/ / Deputat: Pandemiya dövründə kütləvi ibadətlərin təşkili virusa yoluxma hallarının sayını artıra bilər
Deputat: Pandemiya dövründə kütləvi ibadətlərin təşkili virusa yoluxma hallarının sayını artıra bilər
19.08.2020 [09:16]
Hər il Qurban, Ramazan bayramlarının, Məhərrəmlik ayının İslam dininin qaydalarına uyğun qeyd edilməsi ölkəmizdə dini etiqad azadlığının, mənəvi dəyərlərimizə bağlılığın nəticəsi olmaqla yanaşı, inanclarımıza sadiqlik kimi də yaşadılır. Lakin hazırkı reallıq odur ki, bütün sahələrdə problemlər yaradan, dini ayinlərin, mərasimlərin keçirilməsinə də təsir edən pandemiya şəraitində ibadətlər də dövrün tələblərinə uyğun həyata keçirilir. İnsanların qapalı məkanda kütləvi toplaşması ilə daha çox yoluxma hallarının baş verməməsi üçün yas mərasimlərinin daha az sayda insanın iştirakı ilə keçirilməsi əhalinin sağlamlığı üçün tətbiq olunan məhdudiyyətlərdir. Bu cür profilaktik tədbirlərə yaxınlaşmaqda olan, İslam dininin müqəddəs tarixi günlərindən sayılan Məhərrəm ayında da əməl edilməlidir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva deyib.
Deputat bildirib ki, pandemiya ilə əlaqədar məscid və ziyarətgahlarda kütləvi ibadətlərin təşkili zamanı virusa yoluxma hallarının artması ehtimalı daha yüksəkdir. Sanitar-gigiyenik qaydalara əməl olunmasının vacibliyini bildirən S.Vəliyeva insanların sağlamlığının qorunması məqsədilə açıq və qapalı məkanlarda dini ayinlərin təşkilinin, kütləvi toplaşmaların yolverilməz olduğunu qeyd edərək deyib: “Hətta pandemiya səbəbindən Həcc ziyarətinin təxirə salınması virusa yoluxma hallarının qarşısının alınması və insanlara diqqətin bariz nümunəsidir. Bu səbəbdən də Məhərrəmlik ayının daha çox kütləvi şəkildə qeyd olunan Aşura günündə əvvəlki illərdən fərqli olaraq bəzi ayinlərin keçirilməsinə məhdudiyyətlər nəzərdə tutulur. Pandemiyaya görə təkcə Azərbaycanda deyil, bütün müsəlman ölkələrində həmin günün ayinlərinin evlərdə təşkili daha məqsədəuyğun hesab edilir”.
Aşura mərasiminə uşaqların aparılması məsələsinə də münasibət bildirən deputat qeyd edib: “Aşura mərasiminə uşaqların aparılması onların sağlamlığını təhlükə qarşısında qoyur. Çünki həmin mərasimdə iştirak edən insanlardan kimsə infeksion xəstəliklərin daşıyıcısı ola bilər. Koronavirus, vərəm kimi təhlükəli xəstəliklərin daşıyıcısı olan hər hansı bir şəxsin orada iştirakı onlarla başqa adamı potensial xəstəyə çevirə bilər. Hava-damcı yolu ilə yayılan bu xəstəliklər uşaqları daha tez yoluxdura bilir. Uşaqların orqanizmləri zəif və yenicə formalaşan olduğundan onlar təhlükəli və güclü viruslara daha tez yoluxurlar”.
Deputat əlavə edib ki, İslam dininin əsas qayəsi insanları birliyə, həmrəyliyə dəvət etmək, mərhəmət göstərməyə, xeyirxah əməllərə çağırmaqdır. Bu mənada pandemiya dövründə Məhərrəm ayına xas inanclar fərqli yollarla yerinə yetiriləcək və Aşura günündə xəstələrə yardım məqsədilə Mərkəzi Qan Bankında qanvermə aksiyalarının keçirilməsi, xəstəlikdən əziyyət çəkənlərə həyat verilməsi Tanrı məqamında ən böyük savab, insanlıq, mərhəmətdir. Həmin gün kimsəsiz, aztəminatlı ailələrə yardım, valideyn himayəsindən məhrum uşaqlara nəvaziş göstərmək, uşaq evlərindəki körpələrə baş çəkmək insanlıq naminə edilən xeyirxahlıqlardır.
Xəbər lenti
Hamısına baxSiyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35

