Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / ABŞ-Azərbaycan münasibətləri strateji tərəfdaşlığa söykənir

ABŞ-Azərbaycan münasibətləri strateji tərəfdaşlığa söykənir

13.04.2010 [09:20]

Bu iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafı qlobal təhlükəsizliyin təmin olunmasına mühüm töhfələr verir
Dünyada elə bir dövlət yoxdur ki, mövcud qlobal problemlərin öhdəsindən təkbaşına gələ bilsin. Hətta dünyada söz sahibi olan dövlətlərdən biri-ABŞ-a da beynəlxalq terrorizmdən tutmuş maliyyə böhranlarınadək bütün qlobal təhlükələrə qarşı mübarizədə daha etibarlı tərəfdaş ölkələr lazımdır. Bu baxımdan Birləşmiş Ştatlar Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir və Vaşinqton Azərbaycana qarşıdakı onilliklər boyu Amerikanın maraqlarını, həmçinin, xarici siyasətini müəyyən edəcək üç regionun - Yaxın Şərq, Avropa və Asiyanın kəsişdiyi məkanda yerləşən strateji tərəfdaş ölkə kimi baxır. Belə ki, Ağ Evdə yaxşı başa düşürlər ki, Azərbaycanın iqtisadi inkişafı, ölkədə siyasi sabitliyin təmin olunması bilavasitə Qafqaz regionunda təhlükəsizliyin təmin olunması deməkdir. Bu bölgə Avropanın enerji təhlükəsizliyini təmin edən mühüm bir halqa olduğundan, eyni zamanda, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Cənubi Qafqaz qaz boru kəməri, eləcə də, Avropa ilə Asiyanın nəqliyyat infrastrukturlarını birləşdirəcək Bakı-Tbilisi-Qars dəmiryolu xətti burada yerləşdiyindən-ABŞ-ın xüsusi maraq dairəsindədir. Digər tərəfdən isə, ölkəmiz NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramının fəal iştirakçısıdır, Azərbaycan hərbçiləri müxtəlif münaqişə bölgələrində sülhyaratma əməliyyatlarına birləşmiş qüvvələrə öz dəstəyini verməkdədir. Bütün bu sadalananlar Azərbaycanın ABŞ üçün əhəmiyyətini daha da artırır.
Lakin bəzi şərhçilər son zamanlar ABŞ-ın Azərbaycanla olan münasibətlərində hansısa soyuqluq elementləri axtarırlar. Və fikirlərini ABŞ-ın ötən ilin payızından indiyədək Azərbaycana yeni səfir təyin etməmələri ilə izah edirlər.
Məsələyə münasibət bildirən xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında bunu ABŞ-ın daxili işi adlandırıb. Onun sözlərinə görə, hazırda ABŞ-ın təkcə Azərbaycanda yox, bir neçə ölkə və beynəlxalq təşkilatda da səfirləri yoxdur. Azərbaycan-ABŞ əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayan nazir Azərbaycanın müstəqillik əldə etməsindən ötən 20 il ərzində iki ölkə arasında müxtəlif sahələrdə geniş əlaqələrin qurulduğunu deyib.
ABŞ-ın Azərbaycana yeni səfirinin təyin edilməsində yaranmış ləngimənin sırf daxili proseslərlə bağlı olduğunu deyən səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson isə jurnalistlərə müsahibəsində yayılan şayiələrin doğru olmadığını bildirib. O, ABŞ səfirliyinin fəaliyyətinin təkcə səfirlə məhdudlaşmadığını, hazırda səfirlikdə 80-dən artıq amerikalının işlədiyini deyib. Devidson, həmçinin, vurğulayıb ki, ABŞ Azərbaycan ilə təhlükəsizlik, enerji, demokratiya və digər sahələrdə uğurla əməkdaşlıq edir və səfirin təyinatında yaranan gecikmə ikitərəfli əməkdaşlığa xələl gətirə bilməz.
ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili Donald Lu isə KİV-ə müsahibəsində yeni səfirin təyinatının gecikməsini bürokratik maneələrlə əlaqələndirib və Azərbaycana təyin olunacaq yeni səfiri gözləməyə dəydiyini söyləyib. Onun sözlərinə görə, yeni səfir diplomatiya sahəsində çox zəngin təcrübəyə malik bir şəxs olacaq. O, həmçinin, Azərbaycanda ABŞ səfirinin olmamasının iki ölkə arasındakı münasibətlərin göstəricisi sayılmadığını vurğulayıb.
“ABŞ-Azərbaycan münasibətlərinin dərin maraqları var. Bu dialoq çox aktiv şəkildə davam edir. ABŞ dövlət katibinin müavini, konqresmenlər, yüksək rütbəli hərbi şəxslər tez-tez Azərbaycana gəlir. Azərbaycan rəsmiləri də ABŞ-a səfərlər edir. Biz ümid edirik ki, ABŞ səfiri tez bir zamanda təyin olunacaq” - deyən diplomat hazırda ABŞ üçün vacib dövlətlərdən olan bir sıra digər ölkələrdə də ABŞ səfirlərinin olmadığını deyib və Azərbaycanı da həmin ölkələr sırasına aid edib. O, tezliklə ABŞ-ın Azərbaycana yeni səfirinin təyin ediləcəyinə ümidvar olduğunu bildirib.
“İnanıram ki, ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təyin olunacaq şəxs təcrübəli mütəxəssis və peşəkar diplomat olacaq” - deyə, Lu vurğulayıb.
Qeyd edək ki, ABŞ administrasiyası bir qədər əvvəl ATƏT-in Minsk qrupundakı həmsədri Metyu Brayzanı da xarici siyasət sahəsində 36 illik təcrübəsi olan Robert Bradtke ilə əvəzləmişdi. Siyasi şərhçilər bunu Birləşmiş Ştatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə verdiyi önəm kimi qiymətləndirirlər.
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmində ABŞ şirkətlərinin öncül sırada olması, eləcə də, ümumdünya Ticarət Təşkilatına həqiqi üzv qəbul olunması istiqamətində rəsmi Vaşinqtonun ölkəmizə verdiyi böyük dəstəyi nəzərə alsaq, Azərbaycan-ABŞ münasibətlərinin qarşıdakı illərdə də daha dərinləşəcəyini və inkişaf edəcəyini söyləmək olar.
Səlim LOÄžMANOÄžLU

Paylaş:
Baxılıb: 1144 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30