"Erməni cəlladları" ədalət mühakiməsinə çəkilməlidir!
11.03.2010 [11:30]
Zaman-zaman insanlığa qarşı çeşidli bəşəri cinayətlər törədilib. Müxtəlif zaman kəsiyində və müxtəlif xalqlara qarşı həyata keçirilmiş bu cinayətlərin, daha dəqiq desək, soyqırımı aktlarının törədilməsinə əmr verənlər, həmçinin, bu qanlı olayların icraçılarının bir qismi ədalət mühakiməsindən qaça bilməyib. Eyni zamanda, insanlıq əleyhinə cinayətlər törədənlərin beynəlxalq məhkəmə önündə dayanması ilə bağlı yaxın tariximizdə kifayət qədər faktlar var. Buna misal olaraq müasir tariximizə “serb qəssabları” kimi düşmüş Slobadan Miloşeviç, Radova Karaciç və onlarla bərabər müsəlmanlarla xorvatlara qarşı soyqırımı aktının gerçəkləşdirilməsində iştirak etmiş bir sıra serb generallarının beynəlxalq məhkəmə önünə çıxarılmasını göstərmək olar.
“Serb qəssabları” ədalət mühakiməsindən qaça bilmədi
Məlumat üçün deyək ki, Slobadan Miloşeviç keçmiş Yuqoslaviya Federasiyası dağıldıqdan sonra baş verən qanlı müharibələrə göstəriş verməkdə günahlandırılırdı. 1992-1995-ci illərdə davam edən həmin müharibə zamanı təkcə Bosniyada əksəriyyəti müsəlman boşnaklar olan 250 min insan həlak olub. Bundan başqa, Miloşeviç 1998-ci ildə yenidən alovlanan Kosova münaqişəsi zamanı dinc insanların qətlə yetirilməsinə görə də günahkar bilinir.
Slobadan Miloşeviçin sağ əli olan Radovn Karaciç də 1992-1995-ci illərdə Bosniyada hərbi cinayətlər törətməkdə günahlandırılır. Bosniyada on minlərlə müsəlmanın ölümünə bais olan Radovan Karaciçin göstərişi ilə Sarayevo şəhəri aylarla mühasirədə saxlanılıb və atəşə tutulub. Nəticədə şəhərdə minlərlə adam ölüb. Serebrenitsa qırğını isə beynəlxalq ictimaiyyət tərəfindən soyqırım kimi tanınıb. 1995-ci ildə Karaciçin göstərişi və planı əsasında xüsusi təyinatlı serb qüvvələri Bosniyanın bu müsəlman şəhərinə daxil olaraq kişi cinsinə mənsub 8 mindən çox adamı güllələyib. öldürülənlər kütləvi məzarlarda basdırılıb, bu dəhşətli hadisələri əks etdirən videokadrlar indi də dünyada şok yaradır. Lakin Karaciç bu soyqırımın tək günahkarı deyil. Bosniya serblərinin silahlı dəstələrinin komandanı olmuş general Radko Mladiç ondan daha dəhşətli adam sayılır. Mladiçin xüsusi təyinatlı dəstələri Bosniya müsəlmanlarına qarşı ağlasığmaz dərəcədə dəhşətli cinayətlər törədib.
Məhz Beynəlxalq Məhkəməyə çəkildikdən sonra həbsxanada ölən Miloşeviç kimi Serbiyanın keçmiş prezidenti Radovan Karaciç də Haaqa Tribunalı önünə çıxmaqdan qurtula bilmədi. BMT-nin keçmiş Yuqoslaviya üzrə hərbi tribunalı, eyni zamanda, 5 serbiyalı hərbi caniyə toplam 96 il iş kəsdi.
Növbə “erməni qəssabları”nındır
Beləliklə, yuxarıda qeyd olunan soyqırım aktına görə məsuliyyət daşıyan şəxslərin beynəlxalq məhkəmədən qaça bilməməsi öz növbəsində məhz həmin ərəfədə, konkret olaraq 1992-ci ildə baş vermiş əsrin dəhşətli faciələrindən olan Xocalı soyqırımının törədilməsində iştirak etmiş şəxslərin də beynəlxalq tribunala verilməsi zərurətini aktuallaşdırır.
