Vüqar Rəhimzadə: Ümidverici rəqəmlər fonunda səhlənkarlığa imkan verməməliyik
13.08.2020 [08:27]
Operativ Qərargahın avqustun 5-dən karantin rejiminin yumşaldılması ilə bağlı qərarını şərtləndirən əsas amil koronavirus epidemiyasının geniş yayılmasının qarşısının alınması üzrə 21 iyun 2020-ci il tarixindən etibarən tətbiq olunan sərtləşdirilmiş tədbirlər nəticəsində sanitar-epidemioloji vəziyyətdə müşahidə olunan stabilləşmə oldu. Həmin müddətdə gündəlik statistik rəqəmlər yoluxanların sayında azalmanı, müalicə olunub əvvəlki həyatlarına qayıdanların sayında isə artımı təsdiqlədi. Bu yumşalmaların, xüsusilə SMS icazənin ləğvinin, çimərliklərin fəliyyətinin bərpasının müsbət dinamikanın davam etdirilməsinə nə kimi təsir göstərəcəyi hazırda günümüzün əsas müzakirə mövzuları sırasındadır. Bu baxımdan ki, ötən dəfə bəzi insanların yumşalmanı koronavirusun yoxa çıxması kimi qəbul etməsi müsbət dinamikanın zəifləməsinə, yəni yoluxanların sayının artmasına səbəb oldu. Məhz arxayınlaşmanın yaratdığı fəsadlar karantin rejiminin növbəti dəfə sərtləşdirilməsini, cərimələrin tətbiqini zərurətə çevirdi. Pandemiyaya qarşı mübarizə tədbirlərinə başlandığı gündən Azərbaycanın tətbiq etdiyi təcrübə beynəlxalq səviyyədə təqdir olundu. Ölkəmiz bu mübarizədə özünütəcridi əsas amil kimi önə çəkərək vətəndaş məsuliyyətinin artırılmasını bir tələb kimi qarşıya qoydu. Dövlətimizin uğurlu addımları ilk gündən bu proqnozu səsləndirməyə əsas verdi ki, Azərbaycan hər bir ölkə üçün sınaq kimi dəyərləndirilən koronavirusdan sonadək az itki ilə çıxacaq, postpandemiya dövründə yeni iqtisadi model tətbiq ediləcək, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi nəticəsində yaranmış çətinliklər qısa zamanda aradan qalxacaq, əhalinin sosial müdafiəsinin gücləndirilməsi öz prioritetliyini qoruyacaq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.
V.Rəhimzadə qeyd edib ki, koronavirusa yoluxmanın azaldılması, ümumiyyətlə, xəstəliyin coğrafiyasının genişlənməməsi üçün tətbiq olunan qaydalar o qədər də çətin deyil - məsafə saxlamaq, qoruyucu vasitələrdən istifadə etmək, tez-tez əlləri yumaq. Sağlamlığımızı qorumaq istəyiriksə, bu tələblərə yüksək səviyyədə əməl etməliyik: “Sevindirici haldır ki, artıq son günlər yoluxanların sayında azalmalar davamlı xarakter alıb. Sayın ikirəqəmli ədədlə ifadə olunması yenə də arxayınlıq yaratmamalı, tələb olunan qaydalar arasında sosial məsafənin gözlənilməsi önə çəkməlidir. Bu baxımdan ki, hazırda çimərlik mövsümüdür, insanların bu ərazilərdə daha çoxluq təşkil edir. Mövcud sıxlıq həyacan təbilinin çalınmasına rəvac verməyə bilməz”.
“Dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın koronavirus infeksiyası ilə bağlı xalqa müraciətlərində də daim bu inam ifadə edilir ki, COVID-19 adlı qorxulu hekayənin geridə qalacağı gün gələcək”, - söyləyən baş redaktor bildirib ki, məsuliyyət hissini artırmaqla, nizam-intizam qaydalarına yüksək səviyyədə əməl etməklə koronavirusa qalib gəlmək, xoş əhval-ruhiyyə ilə əvvəlki həyata qayıtmaq mümkündür. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, karantin rejimi hamını yorub. Çünki bu, elə bir bəla, elə bir xəstəlikdir ki, hələ çarəsi yoxdur. Ona görə yeganə yol insanları qorumaq, yoluxmaların sayını azaltmaq, xəstəliyin geniş vüsət almasına yol verməmək və beləliklə, vətəndaşları, dövlətimizi bu vəziyyətdən xilas etməkdir. Möhtərəm Prezidentimiz bir daha Azərbaycan vətəndaşlarına müraciət etdi: Məsuliyyətli olun.
V.Rəhimzadə qeyd edib ki, mübarizə tədbirlərinin öz müsbət nəticəsini verməsi üçün hər bir vətəndaşdan öz borcunu layiqincə yerinə yetirmək tələb olunmaqla yanaşı, məsuliyyəti daha çox çiyinlərində hiss edən peşə sahiblərinə dəstək olmaq da əsas çağırışlardandır: “Bu günlər həkimlərdən insanların sağlamlığının keşiyində daha ayıq-sayıq dayanmaq, ictimai asayişin keşikçiləri olan polislərimizdən karantin qaydalarına vətəndaşların daha yüksək səviyyədə və ciddi şəkildə riayət etmələrinə nəzarəti gücləndirmək, cəmiyyətimizin güzgüsü olan mətbuatdan obyektivlik, qərəzsizlik, vətənpərvərlik kimi prinsipləri qorumaq əsasında maarifləndirmə işinə böyük töhfələr vermək tələb edilirsə, hər bir vətəndaşa da məsuliyyətini artırmağa, nizam-intizam qaydalarına riayət etməyə çağırışlar edilməlidir. Kompleks tədbirlərin həyata keçirilməsi fonunda həm sağlamlığımızı təmin edər, həm də koronavirsun iqtisadiyyata vurduğu ziyanları aradan qaldırmaq üçün yeni inkişaf modelini tətbiq etməklə uğurlu nəticələrə nail ola bilərik. İlk gündən ölkəmizdə heç bir sosial layihənin təxirə salınmaması, insanların rahatlığının təmin edilməsi üçün biri-birindən önəmli addımların atılması diqqətdən kənarda qalmadı. Bu, Azərbaycanın möhkəm iqtisadi bazaya malik olmasının, ən əsası, iqtisadiyyatını düzgün əsaslar üzərində qurmasının göstəricisidir. Hər bir çətinlikdən uğurla çıxan Azərbaycanın COVID-19-a da qalib gələcəyi barədə səslənən fikirlər dövlətimizin uğurlu siyasətinə, ən əsası insan amilinə yüksək dəyər verməsinə əsaslanır”.
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

