Rusiyanın Ermənistanı silahlandırması işğalçı ölkəyə dəstəkdir
15.08.2020 [01:02]
Ekspertlər qeyd edirlər ki, silahlandırma Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun həllinə imkan verməməklə yanaşı, mövcud status-kvonun saxlanmasına xidmət edir
Məlum olduğu kimi, ölkəmizin xarici siyasəti milli maraqlar üzərində qurulub və Prezidenti İlham Əliyev beynəlxalq arenada Azərbaycanın milli maraqlarını qətiyyətlə və xüsusi prinsipiallıqla müdafiə edir. Belə ki, milli maraqlarla əlaqədar bütün strateji məsələlər dövlət başçısının xüsusi nəzarətindədir, istənilən ölkənin və beynəlxalq qurumun qarşısında qaldırılır, onların həllinə nail olunur. Eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə xüsusi həssaslıqla yanaşan Prezident İlham Əliyev Azərbaycanın tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini ortaya qoyur. Lakin Tovuz istiqamətində baş verən təxribat bir daha təsdiqləyir ki, işğalçı Ermənistan münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupu formatında aparılan danışıqların substantiv nəticələrə istiqamətləndirilməsində maraqlı deyil.
Bu məqamda qeyd edək ki, avqustun 12-də Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı da iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində erməni silahlı qüvvələrinin törətdiyi təxribat da müzakirə edilib. Eyni zamanda, dövlət başçısı iyulun 17-dən bu günə qədər Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, Rusiyanın Ermənistanı silahlandırması barədə yeni faktların ortaya çıxması Azərbaycan ictimaiyyətində haqlı narazılıq yaradır: “Təsəvvür edin ki, iyulun 17-dən 2, iyulun 18, 20, 27, 29 və avqustun 4-də 1, avqustun 6-da isə daha 2 təyyarə reysi həyata keçirilib və bu günə qədər 400 ton silah-sursat daşınıb. Rusiya 1990-cı illərin ortalarından Ermənistanı silahlandırır. Vaxtilə general-mayor Lev Roxlinin 1997-ci ildə Dövlət Dumasının qapalı iclasında ifşa xarakterli çıxışını, sonradan onun öldürülməsini hər kəs xatırlayır”.
Millət vəkili deyib ki, Rusiyanın Ermənistanı silahlandırmağa davam etməsi münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə imkan vermir: “Rusiyanın ardıcıl şəkildə Ermənistanı silahlandırması onun ATƏT-in Minsk qrupunun həmsədri statusuna, üzərinə düşən öhdəliklərə uyğun deyil. Həmçinin bu addım ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ, Rusiya və Fransa prezidentlərinin 2009-cu il iyulun 10-da “Böyük səkkizlik” ölkələrinin İtaliyanın Akvil şəhərində keçirilən toplantısı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı imzaladıqları və 2010-cu il iyunun 26-da Kanadanın Muskok şəhərində qəbul etdikləri birgə bəyanatlarda yer almış prinsiplərə ziddir”.
Siyasi şərhçi Elçin Mirzəbəyli isə vurğulayıb ki, işğalçı ölkənin Azərbaycanın Tovuz rayonu istiqamətində hərbi təxribatından dərhal sonra Rusiyanın Ermənistana silah göndərməsi Moskvanın beynəlxalq öhdəliklərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri kimi vasitəçilik missiyasına ziddir. E.Mirzəbəylinin sözlərinə görə, işğalçı ölkəyə külli miqdarda hərbi təyinatlı yükün göndərilməsi Azərbaycan xalqının ciddi narahatlığına səbəb olub və Prezident İlham Əliyevin Rusiya Prezidentinə telefon zəngində bu məqamları xüsusi vurğulaması dövlətimizin başçısının əzmini, qətiyyətini və təbii ki, Azərbaycan vətəndaşlarının vahid mövqeyini ifadə edir.
Ekspertin fikrincə, Ermənistana silah göndərilməsi işğalçının dəstəklənməsi, mövcud status-kvonu möhkəmləndirilməsi, münaqişənin daha da genişlənməsinə imkan yaradılması deməkdir: “Rusiya, o cümlədən ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri dəfələrlə mövcud ststus-kvonun qəbuledilməz olduğunu vurğulasalar da, öz davranışları ilə faktiki olaraq mövcud vəziyyətin qorunub saxlanılmasına, möhkəmləndirilməsinə xidmət edirlər”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35

