/ / Üçtərəfli bəyanat regionda sabitliyin və təhlükəsizliyin davamlılığının təmin olunmasına xidmət edir
Üçtərəfli bəyanat regionda sabitliyin və təhlükəsizliyin davamlılığının təmin olunmasına xidmət edir
14.01.2021 [09:37]
Ekspertlərin qeyd etdikləri kimi, Azərbaycan Respublikasının Prezidentinin, Ermənistan Respublikasının baş nazirinin və Rusiya Federasiyasının Prezidentinin imzaladıqları Bəyanat regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını, görüləcək işlərlə bağlı prioritetlərin müəyyən edilməsini nəzərdə tutan mühüm yol xəritəsidir
Məlum olduğu kimi, yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüş keçirilib. Görüşün nəticəsi olaraq isə üçtərəfli Bəyanat imzalanıb. Qeyd edilməlidir ki, sənəd regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, bu məqsədlə üçtərəfli işçi qrupun, yarımqrupların yaradılması, görüləcək işlərlə bağlı prioritetlərin müəyyən edilməsini nəzərdə tutan yol xəritəsidir. Bununla yanaşı, bəyanatda 2021-ci il martın 1-dək Azərbaycanın və Ermənistanın ərazisindən həyata keçirilən daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısının və reallaşdırılması qrafikinin hazırlanması da nəzərdə tutulur. Bu isə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhlizin yaradılması, Naxçıvanın blokadadan çıxarılması, həm Azərbaycanın özü, həm də bütün region ölkələri üçün mühüm əhəmiyyət kəsb edən nəqliyyat-kommunikasiya imkanlarının reallığa çevrilməsi, yeni nəqliyyat platformasının yaradılması istiqamətində əhəmiyyətli addımdır.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan dövlətçilik tarixinin ən şərəfli səhifələri yazıldı. Onun sözlərinə görə, müzəffər Ordumuzun rəşadəti, Prezident İlham Əliyevin Azərbaycana qarşı yönələn bütün diplomatik həmlələri yüksək peşəkarlıqla dəf etməsi sayəsində işğal altındakı torpaqlarımız düşmən tapdağından azad edildi, əsl sahiblərinə qaytarıldı. Millət vəkili qeyd edib ki, 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, habelə Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli Bəyanat işğalçının kapitulyasiyasının hüquqi-rəsmi təsdiqi kimi yaddaşlara həkk olundu: “2021-ci il yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən növbəti görüş də Qarabağa dair imzalanmış üçtərəfli Bəyanatın reallaşdırılmasının gedişi, mövcud problemlərin aradan qaldırılması və regionda dinc həyatın təmin olunması ilə bağlı növbəti addımların birlikdə müzakirəsi kimi tarixə düşdü”.
P.Kərimzadə regionun davamlı və təhlükəsiz inkişafını təmin etmək üçün üçtərəfli görüşün vacibliyini diqqətə çatdırıb və vurğulayıb ki, Moskva görüşü, imzalanan bəyanat regional sabitliyi və təhlükəsizliyi möhkəmləndirməyə, bölgənin iqtisadi tərəqqisinə xidmət edir. Belə ki, görüşün nəticəsi olaraq regionda nəqliyyat kommunikasiyalarının işə düşməsi “Şərq-Qərb” nəqliyyat dəhlizinin tərkib hissəsi kimi “Mehri dəhlizi”nin reallaşması Naxçıvana, daha sonra Türkiyəyə dəmir yolunun açılması deməkdir. Bu da Azərbaycanın Naxçıvan Muxtar Respublikası, həmçinin Türkiyə ilə əlaqələrini gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyətini artıracaq. “Prezident İlham Əliyev üçtərəfli görüşdən sonra mətbuata bəyanatında qeyd etdiyi kimi, kommunikasiya xətləri təkcə Azərbaycan üçün deyil, eyni zamanda, region ölkələrinin hamısı üçün böyük əhəmiyyət kəsb edəcək. Görüşdə Rusiya tərəfinin üçtərəfli razılaşmalara əməl olunmasına görə Azərbaycan tərəfinə minnətdarlıq ifadə etməsi də diqqətdən yayınmamalıdır. Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilmiş ikitərəfli görüşdə də ölkələrimiz arasında münasibətlərin çox uğurla inkişaf etdiyi vurğulanıb, Bəyanatın böyük perspektivlər açacağı qeyd olunub”, - deyə millət vəkili əlavə edib.
