/ / Əsli Kazımova: 2020-ci il ölkəmizdə siyasi münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı oldu
Əsli Kazımova: 2020-ci il ölkəmizdə siyasi münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı oldu
12.01.2021 [09:10]
“Ötən il ölkəmizin tarixinə həm də milli birlik, həmrəylik ili kimi yazıldı. İlin əvvəlində ölkəmizdə yaranan yeni siyasi konfiqurasiya partiyalararası münasibətlərin daha yüksək inkişafına təkan verdi. 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxış edən ölkə başçısı bildirdi ki, 2020-ci ilin fevral ayında ölkəmizdə keçirilmiş parlament seçkiləri demokratiya istiqamətində atılmış növbəti ciddi addım idi. Parlamentin rəhbər orqanları yeniləndi, rəhbərliyə yeni insanlar gəldi. İlk dəfə olaraq parlamentin Sədr müavini müxalifət partiyasının nümayəndəsi seçildi. Cənab Prezident qeyd etdi ki, ilk dəfə olaraq parlament komitələrinin sədr və müavin vəzifələrinə müxalifət nümayəndələri seçildilər. Bu, yeni siyasi mədəniyyətin təzahürüdür. Bu, bütün siyasi qüvvələr arasındakı əməkdaşlığa yönəlmiş ciddi bir addımdır”. Bu fikirləri qəzetimizə açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.
Onun sözlərinə görə, bu əməkdaşlıq, dialoq sonrakı dövrdə daha da inkişaf etdirildi. Partiya sədri vurğulayıb ki, ötən il bir sıra siyasi partiyaların qeydiyyat probleminin həlli, o cümlədən onların qərargahlarla təmin olunması onu deməyə əsas verir ki, 2020-ci il ölkəmizdə siyasi münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı oldu: “Vətən müharibəsi dövründə 50 siyasi partiyanın ölkə Prezidentinin apardığı siyasətə dəstək verməsi olduqca qürurverici oldu. İdeologiyasından və fərqli düşüncələrindən asılı olmayaraq, cənab Prezidentin ətrafında sıx birləşən siyasi təşkilatların bu addımı milli birliyimizin, həmrəyliyimizin nümayişinə çevrildi. Vətən müharibəsi zamanı siyasi qüvvələrin bir amal uğrunda birləşməsi müsbət tendensiyalara yol açdı və bu amil qələbə qazanılmasında mühüm rol oynadı. Bununla, eyni zamanda, dialoq mühitinin daha da inkişaf etdirilməsinə mühüm töhfə verildi”, - deyə Əsli Kazımova əlavə edib.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20