Axı, hər kəsə bəllidir ki, Miloşeviçin və onun cinayətkar komandasının günahı eynilə Ermənistanın və “DQR”-in keçmiş rəhbəri Robert Köçəryanın, sabiq baş nazir Vazgen Sarkisyanın, indiki prezident Serj Sarkisyanın, Ermənistanın müdafiə naziri Seyran Ohanyanın və digərlərinin Xocalıda etdikləri cinayətlə eynidir. Adıçəkilən ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri “serb cəlladları” Kosovada, Priştinada, Bosniyada müsəlmanlara qarşı törədiblər. Bu əməl sahibləri həmin vaxt elə düşünürdülər ki, onların sözügedən cinayətlərinə “dur” deyən olmayacaq. Kimsə sabah onlardan - “Axı bu güllələnən qocanın, diri-diri yandırılan cavanın, süngüyə keçirilən körpənin, namusuna təcavüz edilən qız-gəlinin günahı nə idi”, “Axı, insanlıq tarixinə qanlı yazılan bu vəhşiliyə fərman verməklə nəyə nail olacağınızı düşünürdünüz”, “Günahsız insanların qanını tökmək, ananı balanın, əri arvadının gözü qarşısında qətlə yetirmək sizə həzz verirdimi” kimi suallara cavab istəməyəcək. Lakin bu sualı verən tapıldı. Daha doğrusu, aradan bir müddət keçəndən sonra “serb cəlladları” beynəlxalq məhkəmə önündə dayanmalı oldular. Deməli, indi də növbə “erməni cəlladları”nındır.
İnsanlığa qarşı cinayət-Xocalı soyqırımı
O cəlladların ki, insanlığa qənim kəsiliblər və onların vəhşilikləri nəticəsində müasir tariximizə Xocalı qətliamı kimi qanlı olay düşüb. Qeyd edək ki, Xocalı şəhərinin işğalı və azərbaycanlılara qarşı törədilən soyqırımı aktına görə 38 nəfər barəsində İnterpol vasitəsilə beynəlxalq axtarış elan edilib.
Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən bildirilib ki, onların Xocalı soyqırımında iştirakı tam sübuta yetirilib və onların Cinayət Məcəlləsinin soyqırıma görə məsuliyyət nəzərdə tutan 103-cü maddəsi, habelə sülh və insanlıq əleyhinə, müharibə cinayətlərinə görə məsuliyyət nəzərdə tutan 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 113 (işgəncə), 115.4 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.17-ci (zorlama, cinsi köləlik, məcburi fahişəlik, məcburi sterilizasiya, məcburi hamiləlik, habelə cinsi zorakılıqla əlaqədar başqa hərəkətlər etmə) maddələri ilə nəzərdə tutulan cinayəti etməkdə təqsirləndirilən şəxs kimi cəlb olunmaları barədə qərarlar çıxarılıb, barələrində məhkəmələr tərəfindən həbs-qətimkan tədbiri seçilib. Xocalı faciəsi ilə əlaqədar başlanmış cinayət işinin icraatı 31 mart 1994-cü il tarixdə dayandırılıb. Həmin cinayət işinin icraatı 12 iyul 2005-ci il tarixdə Azərbaycan hərbi prokuroru tərəfindən təzələnərək bu cinayət işi üzrə əməllər CM-nin 103 (soyqırım), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma) və s. maddələrinə tövsif olunub. Həmin vaxtdan sülh və insanlıq əleyhinə müharibə cinayətləri törətmiş şəxslərin beynəlxalq hüquq normalarına uyğun olaraq cinayət məsuliyyətinə cəlb, axtarış və mühakimə edilməsi istiqamətində istintaq hərəkətləri aparılıb. Məlumatda o da bildirilir ki, Xocalı soyqırımının törədilməsində iştirak etmiş 366-cı alayın 2-ci batalyonunun komandiri olmuş mayor Ohanyan Seyran Muşeqoviçin (hazırda Ermənistan Respublikasının müdafiə naziri vəzifəsində