Politoloq Şəbnəm Həsənova isə qəzetimizə açıqlamasında Moskva görüşünün noyabrın 10-da imzalanmış 9 maddədən ibarət Bəyanatda ehtiva olunan strateji prinsiplərin təsdiq edilməsi ilə yanaşı, bundan sonrakı mərhələdə regionda sülhün və təhlükəsizliyin daha da möhkəmləndirilməsinə olduqca böyük töhfə verəcəyini deyib. Onun sözlərinə görə, bu görüş münaqişənin birmənalı olaraq bitdiyini, bundan sonra diqqəti gələcəyə cəmləşdirməyin vacibliyini, kommunikasiyaların açılması və regionun inkişafı barədə düşünməyin lazım olduğunu ortaya qoydu. Ermənistan isə seçimi özü edəcək: “Ermənistan revanşizmi unudub bərpa və əməkdaşlıq prosesinə qoşulmasa, yenə kənarda qalacaq. Yox, əgər Ermənistan aqressiv siyasətindən əl çəksə, perspektivdə konstruktiv siyasət nümayiş etdirsə, Ermənistan dövləti və cəmiyyəti bu xətti aparıcı siyasi xətt kimi müəyyənləşdirsə, Ermənistanın regiona inteqrasiyası, bölgədə reallaşdırılan layihələrə cəlb olunması mümkün ola bilər. Prezident İlham Əliyev də dəfələrlə bildirmişdi ki, Ermənistan işğalçılıq siyasəti yürütdüyü üçün bütün regional layihələrdən təcrid olunub. Nə qədər gec deyil, bu xalqın yaxşı həyat standartları şəraitində yaşaması üçün region dövlətləri ilə ədavətə son qoymaq siyasi hakimiyyətlərinin ən düzgün qərarı olmalıdır. Bu gün Ermənistanda vəziyyət ağırdır, əgər Ermənistanın hərbi-siyasi hakimiyyəti ölkələrini ağır vəziyyətdən qurtarmaq istəyirsə, ilk növbədə, qonşu Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaq istiqamətində real addımlar atmalıdır. Ermənistan rəhbərliyinin üzərinə böyük iş düşür ki, vəziyyəti düzgün dəyərləndirsin, heç bir kənar fitnəyə uymasın və onlar üçün mövcud olan ən optimal variant kimi Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmağa çalışsın”.
Ş.Həsənova onu da diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin indiyədək səsləndirdiyi fikirlər Moskvada imzalanan bəyanatda öz əksini tapıb. Belə ki, burada Azərbaycanın dediyi kimi, status məsələsi barədə heç bir qeyd yoxdur və əsas diqqət kommunikasiyaların açılmasına yönəldilir. Nikol Paşinyanın status, münaqişənin hələ bitməməsi barədə iddialarına gəldikdə isə Ş.Həsənovanın fikrincə, bu iddialar Ermənistanın daxili auditoriyasına hesablanıb.
“Çünki Paşinyanın Moskvaya gedərkən Yerevanı hansı şəraitdə tərk etdiyi hər kəsə məlumdur. Əsas məsələ rəsmi sənəd və birgə bəyanatdır ki, burada da Paşinyanın yox, həm döyüş meydanında, həm də diplomatik masada zəfər qazanan Azərbaycan Prezidenti İlham Əliyevin fikirləri öz əksini tapır. Bir sözlə, Prezident İlham Əliyevin Moskvaya səfəri Azərbaycanın növbəti uğuru və diplomatik qələbəsidir”, - deyən Ş.Həsənova əlavə edib ki, Moskva görüşü ilə bağlı birgə bəyanatın qəbulu Rusiya və Azərbaycanın mövqelərinin üst-üstə düşdüyünü təsdiqləyir ki, bu da ikitərəfli münasibətlərimiz üçün olduqca vacib məqamdır. Rusiya və Azərbaycan prezidentlərinin çıxışlarında səslənən fikirlər, regionda yaranmış yeni reallıqlar və imkanlar iki ölkə arasında münasibətlərin inkişafına daha da təkan verəcək.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

