/ / Rusiyanın Ermənistanı silahlandırması Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsiplərinə uyğun həllinə imkan vermir
Rusiyanın Ermənistanı silahlandırması Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsiplərinə uyğun həllinə imkan vermir
14.08.2020 [11:57]
ATƏT-in Minsk qrupu buraxılmalı, onun fəaliyyətinin yenidən təşkilinə baxılmalı, ATƏT MQ-də təmsil olunan Türkiyə həmsədr ölkə qismində prosesə cəlb edilməlidir
Müstəqil Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət milli maraqlar üzərində qurulub. Dövlət başçımız beynəlxalq arenada Azərbaycanın milli maraqlarını qətiyyətlə və xüsusi prinsipiallıqla müdafiə edir. Ölkəmizin milli maraqlarına təsir edən hər bir məsələ Prezident İlham Əliyevin xüsusi nəzarətindədir və bununla əlaqədar istənilən ölkə, beynəlxalq qurum qarşısında məsələ qaldırılır, onların həllinə nail olunur. Dövlət başçımız, həmçinin Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllinə xüsusi həssaslıqla yanaşır. Prezident İlham Əliyev müxtəlif səviyyəli beynəlxalq tədbirlərin tribunalarından dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanaraq prinsipial mövqedən çıxış edir. Ölkəmizin dəyişməz mövqeyi belədir ki, Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağdan və ətraf 7 rayondan qeyd-şərtsiz geri çəkilməli, həmin ərazilərdə Azərbaycanın suverenliyi təmin olunmalıdır.
Yeri gəlmişkən, avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. Prezident İlham Əliyev Prezident Vladimir Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat verib. Tovuz istiqamətində baş verən təxribatlar bir daha təsdiqləyir ki, işğalçılıq siyasətini dövlət siyasəti səviyyəsinə yüksəldən Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu formatında aparılan danışıqların substantiv nəticələrə istiqamətləndirilməsində maraqlı deyil, əksinə yeni iddialarla çıxış edir.
Vacib məqamlardan biri işğalçı dövlətin silahlandırılması ilə bağlıdır. Zor gücünə qonşu dövlətin suverenliyini pozan və 20 faizədək torpaqlarını zəbt edən dövlətə silah tədarükü qətiyyən yolverilməzdir. Bu, açıq-aydın separatizmin, işğalçılıq siyasətinin dəstəklənməsi anlamına gəlir. Dövlətimizin başçısı Rusiya Prezidenti ilə telefon danışığında həmçinin bu ölkədən işğalçı Ermənistana silah göndərilməsini bütün ciddiliyi ilə gündəmə gətirib.
Rusiyanın işğalçı Ermənistana silah-sursat tədarük etməsi yeni məsələ deyil
Rusiyanın işğalçı Ermənistana silah-sursat tədarük etməsi yeni mövzu deyil. Bunun tarixi ötən əsrin 90-cı illərinin əvvəllərinədək gedib çıxır. Bu məqamda general Lev Roxlinin faciləli və müəmmalı ölümünü xatırlamaq yerinə düşər. Sözügedən şəxs Rusiya Federasiyası 2-ci çağırış Dövlət Dumasının deputatı idi və Dumada müdafiə məsələləri komitəsinə sədrlik edirdi. Bəli, Lev Roxlinin adı bəlkə də, gənc nəslə çox şey demir. Ancaq Dövlət Dumasında Yeltsin Rusiyasının Ermənistana dəyəri milyardlarla dollarla ölçülən qeyri-qanuni silah, hərbi texnika göndərdiyi barədə məsələni məhz bu cəsur general gündəmə gətirib. 