/ / “News Blaze” nəşrində erməni təcavüzü və Cənubi Qafqazda sabitliyin pozulması haqqında məqalə dərc olunub
“News Blaze” nəşrində erməni təcavüzü və Cənubi Qafqazda sabitliyin pozulması haqqında məqalə dərc olunub
04.09.2020 [09:24]
“News Blaze” nəşrində amerikalı jurnalist və publisist Nurit Qringerin Azərbaycanın Tovuz rayonunda erməni təcavüzünə, Azərbaycanın Dağlıq Qarabağ regionunun işğalının davam etməsinə və üçüncü ölkədən Ermənistana silah göndərilməsinə həsr edilmiş məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, materialda 1990-cı illərin əvvəlində Dağlıq Qarabağ münaqişəsinin qızışdırılmasından bəhs edilir. Məqalədə vurğulanır ki, həmin dövrdə Ermənistan üçüncü tərəfin köməyi ilə Azərbaycanın Dağlıq Qarabağ regionuna və yeddi ətraf rayona soxulub, həmin ərazidə etnik təmizləmə aparıb, Azərbaycanın bir milyona yaxın dinc sakinini öz əzəli torpaqlarından qovub.
Müəllif yazır ki, BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul olunmuş 822, 853, 874 və 884 nömrəli qətnamələrində erməni işğalının pislənməsinə, Azərbaycanın işğal edilmiş ərazilərindən bütün erməni qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılmasının tələb edilməsinə baxmayaraq Ermənistanın təcavüzü davam edir. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadan Azərbaycanın suveren ərazisinin təqribən 20 faizini hələ də işğal altında saxlayır. O vaxtdan 30 ilə yaxın keçməsinə baxmayaraq azərbaycanlı məcburi köçkünlər hələ də bu münaqişənin həllini, onların öz doğma yurdlarına qayıda biləcəyi günü gözləyirlər.
Materialda daha sonra döyüş əməliyyatlarının qızğın vaxtında Ermənistana silah göndərilməsi barədə məlumatlar gətirilir, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə telefon söhbəti zamanı Prezident Əliyevin Rusiya tərəfindən Ermənistana silah göndərilməsi ilə əlaqədar hiddətləndiyi, bu məsələyə aydınlıq gətirilməsinin zəruri olduğunu vurğulaması bildirilir.
Qringer qeyd edir ki, erməni qoşunlarının bu yaxınlarda Azərbaycanın Tovuz rayonunda törətdiyi təxribat “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla davam etdirilməsinə Ermənistanın mane olmaq cəhdi ilə bağlıdır. Azərbaycan Respublikası müstəqilliyini bərpa edəndən sonra keçən illər ərzində 1 milyon qaçqın və məcburi köçkün olmasına baxmayaraq Cənubi Qafqazın ən iri iqtisadiyyata malik olan ölkəyə və Qərbin regionda ən mühüm tərəfdaşına çevrilib.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

