Vüqar Rəhimzadə: Dünya niyə erməni vandalizminə göz yummaqda davam edir?
24.07.2020 [23:24]
İyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatın qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alındı. Ordumuz bir daha hansı gücə, qüdrətə malik olduğunu işğalçı dövlətə, eyni zamanda, ona havadarlıq edən dairələrə nümayiş etdirdi. Azərbaycan Ordusuna dəstək adı altında istər ölkə daxilində, istərsə də dünya ölkələrində keçirilən tədbirlər birliyimizin, həmrəyliyimizin, vətənpərvərliyimizin təqdimatında bir daha əhəmiyyətli rol oynadı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.
V.Rəhimzadə təəssüf hissi ilə belə bir məqamı da diqqətə çatdırıb ki, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün qarşısı qətiyyətlə alındıqdan sonra dünyanın müxtəlif yerlərində, o cümlədən ABŞ-da radikal erməni ekstremistlərinin diplomatik missiyalarımız da daxil olmaqla həmvətənlərimizə qarşı müxtəlif kriminal yönümlü zorakı fəaliyyətləri artıb: “Soydaşlarımız dünyanın müxtəlif ölkələrində aksiyalar keçirir, dövlətimizin dəyişməz, tarixi faktlara əsaslanan, beynəlxalq hüququn norma və prinsiplərinə söykənən mövqeyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırır, erməni yalanları əsaslı şəkildə ifşa olunur, ən əsası dünyanın yaşadığı hüquq probleminin yaratdığı çətinliklərə diqqət yönəldilir. Gəlin, yada salaq ki, müstəqilliyimizin ilk illərində Azərbaycan haqqında məlumatsızlıq erməni yalanlarının ayaq tutub yeriməsinə imkanlar yaradırdı. Ermənilər və erməni diasporunun bu yalanları nəticəsində Ermənistan işğala məruz qalan tərəf kimi təqdim olunurdu. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra əsas diqqət göstərilən məsələlərdən biri də Azərbaycan ətrafında yaradılan informasiya blokadasının yarılması oldu. Ümummilli Lider diasporu hər bir dövlətin xaricdəki varlığı kimi qəbul edərək bu hərəkatın genişlənməsi istiqamətində mühüm addımlar atdı. Məhz Azərbaycan diplomatiyasının uğurlu fəaliyyəti nəticəsində erməni yalanları ifşa olundu, erməni diasporunun dünyada cərəyan edən proseslərə təsir imkanları heçə endirildi. Dünyanın müxtəlif ölkələrində Azərbaycan diaspor təşkilatlarının yaradılması, onlar arasında birliyin, həmrəyliyin daha da möhkəmləndirilməsi, bu qurumların vahid mərkəzdən idarə edilmələrinin təmin olunması üçün Dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi öz əhəmiyyəti ilə diqqət çəkdi. Bu gün güclü, qüdrətli Azərbaycan harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarının qürur mənbəyidir”.
Baş redaktor bildirib ki, Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da dövlətimizin başçısı İlham Əliyev əsas diqqəti Azərbaycan diplomatiyasının qarşısında duran vəzifələrə yönəldərək bəyan etmişdir ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır.
“Bu gün dünyanın əksər ölkələrində Azərbaycan diaspor təşkilatlarının təşkilatçılığı ilə keçirilən yürüşlər də həqiqətlərimizin təbliğinə xidmət edən addımlar sırasındadır”, - söyləyən V.Rəhimzadə qeyd edib ki, erməni radikal dairələri həmin aksiyalar zamanı dinc azərbaycanlı etirazçılara vəhşicəsinə hücum edir, bəzi həmvətənlərimiz zorakılığa məruz qalırlar. Nəticədə bir neçə həmvətənlərimiz ciddi bədən xəsarətləri alıb. Bu təxribatlara dünyanın göz yumması diqqətdən kənarda qala bilməz. Artıq bu kimi olaylar bir daha onu göstərir ki, erməni vəhşiliklərinə, vandalizminə görə Ermənistana heç bir sanksiyanın tətbiq olunmaması onların bu çirkin əməllərinin coğrafiyasını daha da genişləndirmələrinə stimul verir. Son təxribatlarla bağlı iyulun 23-də Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında da bu barədə ətraflı məlumat verilib.
V.Rəhimzadə vurğulayıb ki, Ermənistanın bir qayda olaraq döyüş meydanında daim məğlub olması sonrakı dövrlərdə belə təxribatların baş verməsi ilə müşayiət edilir. Bu gün ictimaiyyətdə maraq və sual doğuran məqamlardan biri də Avropadakı tural sadıqlıların, qənimət zahidlərin, ABŞ-dakı sevinc osmanqızıların, cəmil həsənlilərin susmasıdır. Avropada, ABŞ-da həmvətənlərimizə qarşı qeyri-insani hərəkətlər edilir, amma “düşmən dəyirmanına su tökən” bu antimilli ünsürlər seyrçi mövqedə dayanmağa daha çox üstünlük verirlər: “Budur onların “Vətən təəssübkeşlikləri”. Təbii ki, vətəndaşlıq təəssübkeşliyi olmayan şəxsin dövlətçilik maraqlarının qorunmasından danışması qeyri-mümkündür. Ermənilərlə, ermənipərəst qüvvələrlə iş birliyində olan belələri soydaşlarımıza qarşı bu təxribatlara sanki sevinirlər. Bu gün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları birlik, həmrəylik nümayiş etdirdikləri halda, “sapı özümüzdən olan baltalar”ın, xarici dairələrin əlində bir alətə çevrilib, onların maraqlarının ifadəsinə çevrilən bədxahların əsl siması, çirkin niyyətləri özünü daha qabarıq şəkildə büruzə verir. Dövlətin, xalqın maraqlarını bir kənara qoyub öz şəxsi ambisiyalarının quluna çevrilən antimilli ünsürlərdən Vətən, dövlət, xalq naminə hansısa addımı gözləmək sadəlövhlükdən başqa bir şey deyil”.
Xəbər lenti
Hamısına baxGündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20