1997-ci il aprelin 2-də o, Dövlət Dumasının qapalı iclasında Cənubi Qafqazdakı vəziyyətlə bağlı məruzə ilə çıxış edib. O, öz məruzəsində Rusiyanın qonşu MDB ölkələrinə qeyri-qanuni silah satması məsələsinə toxunub. Lev Roxlin bildirib ki, ölkəsindən Ermənistana göndərilən silahlar metallom kimi sənədləşdirilsə də, əslində onlar təzə olub və heç üzərlərindəki istehsalçı müəssisələrin möhürü belə açılmayıb. General Roxlində olan məlumata əsasən, həmin dövrdə Ermənistana silah tədarükünə görə Rusiyanın itkiləri 1 milyard dollara yaxın olub. Azərbaycanın Rusiyanın münaqişə tərəflərindən birini silahla təchiz etməsi barədə öz narahatçılığını Moskvanın diqqətinə çatdırması isə bu ölkədə heyrət doğuran soyuqqanlılıqla qarşılanırdı. Çox haqlı olaraq bildirilir ki, Lev Roxlinin uca səslə bəyan etdiyi faktlar əslində Rusiyanın nüfuzunu dağıdacaq bir bomba idi. Generalın ölkəsindən Ermənistana, necə deyərlər, su qiymətinə silah-sursat satılmasına dair aşkarladığı faktların siyahısı çox uzun idi. Lakin cəsarətli general müəmmalı şəkildə həyatla vidalaşdı. O, 1998-ci il iyulun 2-dən 3-nə keçən gecə Moskva vilayətinin Naro-Fominsk rayonunun Kolokovo kəndindəki bağında ölmüş vəziyyətdə tapıldı...
Moskva öz “ənənə”sinə Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribat ərəfəsində də sadiq qalıb. Tovuz istiqamətində şiddətli döyüşlər getdiyi bir vaxtda Rusiyaya məxsus hərbi-nəqliyyat aviasiyası Ermənistana müntəzəm qaydada müasir silahlar daşıyıb. Əldə olunan məlumatlara əsasən, Rusiyadan Ermənistana silah-sursat daşınması ilə bağlı 7 uçuş həyata keçirilib. Uçuşlar iyulun ikinci yarısında və avqustun əvvəlində Rusiyaya məxsus İL-76 təyyarələri ilə baş tutub.
Dövlətimizin başçısı telefon danışığında Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.
Ermənistanın silahlandırılması mövcud status-kvonun saxlanmasına xidmət edir
Rusiyanın Ermənistanı silahlandırmaqda davam etməsi işğalçı ölkəyə dəstəkdir. Silahlandırma münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə imkan vermir. Əslində, silahlandırma mövcud status-kvonun saxlanmasına xidmət edir. Acınacaqlı və aciz durumda olan Ermənistan ardıcıl zərbələr alır və 2020-ci ilin iyulunda Tovuz döyüşləri bunun əyani sübutu oldu. Buna görə də silahlar Ermənistana pulsuz verilir. Rusiyanın ardıcıl şəkildə Ermənistanı silahlandırması bu ölkənin ATƏT-in Minsk qrupundakı həmsədr statusuna, üzərinə düşən öhdəliklərə və 2009-cu il iyulun 10-da ABŞ, Rusiya və Fransa prezidentlərinin “Böyük səkkizlik”in İtaliyanın Akvil şəhərində keçirilən toplantısı çərçivəsində imzalanan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı birgə bəyanatda və 2010-cu il iyunun 26-da ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri olan ABŞ, Rusiya və Fransa prezidentlərinin Kanadanın Muskok şəhərində qəbul etdikləri sənəddə əksini tapmış mövcud status-kvonun qəbuledilməzliyi prinsipinə ziddir.
Deyilənlərdən də göründüyü kimi, ATƏT-in Minsk qrupu üzərinə götürdüyü öhdəlikləri uzun illərdir yerinə yetirə bilmir, həmsədr ölkələr birtərəfli mövqe tutaraq işğalçıya dəstək verirlər. Buna görə də ATƏT-in Minsk qrupu buraxılmalı, onun fəaliyyətinin yenidən təşkilinə baxılmalı və ATƏT MQ-də təmsil olunan Türkiyə həmsədr ölkə qismində prosesə cəlb edilməlidir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59