işləyir), 366-cı alayın 3-cü batalyonunun komandiri olmuş Nabokix Yevgeni Aleksandroviçin və qeyrilərinin iştiraklarını sübuta yetirən materialların toplanması və Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirləndirilən şəxslər kimi cəlb olunmaları, eləcə də, əsir və girovlarla amansız rəftar edərək onlara işgəncələr verməklə qəddarlıqla qətlə yetirmiş, habelə Meşəlidə, Qaradağlıda, Bağanıs-Ayrımda və digər yaşayış məntəqələrində soyqırım, həmçinin, Azərbaycan millətindən olan yerli əhalinin qanuni yerləşdiyi yerlərdən məcburi surətdə didərgin salınaraq deportasiya etməklə xüsusilə ağır cinayətləri törətmiş şəxslərin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Onu da bildirmək yerinə düşər ki, həmin 38 nəfərdən 34-ü məhz erməni millətinə xas olanlardır. Eyni zamanda, Ohanyan başda olmaqla, cinayətkarların 21-i Azərbaycan vətəndaşı olan ermənilərdir. Azərbaycan vətəndaşlığı ilə bağlı qeyd etməyimizin xüsusi mənası var ki, ona da yazının sonunda aydınlıq gətiriləcək. Hələlik isə onu qeyd etmək yerinə düşər ki, işğalçı ölkənin indiki və keçmiş rəhbərləri azərbaycanlılara qarşı görünməmiş vəhşiliklərin törədilməsində iştiraklarını heç zaman gizlətməyiblər. Məsələn, həmin dövrdə Ermənistanın prezidenti olan Levon Ter-Petrosyan erməni ordusuna müraciətlə “Siz, ermənilər düşməni öldürərkən ürəyiyumşaqlıq göstərməməlisiniz. Dağlıq Qarabağda azərbaycanlı deyilənləri qırıb qurtarana və orada öz sivilizasiyamızı bərqərar edənə qədər sizin düşmənə yazığınız gəlməməlidir” deyib. Ermənistanın keçmiş prezidenti Robert Köçəryan beynəlxalq tədbirlərin birindəki çıxışı zamanı Azərbaycan torpaqlarının işğal edilməsi və dinc əhaliyə qarşı amansız qətllərin həyata keçirilməsində iştirak etməsi faktını təsdiqləyib. Ermənistanın indiki prezidenti Serj Sarkisyan isə ermənilərin həqiqi simasını açaraq xarici jurnalistlə müsahibəsində “Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat etmək olar, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldırmazlar. Biz bu stereotipi dağıtdıq” deyib.
Bütün bunlardan sonra “erməni cəlladları”nın beynəlxalq məhkəmə qarşısına çıxarılmasından başqa yol qalmır.
Cinayət cəzasız qalmayacaq
Lakin bu sırada bir məqamı unutmamaq lazımdır. Daha dəqiq desək, beynəlxalq məhkəmənin digər müharibə cinayətkarlarına qarşı sərgilədiyi münasibəti ermənilərə qarşı da nümayiş etdirib-etdirməyəcəyi hələlik məlum deyil. Bu cür düşünməyimizə səbəb isə bəzi dövlətlərin və beynəlxalq qurumların ermənilərlə bağlı məsələdə ikili standartlar nümayiş etdirməsidir. Bu baxımdan sözügedən məhkəmə də erməni cinayətkarlarını görməzdən gələ bilər. Ancaq bu halda belə, Köçəryanın, Sarkisyanın və Ohanyanın ədalət mühakiməsindən qaçması mümkün deyil. çünki onlar Azərbaycan vətəndaşlarıdır və sözügedən cinayətləri də Azərbaycan vətəndaşı olaraq, özü də Azərbaycan ərazisində törədiblər. Buna görə də, Azərbaycan dövlətinə asi çıxdıqları üçün onlar gec və ya tez ölkəmizin qanunları çərçivəsində cinayət məsuliyyətinə cəlb edilərək, layiq olduqları cəzanı alacaqlar.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

