrə fərqli yanaşmalar göstərdiyini qeyd edib. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət ayrı-ayrı yerlərdə baş vermiş faciələrə həssaslıqla yanaşsa da, Xocalı soyqırımına münasibətdə ikili standartlar mövcuddur. “Bəzi dövlətlər uydurma “erməni soyqırımı”nı tanıdığı halda, həqiqi, faktlara əsaslanan, hələ qanı qurumamış faciəyə göz yumurlar. Ona görə də, hər bir vətəndaşın vəzifəsi bu faciəni dünya ictimaiyyətinə çatdırmaqdan ibarət olmalıdır. Azərbaycan dövləti, o cümlədən, bir sıra ictimai təşkilatlar, diasporumuz bu yöndə fəaliyyət göstərməkdədir. Bu baxımdan Heydər Əliyev Fondunun keçirdiyi aksiyaların əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Bizim qarşımızda böyük vəzifələr dayanır. Hər birimiz Xocalı soyqırımının dünyaya çatdırılması istiqamətində fəal təbliğatçı olmalıyıq” - deyən Əli Əhmədov əlavə edib ki, hər bir xalq öz taleyini müəyyənləşdirir. Azərbaycan xalqının da öz taleyinə sahib olmaq istəyi hər şeydən üstündür. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası da Xocalı faciəsi ilə bağlı müxtəlif layihələr həyata keçirib. “Bu tədbirlərin məqsədi odur ki, insanların yaddaşından belə qanlı hadisələr heç zaman silinməsin. Xüsusilə yeni nəsillər tariximizin bu qanlı səhifəsini unutmamalıdır. Faciə baş verəndən sonra dünyaya gələn nəsil bu tarixi dərindən öyrənməlidir. Tədbirlər qisasçılıq xarakteri daşımır. çünki qisasçılıq heç kimə fayda vermir. Ermənilər qisasçılıq etsələr də, özləri bəlalarla qarşılaşırlar” - deyə YAP Sədrinin müavini qeyd edib.
Əli Əhmədov vurğulayıb ki, bu soyqırımı törədən cinayətkarlar azadlıqda gəzməməlidir. Onun sözlərinə görə, belə cinayətkarların azadlıqda olması, cəzasız qalması başqalarını da cinayətlərə sövq edə bilər: “Körpə uşaqların, qoca və qadınların qətlini törədənlər öz cəzalarına çatmalıdırlar. Gec-tez onlar öz cəzalarını alacaqlar. Tökülən qanlar heç zaman yerdə qalmamalıdır məntiqi unudulmamalıdır. Xocalı faciəsinə Azərbaycanda siyasi qiymət verilib. Bu faciə soyqırım əməli kimi Azərbaycan parlamenti tərəfindən tanınıb. Eyni zamanda, Azərbaycan hökuməti və müvafiq strukturlar Xocalı soyqırımını törədən canilərin əməllərinə hüquqi qiymət verilməsi istiqamətində də addımlar atırlar”.
Tədbirdə çıxış edən Xocalı faciəsinin canlı şahidi Məhəmməd Şükürov bildirib ki, bu hadisə insanlığa, humanizmə qarşı törədilmiş cinayətdir.
