M.Ə.Birand ermənilərin sifarişi ilə Azərbaycana qarşı çirkin kampaniyasını davam etdirir
01.05.2010 [08:46]
Ermənilərin türklərə və azərbaycanlılara qarşı apardığı çirkin siyasət Azərbaycanla Türkiyəni daha da yaxınlaşdırdı və qardaşlıq, dostluq prinsiplərinin hər şeydən üstün tutulduğu bir daha anlaşıldı.
Bəllidir ki, “Sürix” prosesinə start verənlər mərhələli şəkildə Azərbaycanla Türkiyə arasında narazılıq atmosferi yaratmaq məqsədilə müxtəlif tədbirlər həyata keçirirdilər. Onlardan biri də məhz, ötən ay Vaşinqtonda keçirilmiş nüvə sammiti oldu. Birləşmiş Ştatlar Azərbaycanı sammitə dəvət etmədi və bunun əvəzində Türkiyə ilə Ermənistan rəhbərliyini görüşdürərək, öz məqsədinə çatmağa çalışdı. Amma qardaşlığın qalib gəlməsi, hətta, sərhədlərin açılması prosesinin dayandırılması Ermənistana və onun havadarlarına hər şeyi detallı başa saldı. Buna görə də, Türkiyə ilə Azərbaycan arasında münasibətlərin möhkəmlənməsi, iki qardaş ölkənin vahid mövqedən çıxış edərək müxtəlif güc mərkəzlərinin təzyiqlərinə ləyaqətlə davam gətirməsi, prinsipial mövqedən geri çəkilməməsi antitürkiyə və antiazərbaycan qüvvələri bərk narahat edir. Lakin, bütün bunlara baxmayaraq, Ermənistan və ona dəstək verən dövlətlər müxtəlif vasitələrlə yenidən Azərbaycanla Türkiyə arasında yaratmaq hansısa soyuqluq niyyətindədirlər. Yəni, ermənilər və onların təbliğat ruporları daim iki qardaş ölkə arasında əlaqələri zəiflətmək, qarşılıqlı etimadsızlıq toxumu səpmək üçün ciddi cəhdlə çalışırlar. Əlbəttə ki, bu prosesdə də hər zaman olduğu kimi, düşmən qüvvələrə bu gün də öz içimizdən dəstək verənlər, onların fikirlərini, ideyalarını aşılayanlar tapılır...
ötən saylarımızın birində qeyd etmişdir ki, qardaş ölkənin mətbuat nümayəndələrindən biri olan Mehmet Əli Birand Ermənistanın cəhdləri boşa çıxdıqdan sonra davamlı olaraq antiazərbaycan təbliğatı aparır, Türkiyə ilə Azərbaycan arasında ziddiyyətlər olduğunu isbat etməyə çalışır, öz primitiv məntiqi ilə Azərbaycanın Türkiyənin maraqlarının müdafiəsi istiqamətində heç nə etmədiyini bildirir. Təbii olaraq, Azərbaycan mətbutı onun qərəzli fikirlərinə, antiazərbaycan təbliğatına tutarlı arqumentlərlə cavab verdi. Söhbət M.Ə.Birandın “Hürriyyət” qəzetinin 15 aprel 2010-cu il tarixli sayında dərc olunmuş məqaləsində irəli sürdüyü iddialara Azərbaycan ictimaiyyətinin sərt reaksiysından gedir. Azərbaycan ictimaiyyəti düşünürdü ki, bəlkə də, bundan sonra M.Ə.Birand səhv etdiyini, yazını emosional duyğular altında yazdığını etiraf edəcək. Amma onun “Hürriyyət”in 28 aprel tarixli nömrəsində dərc olunmuş məqaləsi göstərir ki, bu şəxs qərəzli şəkildə Azərbaycan-Türkiyə münasibətlərini təftiş etmək, imkan daxilində mövcud əlaqələrə zərbə vurmaq üçün təlimatlandırılıb.
Bəli, məhz, təlimatlandırılıb. Yoxsa, Azərbaycanın ABŞ-da keçirilən nüvə sammitinə dəvət almadığını yaxşı bilən Birandın Vaşinqtonda azərbaycanlı axtarışına başqa necə qiymət vermək olar?
Bir yazar və teleaparıcı kimi, o, müstəqilliyinin ilk günündən Azərbaycanın Türkiyənin yanında olduğunu, xarici siyasətini Türkiyənin maraqları ilə daim uzlaşdırdığını, transmilli layihələrin həyata keçirilməsində Türkiyənin maraqlarını öz mənafeyindən ayırmadığını, Türkiyəyə qarşı ən çirkin iddialar irəli sürən ermənilərə qarşı hamıdan çox və kəskin mübarizə apardığını, Azərbaycanın Ermənistanla müharibə vəziyyətində olduğunu bilməmiş deyil. Ona görə də, özünü Türkiyənin böyük təəssübkeşi kimi qələmə verən, guya Türkiyənin dərdini çəkən bu şəxsin iddialarını Azərbaycana qarşı əsl tərbiyəsizlikdən başqa cür qiymətləndirmək olmaz.
Hətta, son zamanlar apardığımız araşdırmaların nəticəsi olaraq, Birandın qohumluq əlaqələri ilə bağlı düşündürücü faktlarla qarşılaşmışıq. Belə ki, Türkiyədəki məlumatlı mənbə bildirib ki, M.Ə.Birandın ermənilərlə qohumluq əlaqələri var və o, Türkiyə ermənilərinin sifarişlərini yerinə yetirir.
Bir sözlə, Azərbaycanda M.Ə.Birand kimilərini sadəcə olaraq, “erməni agenti”, “araqatan” adlandırırlar. öz soyuna və kökünə hörmətsizlikdən, xalqının maraqlarını satmaqdan çəkinməyən və utanmayan M.Ə.Birand kimilərinin digərlərində eyib axtarması gülüncdür.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25

