Dinc azərbaycanlılara qarşı erməni terrorunun qarşısı alınmalıdır
28.07.2020 [09:22]
Xarici ölkələrdə yaşayan soydaşlarımıza qarşı ermənilərin törətdiyi vandalizm aktlarına beynəlxalq ictimaiyyət tərəfindən qiymət verilməlidir
Məlum olduğu kimi, iyulun 12-dən başlayaraq Ermənistan-Azərbaycan dövlət sərhədində təxribat törədən düşmən ölkə istəyinə nail olmadıqda, dinc yaşayış məntəqələrini atəşə məruz qoydu və müxtəlif dezinformasiyalara əl atdı. Daha sonra isə Ermənistan hakimiyyəti təxribatçı hərəkətlərini başqa müstəviyə keçirdi. Belə ki, radikal ermənilər Azərbaycanın müxtəlif dövlətlərdəki diplomatik nümayəndəliklərinə, habelə həmin ölkələrdə aksiya keçirən dinc azərbaycanlılara qarşı vandalizm aktları törətdilər. Ekspertlərin fikrincə, ermənilərin xarici ölkələrdəki təxribatçı hərəkətləri birbaşa rəsmi Yerevan tərəfindən sanksiyalaşdırılıb. Qeyd olunur ki, erməni terrorunun qarşısı alınmalı, dinc azərbaycanlılara qarşı erməni vandalizminə beynəlxalq ictimaiyyət tərəfindən qiymət verilməlidir.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Rauf Əliyev də deyib ki, Azərbaycan Ordusu tərəfindən layiqli cavab alan işğalmı Ermənistan təxribatlarını başqa müstəviyə keçirib: “Məkrli qonşumuz bu dəfə öz çirkin siyasətini dünyanın müxtəlif ölkələrində həyata keçirməyə başlayıb. Azərbaycanın bir sıra ölkələrdəki diplomatik nümayəndəliklərinə və dinc aksiya keçirən azərbaycanlılara qarşı radikal erməni qüvvələri müxtəlif təxribatlar törədiblər. Belə ki, xaricdə yaşayan soydaşlarımızın əvvəlcədən razılaşdırılmış dinc aksiyaları Ermənistandan idarə olunan erməni diasporunun nümayəndələri tərəfindən fiziki zorakılıq və aqressiya ilə üzləşib”.
R.Əliyev deyib ki, bu təxribatlar birbaşa mövcud Ermənistan hakimiyyəti tərəfindən yönləndirilir: “Azərbaycanın ABŞ, Avstraliya, Belçika, Böyük Britaniya, Fransa, İsveç, Polşa, Niderland və digər ölkələrdəki diplomatik nümayəndəliklərinin binalarına, eləcə də dinc azərbaycanlı etirazçılara qarşı törədilən təxribatlar ermənilərin əsl mahiyyətini bir daha nümayiş etdirir. Bu, eyni zamanda bir daha sübut edir ki, soydaşlarımıza qarşı həyata keçirilən aqressiv əməllər faşizm ideologiyasını təbliğ edən və babası faşistlərə xidmət etmiş N.Paşinyanın rəhbərlik etdiyi Ermənistan hakimiyyəti tərəfindən sanksiyalaşdırılıb”.
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Naqif Həmzəyev isə bildirib ki, beynəlxalq müstəvidə Ermənistanın Azərbaycanın ərazilərini işğal altında saxlaması faktının tanınması rəsmi Yerevanı narahat edib: “Son dövrlər Ermənistandakı avantürist hakimiyyətin yürütdüyü siyasətin daha da fəallaşması da bunu sübut edir. Terorçu ölkənin hegemonluğu və beynəlxalq təşkilatların məsələyə ikili standartlardan yanaşması da müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın hiddətinə səbəb olub. Onlar yaşadıqları ölkələrdə etiraz aksiyaları keçirərək ermənilərin terror aktlarına, dinc əhalini qətlə yetirmələrinə son qoyulmasını tələb edirlər. Ermənilər isə yenə də faşist xislətlərini nümayiş etdirirlər”.
“Təssüflər olsun ki, bu təxribatçı hərəkətlər insan haqları və demokratiyanın mərkəzi sayılan Belçika, Fransa, Almaniya və ABŞ-da baş verir. Beynəlxalq konvensiyalara görə, sırf təhlükəsizlik məsələsi ilə bağlı məsuliyyət hadisənin baş verdiyi ölkələrin üzərinə düşür. Buna görə də ermənilərin vandal və terrorçu hərəkətləri həmin dövlətlər tərəfindən kəskin şəkildə pislənməli, soydaşlarımıza qarşı zorakılıq faktlarını o ölkələrin hüquq-mühafizə orqanları ciddi araşdırmalı və konkret tədbirlər görməlidir. Çünki erməni radikal qruplarının vandallıq aktlarına hüquqi qiymət verilməməsi daha təhlükəli presedentlərin yaranmasına səbəb ola bilər”, - deyə N.Həmzəyev qeyd edib.
Q.ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxAnalitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45

