Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / YAP ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri xanım Nensi Pelosiyə məktub göndərib

YAP ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri xanım Nensi Pelosiyə məktub göndərib

09.03.2010 [09:52]

Yeni Azərbaycan Partiyası Amerika Birləşmiş Ştatları Konqresinin Nümayəndələr Palatasının sədri xanım Nensi Pelosiyə məktub göndərib. Məktubda deyilir: “Yeni Azərbaycan Partiyası Amerika Birləşmiş Ştatları Konqrensinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin bu ilin mart ayının 4-də qondarma “erməni soyqırımı” ilə bağlı qərar qəbul etməsini böyük təəssüf hissi ilə qarşılayır və qətiyyətlə pisləyir. Şübhə yoxdur ki, heç bir fakta söykənməyən, uydurma “erməni soyqırımı” ilə əlaqədar qərarın qəbul edilməsi həqiqət və ədalət prinsipləri ilə daban - dabana ziddir. ABŞ Konqresi Nümayəndələr Palatasının bəzi üzvlərinin erməni lobbisinin aşkar təzyiqi altında belə bir sənədə səs verməsi təkcə acı təəssüf doğurmur, həm də Türkiyə - Amerika və Azərbaycan - Amerika münasibətlərinə ağır zərbə vurur. Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması missiyasını öz üzərinə götürən həmsədr dövlətlərdən biri kimi ABŞ Konqresinin belə qərar qəbul etmək cəhdi onun vasitəçilik fəaliyyətinin üzərinə ciddi kölgə salır. Digər tərəfdən, ABŞ-ın dostluq və tərəfdaşlıq öhdəliklərinə sayğısızlığını ifadə edir. Eyni zamanda, tarixi hadisələrə qərəzsiz, obyektiv münasibət bildirmək istəməməyindən xəbər verir. Ən yaxın tarixdə, 1992-ci ilin 26 fevralında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində törədilən Xocalı soyqırımı əslində, kimin insanlıq əleyhinə cinayət törətməyə qadir olduğunu bütün dünyaya əyani şəkildə nümayiş etdirdi. Amma ABŞ Konqresi Nümayəndələr Palatası nədənsə bu qanlı cinayətə bu günə qədər laqeyd münasibət göstərmiş və beləliklə də bilavasitə təcavüzkara havadarlıq yolu tutmuşdur. Birmənalı şəkildə demək olar ki, ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin məlum qərarı həm də ümumilikdə regionda baş verən proseslərə mənfi təsir göstərəcək, öz qonşularının ərazi bütövlüyünü tanımayan, etnik təmizləmə siyasətini həyata keçirmiş Ermənistanın Qafqaz regionunda sülhü və sabitliyi təhdid edən hərəkətlərinə siyasi və mənəvi dəstək kimi qiymətləndiriləcək. Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının əhval - ruhiyyəsini və münasibətini ifadə edərək Amerika Birləşmiş Ştatları Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin məlum qərarını bir daha qətiyyətlə pisləyir, onu mahiyyətcə qərəzli, qeyri - obyektiv və ədalətsiz addım kimi dəyərləndirir və ümid edir ki, ABŞ Konqresində sağlam düşüncə qalib gələcək, uydurma “erməni soyqırımı” ilə əlaqədar Konqresin qərarının qəbul edilməsinə yol verilməyəcək”.

Paylaş:
Baxılıb: 991 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30