/ / Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini kəskin şəkildə pisləməlidir
Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini kəskin şəkildə pisləməlidir
21.07.2020 [08:49]
Ekspertlərin fikrincə, Ermənistan silahlı qüvvələrinin təxribatçı hərəkətlərinə, dinc azərbaycanlı əhalini hədəfə götürməsinə beynəlxalq qurumlar, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri ciddi reaksiya verməlidir
Məlum olduğu kimi, 2020-ci iyulun 12-də işğalçı Ermənistanın silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum ediblər. Nəticədə Azərbaycanın hərbi qulluqçuları şəhid olub və yaralanıblar. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmənə adekvat cavab verilsə də, işğalçı dövlətin silahlı qüvvələrini təxribatçı hərəkətlərini davam etdiriblər.
Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrimizi hədəfə alıb
Xüsusi olaraq vurğulamaq gərəkdir ki, Ermənistan silahlı qüvvələri Tovuz rayonunun yaşayış məntəqələrini top atəşinə məruz qoyub. Açılmış artilleriya atəşi nəticəsində Tovuz rayonunun Ağdam kəndinin sakini, 76 yaşlı Əziz İzzət oğlu Əzizov həlak olub. Eyni zamanda, Tovuz rayonunun Dondar Quşçu kəndinin ərazisində 1 fərdi yaşayış evi və 3 həyətyanı torpaq sahəsi mərmilərin hədəfinə tuş gəlib. Belə ki, Telarə Əliyevaya məxsus fərdi yaşayış evi, Samirə Əliyeva, Aydın Hüseynov və Zeynal Rüstəmova məxsus həyətyanı torpaq sahələri yararsız hala düşüb.Bununla yanaşı, 14 iyul tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Qazax rayonunun Xanlıqlar kəndi artilleriya qurğularından atəşə tutulub. Xoşbəxtlikdən kənd sakinləri arasında yaralanan və xəsarət alan olmayıb.
Qeyd edək ki, mülki şəxsin həlak olması ilə nəticələnən bu hadisələr düşmənin dinc sakinlərə, onların əmlakına qarşı ilk cinayətləri deyil. Düşmən vaxtaşırı şəhər və kəndlərimizə hücum etmək kimi məkrli üsula əl atır. Bundan əvvəl də Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrimizi davamlı şəkildə ağır silahlardan atəşə tutub. Bunun nəticəsində mülki vətəndaşlar həlak olub, əhalinin təsərrüfatına, mülklərinə, yaşayış məntəqələrinin infrastrukturuna ciddi ziyan dəyib.
Qeyd edək ki, düşmənin Tovuz rayonu istiqamətində son təxribatı Ermənistanın buna məqsədyönlü şəkildə hazırlaşdığını göstərir. Dünyanın pandemiyaya qarşı mübarizə apardığı şəraitdə Ermənistan tərəfindən bu təxribat əməlinin törədilməsi bir daha sübut edir ki, Ermənistanın BMT Baş katibinin COVİD-19 ilə əlaqədar qlobal atəşkəs təşəbbüsünü dəstəkləməsi barədə bəyanatları riyakarlıqdır.
Ermənistanın Tovuz rayonuna hücumunu hərbi təcavüz kimi qiymətləndirən ekspertlərin fikrincə, işğalçının dinc sakinlərə qarşı da güc tətbiqetmə aktı növbəti təxribatdır və beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə reaksiya verməli və ciddi qınamalıdırlar.
ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana təzyiq göstərməlidir
Məsələyə münasibət bildirən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib ki, Ermənistan işğalçı siyasətini davam etdirmək üçün bütün vasitələrə əl atır və növbəti təxribatı da onun Dağlıq Qarabağ probleminin həllində maraqlı olmadığını göstərir: “Ermənistan uzun illərdir, işğalçılıq siyasətini davam etdirir. İşğal faktı nəticəsində bir milyondan çox soydaşımız öz doğma yurdlarında yaşamaq hüququndan məhrum edilib. Bu işğal siyasətinin davam etməsi qəbulolunmazdır. Ermənistan son təxribatı ilə üzv olduğu hərbi-siyasi təşkilatları Dağlıq Qarabağ münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddətdə davam edən təcavüzü və sərhəddə törətdiyi təxribatlar, eyni zamanda, Ermənistanın üzv olduğu hərbi-siyasi təşkilatın hüquqi sənədlərinə ziddir”.
Onun sözlərinə görə, bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır: “Ermənistanın təxribatçı hərəkətlərinə, işğaçı ölkə rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinə görə belə hadisələr baş verir. Digər tərəfdən, Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzu, güclənən mövqeyi Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla həllində də ölkəmizin üstünlüyünü artırır. Bu gün bütün dünya dövlətləri və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Eyni zamanda, bəşəriyyətin üzləşdiyi pandemiya ilə mübarizədə Azərbaycan mühüm beynəlxalq təşəbbüslərlə çıxış edir və bu təşəbbüslər dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Təbii ki, bu amillər işğalçı Ermənistanı çox qıcıqlandırır”.
