Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Şahin Əliyev: Yaxın vaxtlarda Azərbaycanda İnzibati Məhkəmələr yaradılacaq

Şahin Əliyev: Yaxın vaxtlarda Azərbaycanda İnzibati Məhkəmələr yaradılacaq

17.04.2010 [15:32]

“Azərbaycanda inzibati məhkəmələrin yaradılması ilə bağlı əsas işlər, yəni qanunvericilik sahəsinə aid olan işlər yekunlaşıb. Yaxın vaxtlarda Azərbaycanda İnzibati Məhkəmələr yaradılmalıdır”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının (PA) Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev deyib. Şahin Əliyev bildirib ki, inzibati məhkəmələr Sovet İttifaqından miras qalmış İnzibati Hüquqpozmalar haqqında Məcəllədə əks olunan müddəalarla bağlı deyil: “Söhbət ondan gedir ki, vətəndaşların dövlət orqanlarında bu və ya digər mübahisələrinə peşəkar olaraq bu məhkəmələr baxmalıdır. Buna görə də bu məhkəmələr formalaşacaq. Avropada mövcud olan bu praktika Azərbaycanda da tətbiq ediləcək”.
PA rəsmisi Azərbaycanda adambaşına düşən vəkillərin sayı ilə bağlı problemlərin olması haqda suala isə belə cavab verib: “Azərbaycanda vəkillər problemi qalır. Amma problemin həlli ilə bağlı bu sahədə həm praktiki addımlar atılır, həm də Vəkillər Kollegiyası tərəfindən test imtahanları keçirilir”.

Paylaş:
Baxılıb: 1407 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31