Misir portalları Azərbaycan diasporunun Ermənistanın hərbi təxribatı ilə bağlı bəyanatını yayıb
21.07.2020 [09:11]
Misirin egyptnewsonline.com və waseqnews.com xəbər portallarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində törədilən təxribatla bağlı Azərbaycanın bu ölkədəki diasporunun rəhbəri, professor Seymur Nəsirovun bəyanatı yayılıb.
AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir: “Dünyanın COVID-19 pandemiyası ilə mübarizə apardığı bir vaxtda erməni silahlı qüvvələri ağır artilleriya vasitələrindən istifadə edərək Ermənistanla sərhəddə yerləşən Azərbaycanın Tovuz rayonu istiqamətindəki bəzi mövqeləri ələ keçirməyə cəhd edib. Azərbaycanın Qarabağ və ətrafındakı yeddi rayonu işğal edərək, bir milyondan çox azərbaycanlını öz dədə-baba yurdundan didərgin salan erməni işğalçı qüvvələri bu dəfə Qarabağdan 100 kilometr uzaqda yerləşən bölgələri ələ keçirməyə cəhd göstərib. Azərbaycan silahlı qüvvələri düşməni geri çəkilməyə məcbur edib. Ermənistandan qat-qat güclü orduya malik olan Azərbaycan hələ də münaqişənin sülh yolu ilə həll olunmasını dəstəkləyir. Amma onun səbrinin də həddi var”.
Bəyanatda Misir ictimaiyyətinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və səbəbləri barədə məlumat verilir. Bildirilir ki, Ermənistan ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesində qeyri-konstruktiv mövqe nümayiş etdirir və davamlı olaraq atəşkəsi pozur. Eyni zamanda, işğal olunmuş Azərbaycan torpaqlarının dərhal azad edilməsi və işğalçı Ermənistanın qoşunlarının həmin əraziləri tərk etməsinə dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi də yerinə yetirilmir.
Azərbaycan icmasının bəyanatında vurğulanıb ki, Misir Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi, Dağlıq Qarabağ da daxil olmaqla ölkəmizin ərazi bütövlüyünü tanıyır. “Azərbaycan xalqı bizim ədalətli mövqeyimizi dəstəklədiyinə görə qardaş ölkəyə minnətdardır”, - deyə sonda bildirilir.
Xəbər lenti
Hamısına baxAnalitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45