S.Fətəliyevanın fikrincə, beynəlxalq ictimaiyyət və ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsini və sərhəddə törətdiyi təxribat əməllərini kəskin şəkildə pisləməlidir: “Hesab edirəm ki, münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri obyektiv mövqe ortaya qoymalı və öz fəaliyyətində beynəlxalq hüquq normalarına və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrə əsaslanmalıdırlar. Əgər həmsədrlər, həqiqətən, münaqişənin həllinə nail olmaq istəyirlərsə, işğalçı Ermənistana təzyiq göstərilməlidir. Əks halda, yaranmış gərginliyə görə Ermənistanla yanaşı, Minsk qrupunun həmsədrləri də məsuliyyət daşımalıdır”.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə isə bildirib ki, işğalçı dövlət tərəfindən azərbaycanlı mülki əhalinin, onların əmlakının məqsədyönlü şəkildə hədəfə alınması, ağır silahlardan atəşə tutulması ermənilərin faşizm xislətinin təzahürüdür: “Ermənistan mütəmadi olaraq belə cinayət aktları törədir, amma dünya hələ də susmağında, seyrçi mövqedə dayanmağında davam edir. Məhz bu seyrçilik cəbhə xəttində atəşkəsin Ermənistan tərəfindən pozulmasına, mülki əhalinin qətlə yetirilməsinə rəvac verir. Tarixə XX əsrin ən dəhşətli soyqırımı kimi daxil olan Xocalı faciəsi əgər bu günə qədər dünyaya haray salıb, ədalətli yanaşma gözləyirsə, nə qədər ki, bu soyqırımı aktı hüquqi-siyasi qiymətini hələ də almayıb, ermənilər bu vəhşi əməllərindən əl çəkməyəcəklər. Ey ədalətdən dəm vuran bəzi beynəlxalq təşkilatlar və ölkələr, cinayətkar, terrorçu Ermənistanı öz adı ilə çağırmağınızın zamanı çoxdan çatıb. Məlumdur ki, 1992-ci ildə Xocalıya hücumdan əvvəl, fevralın 25-də şəhər toplardan və ağır zirehli texnikalardan atəşə tutulmuş, nəticədə böyük dağıntılar və yanğınlar baş vermişdi. Fevralın 25-dən 26-sına keçən gecə isə şəhər tamamilə alova bürünmüşdü. Şəhəri yerlə-yeksan edən erməni silahlı dəstələri dinc əhaliyə misli görünməmiş divan tutmuşdu. Bu qırğın nəticəsində 613 nəfər həlak olmuş, 8 ailə tamamilə məhv edilmişdi. Ermənilər sağ qalmış insanlara işgəncələr vermiş, başlarının dərisini soyub, uşaqların gözlərini çıxarmışdılar. Bu, insanlığa sığmayan hərəkət, analoqu olmayan vəhşilik, qanlı cinayət idi”.
V.Rəhimzadə əlavə edib ki, mülki şəxslərin, onların əmlakının düşmən tərəfindən məqsədyönlü şəkildə hədəfə çevrilməsi 2016-cı il Aprel döyüşləri zamanı da yaşanmışdı: “Ermənilər yaşayış məntəqələrini ağır silahlardan davamlı şəkildə atəşə tutmaqla yanaşı, əhalinin təsərrüfatına, mülklərinə, yaşayış məkanının infrastrukturuna ciddi ziyan vurmuşdular. Yaşananlar bir daha bu reallığı ortaya qoyur ki, döyüş meydanında məğlub olan Ermənistan şəhərlərə və kəndlərə hücum çəkmək kimi məkrli siyasətindən istifadə edir. Beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan işğalçı dövlət bu cür əməlləri ilə beynəlxalq humanitar hüququ kobud şəkildə pozur”.
Baş redaktor işğalçı dövlətə bu günə qədər heç bir beynəlxalq sanksiyanın tətbiq olunmamasının belə vəhşiliklərə yol açdığını bildirərək deyib: “Dünya birliyi artıq bu reallığı qəbul etməlidir ki, bir cinayətin cəzasız qalması digər cinayətlərə səbəb olur. Beynəlxalq qurumların qərar və qətnamələrinə, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan Ermənistana artıq sanksiyaların tətbiq olunması zamanıdır. Dünyanı bürüyən pandemiyaya qarşı mübarizənin aparıldığı bir vaxtda işğalçı dövlətin bu təxribatları birmənalı qarşılana bilməz. Düşünürük ki, beynəlxalq təşkilatlar, o cümlədən münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu işğalçını adı ilə çağırmaq üçün tərəddüd etməyəcək. Çünki işğalçılıq, faşizm siyasəti göz önündədir. Növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin mülki şəxsləri, yaşayış məntəqələrini məqsədli şəkildə hədəfə götürməsi bəşəri cinayətdir. Beynəlxalq təşkilatlar, dünyanın böyük və nüfuzlu dövlətləri Ermənistana “dur!” deməklə həm beynəlxalq hüququn norma və prinsiplərinin qorunmasını təmin edər, həm də özlərinə qarşı inam formalaşdırarlar. Bu gün görünən odur ki, beynəlxalq birlik terrorizmə, işğalçılıq və təcavüzkar siyasətə qarşı mübarizədə daha fəal olmağa çağırış edib, yalnız bu halda belə təhdidlərin qarşısını almağın mümkünlüyünü bildirsə də, çox təəssüflər olsun ki, qərarlar kağız parçası olaraq qalmaqdadır”.
Sarsıdıcı zərbə alan düşmən çoxsaylı itkilərini gizlətməyə çalışır
Yeri gəlmişkən, qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi (MN) tam olmasa da, bəzi yüksəkrütbəli erməni hərbçilərinin öldüyünü etiraf etmək məcburiyyətində qalıb. Buna baxmayaraq, sosial şəbəkələrdə Ermənistan vətəndaşları neçə gündür ki, ölən erməni hərbçilərinin sayının daha çox olduğunu yazırlar. Ayrıca, paylaşılan məlumatlardan görünür ki, Ermənistan cəmiyyəti panika içərisindədir. Beləliklə, düşmənin 100-ə yaxın canlı qüvvəsi, xeyli sayda hərbi texnikası məhv edilsə də, Ermənistan hakimiyyəti ölənlərin sayını gizlətməyə çalışır.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

