Antimilli ünsürlər yenidən erməni maraqlarının xidmətçisi rolunda...
29.07.2020 [09:07]
Yaxud Əli Kərimli, Sevinc Osmanqızı, Arif Məmmədov, Vidadi İsgəndərli və digər bu kimilərinin xalqımıza qarşı son bəyanatları onların ermənipərəst mahiyyətindən irəli gəlir
Məlum olduğu kimi, 12 iyul hərbi təxribatları nəticə verməyən Ermənistan hakimiyyəti Azərbaycana qarşı “əsas silahlarını” aktivləşdirdi. Belə ki, düşmənlərimiz yenidən “sapı özümüzdən olan baltaları”, yəni “beşinci kolon” nümayəndələrini “hərəkətə gətirdi”. Artıq günlərdir ki, xaricdəki antimilli şəbəkə və onların ölkəmizdəki tör-töküntüləri sinxron şəkildə Azərbaycan dövlətinin və xalqının üzərinə hücuma keçməyə cəhd göstərir. Əslində burada təəccüblənəsi hal yoxdur. O mənada ki, illərdir Azərbaycanın milli maraqlarına qarşı xəyanətkar mövqe tutan Əli Kərimli, Sevinc Osmanqızı, Arif Məmmədov, Vidadi İsgəndərli və digər bu kimilərinin növbəti dəfə ermənilərin tapşırığı ilə, eyni tezislər əsasında bəyanatlar verməyə və çıxışlar etməyə başlaması onların ermənipərəst mahiyyətindən irəli gəlir. Qeyd edilməlidir ki, bu ünsürlərin ermənidən artıq ermənilik nümayiş etdirməsinin arxasında məhz onların xalqımızın və ölkəmizin düşmənləri ilə olan işbirlikləri, maddi əməkdaşlığı dayanır.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Elman Məmmədov Ermənistanın Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatların iflasa uğramasının ardından ermənilərin xarici ölkələrdə dinc azərbaycanlılara qarşı vandalism aktları törətdiklərini deyib. Millət vəkilinin sözlərinə görə, azərbaycanlıların dinc aksiyalarına qarşı terror həyata keçirən, insanları fiziki təzyiqə məruz qoyan ermənilər bir daha əsl simalarını dünya ictimaiyyətinə göstərmiş oldular: “Təssüfləndirici haldır ki, adını azərbaycanlı qoymuş, amma ermənilərə xidmət göstərən “beşinci kolon” nümayəndələri xarici ölkələrdəki azərbaycanlıların Ermənistanın işğalçılıq siyasətinin əleyhinə olan aksiyalarını “xuliqanlıq, quldirluq, vətənşüvənlik” kimi qələmə verirlər. Bu şəxslər azərbaycanlıların vətənpərvərlik aksiyasını ləkələməyə, onun mahiyyətini təhrif etməyə çalışır, bununla da ermənilərin cinayətkar əməllərinə bəraət qazandırmağa cəhd edilər. Bu yolverilməzdir. Bu insaların özlərini azərbaycanlı adlandırmağa mənəvi haqqları çatmır. Düşmənə qoşularaq üzərimizə hücuma keçməyə hazır olan belələri xalqa, dövlətə düşmən mövqedədirlər”.
Milli Məclisin deputatı Azər Badamov da Azətbaycan xalqının bir daha xarici ölkələrə sığınıb dövlətimizə və millətimizə qarşı mübarizə aparan antimilli ünsürlərin əsl riyakar, xain mahiyyətini gördüyünü deyib. Millət vəkili qeyd edib ki, 12 iyul təxribatlarında uğursuzluğa düçar olmuş Ermənistan rəhbərliyi, dünya erməni diasporası himayədarlıq etdikləri erməni terror təşkilatlarına azərbaycanlıların dinc aksiyalarına müdaxilə etmək, insanlara fizki təzyiq göstərmək tapşırığı veriblər. Bəzi “beşinci kolon” nümayəndələri də məhz ermənilərlə sinxron hərəkət edərək Azərbaycanın haqq səsini, erməni təcavüzünü dünyaya çatdırmaq istəyən dinc aksiyaçıları “xuliqan” adlandırırlar: “Bu həmin insanlardır ki, ən kritik anlarda hər zaman dövlətə, xalqa xəyanət yolunu tuturlar. Əli Kərimli, Sevinc Osmanqızı, Arif Məmmədov, Vidadi İsgəndərli və digərləri növbəti dəfə öz kimliklərini Azərbaycan xalqına nümayiş etdirmiş oldular. Ermənilərin hazırladıqları tezislərə əsaslanaraq bəyanatlar verən, sosial şəbəkələrdə çıxışlar edən belələri Vətən xainləridirlər”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25