Faciənin şahidi qeyd edib ki, Azərbaycan tarixinin ən dəhşətli və qanlı səhifələrindən olan Xocalı soyqırımı, eyni zamanda, bəşər tarixinin ən genişmiqyaslı və xüsusi amansızlıqla törədilmiş hərbi cinayətlərindəndir. 18 il əvvəl 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xankəndində yerləşdirilən keçmiş sovetlər birliyinə məxsus 366-cı alayın köməyi ilə Xocalı şəhərinin dinc mülki əhalisinə təcavüz edərək, şəhəri yerlə-yeksan etdilər. “Xocalı soyqırımı zamanı 613 nəfər dinc azərbaycanlı vəhşicəsinə qətlə yetirilib, 1275 nəfər dinc sakin əsir götürülüb. Təəssüf hissi ilə qeyd edilməlidir ki, onlardan 700 nəfəri hələ də erməni əsirliyindədir. Qanlı faciə nəticəsində 1000 nəfər dinc sakin müxtəlif dərəcədə xəsarət alıb, bir çoxları şikəst olublar. Bu cür tale ilə üzləşənlərin 106 nəfəri qadın, 83 nəfəri isə azyaşlı uşaqlardır. Həlak olanların 56 nəfəri xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilib. Dinc əhaliyə qarşı bu cür qeyri-insani əməllər özlərini dünya ictimaiyyətinə “mədəni” və “məzlum” xalq kimi tanıtmağa çalışan ermənilərin və erməni millətçiliyinin əsl mahiyyətini dünyaya nümayiş etdirib. Qanlı hadisələr zamanı vəhşi təcavüzün əsas obyekti kimi köməksiz qadın və uşaqların xüsusi qəddarlıqla qətlə yetirilməsi faktı bəşəriyyət tarixində qanlı ləkə kimi qalacaq. Bu gün dünya dövlətləri ərazi bütövlüyü və dinc yanaşı yaşamaq prinsiplərini rəhbər tutaraq beynəlxalq terrorizmə və təcavüzkarlığa qarşı vahid cəbhədə birləşməlidir. Ermənistan Respublikası tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və bütövlükdə 20 faiz ərazisinin işğal edilməsi, 20 mindən artıq Azərbaycan vətəndaşının dəhşətli terrora və kütləvi qırğınlara məruz qalması, ermənilərin sırf etnik təmizləmə siyasəti aparmalarından xəbər verir. Beynəlxalq təşkilatların və dünya birliyinin terrorçuluğu və irqçi ideologiyanı dövlət siyasəti səviyyəsinə qaldırmış təcavüzkar Ermənistanın əsl simasının tanınmasının vaxtı çoxdan çatıb.
Bu gün beynəlxalq təcrübədə bəşəriyyətə qarşı cinayət törətmiş şəxslərin tələb olunması və mühakimə edilməsi üçün kifayət qədər hüquqi baza və mexanizmlər mövcuddur. Təəssüflər olsun ki, indiyədək beynəlxalq ictimaiyyət Xocalı faciəsindən 18 il keçməsinə baxmayaraq, bu soyqırım hadisəsinə hüquqi qiymət verməyib, cinayətkarlar lazımı cəzalarını almayıblar” - deyə M.Şükürov vurğulayıb.
Millət vəkili Əhməd Vəliyev çıxışında bildirib ki, tarixdə Azərbaycan xalqının başına çox bəlalar gəlib. Onun fikincə, bunun bir səbəbi də özümüzün unutqanlığımız olub: “Amma bu gün sevindirici haldır ki, tariximizin öyrənilməsi istiqamətində əhəmiyyətli addımlar atılır. Dövlət başçısının həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan bu gün sürətlə inkişaf edir. Eyni zamanda, tariximiz olduğu kimi yazılır. Tarixi olduğu kimi yazmaq onu yaratmaq qədər çətindir. Bu gün intellekt müharibəsi gedir, ona görə də, düşmənə qarşı ağıl, zəka ilə mübarizə aparmaq lazımdır”.
Millət vəkili deyib ki, hər bir vətəndaş Xocalı soyqırımının dünyada tanınması üçün fəal iş aparmalıdır.
Xocalı sakini Almaz Həsənova çıxışında faciə zamanı atasını itirdiyini deyib. Onun sözlərinə görə, tarixən ermənilər həmişə bizimlə ədavət aparıblar. İkili standartlar nəticəsində isə dünya birliyi ermənilərin məkrli hərəkətlərinə obyektiv qiymət verməyib. O, Azərbaycan Prezidentinin apardığı siyasət nəticəsində qaçqın və məcburi köçkünlərimizin öz torpaqlarına qayıdacaqlarına inamını ifadə edib.
Mərasimdə, çıxış edən digər natiqlər də bu soyqırım gününün tarixindən danışıb, erməni vandalizminin dünyaya təqdim olunması üçün görülən işlərin əhəmiyyətini vurğulayıblar.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22

