/ / AZƏRTAC-ın İdarə Heyəti sədrinin “İnformasiya yaradıcılığı: standartlar və yeni yanaşmalar” kitabı Türkiyədə nəşr olunub
AZƏRTAC-ın İdarə Heyəti sədrinin “İnformasiya yaradıcılığı: standartlar və yeni yanaşmalar” kitabı Türkiyədə nəşr olunub
19.01.2021 [09:24]
AZƏRTAC-ın İdarə Heyətinin sədri, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) vitse-prezidenti Aslan Aslanovun “İnformasiya yaradıcılığı: standartlar və yeni yanaşmalar” kitabı Avrasiya Yazıçılar Birliyi (AYB) tərəfindən Ankarada türk dilində nəşr olunub.
Ankara Hacı Bayram Vəli Universitetinin jurnalistika fakültəsinin dekanı, professor Zakir Avşarın rəyi və elmi redaktorluğu ilə işıq üzü görən nəşrin baş redaktoru AYB-nin sədri Yaqub Öməroğludur.
Professor Zakir Avşarın rəyində vurğulanır ki, təcrübə və elmi biliklərin toplandığı kitabda dünyada və Azərbaycanda xəbər agentliklərinin, eləcə də insanların informasiyaya tələbatının ödənilməsinin əhəmiyyəti araşdırılır. Müəllif diqqəti qlobal dünyada informasiya axınına yönəldərək xəbərlərin yayılmasını, operativliyini və digər mühüm məqamları tədqiq edir. Rəqəmsallaşan dünyada yeni medianın və onlayn xəbərlərin önəmindən bəhs edən Aslan Aslanov bu sahədə uğur qazanmağın yolunu nəzəri biliklərlə yanaşı, praktiki təcrübədə və yeni texnologiyalardan istifadə etməkdə görür, həmçinin təcrübələrini oxucularla, xüsusən gənc jurnalistlərlə bölüşür. Azərbaycanda informasiya sisteminin formalaşması, siyasi və ictimai həyatda xəbər agentliklərinin rolu, müasir xəbərçiliyin aktual problemləri jurnalistika nəzəriyyəsi və müəllifin çoxillik təcrübəsi əsasında araşdırılır. Əminəm ki, kitab universitetlərin jurnalistika fakültələrində dərslik kimi də istifadə olunacaq.
Müasir dünyada oxuculara doğru və operativ informasiya çatdırılmasının əhəmiyyətini vurğulayan professor Zakir Avşar yazır: “Bu ənənə AZƏRTAC-da uzun illərdən bəri davam etməkdədir. Agentlik, xüsusilə Azərbaycanın 44 günlük Vətən müharibəsi dövründə beynəlxalq ictimaiyyəti düzgün məlumatlandıraraq yaxşı nümunə göstərib. Ermənistanın yalanlarına qarşı mübarizə apararaq obyektiv informasiyalarla təkcə Azərbaycan və Türkiyə üçün deyil, dünya ictimaiyyəti üçün də etibarlı xəbərin ünvanına çevrilib”.
“Azərbaycanın informasiya agentlikləri” adlı birinci fəsildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra söz və mətbuat azadlığının təmin edilməsi, milli kütləvi informasiya sisteminin formalaşması, dövlətin informasiya siyasətinin əsas istiqamətləri ətraflı təhlil olunur. Müəllif qeyd edir ki, bu siyasətin təməl prinsiplərinin formalaşması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər AZƏRTAC-a daim diqqət və qayğı ilə yanaşırdı. Bu ənənənin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsinin nəticəsidir ki, agentlik müasir texnologiyalarla təmin olunub, beynəlxalq informasiya məkanında mövqelərini möhkəmləndirib. Qarşısında Azərbaycan həqiqətlərini dünyada daha geniş coğrafiyada yaymaq vəzifəsi qoyulan AZƏRTAC hazırda bir çox ölkələrin milli informasiya agentlikləri, habelə mötəbər xarici KİV-lərlə səmərəli əməkdaşlıq edir, qarşılıqlı xəbər mübadiləsi aparır.
“Qloballaşan dünyada informasiya axını, müasir informasiyaların işlənmə və yayılma problemləri”, “İnformasiya işində ənənə və müasirlik”, “İnformasiya agentliklərinin beynəlxalq və regional təşkilatları” adlı fəsillərdə ənənəvi media ilə sosial şəbəkələr arasındakı fərqli və oxşar cəhətlər, müasir İKT-lərin rolu, AZƏRTAC-ın beynəlxalq media qurumları ilə əməkdaşlığı təhlil olunur. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə Dünya Xəbər Agentliklərinin V Konqresinin və OANA-nın XVI Baş Assambleyasının Azərbaycanda keçirildiyi, 2016-2019-cu illərdə hər iki mötəbər beynəlxalq quruma AZƏRTAC-ın sədrlik etdiyi diqqətə çatdırılır.
Nəşrdə, həmçinin beynəlxalq media təşkilatları barədə ətraflı məlumatlar verilir, agentliyin bu qurumlara üzvlükdən başlayaraq onların rəhbər orqanlarında təmsilçiliyədək keçdiyi yol əksini tapır.
Kitab yayım auditoriyası bütün türk dünyasını əhatə edən AYB-nin məşhur “Bengü” yayınları brendi ilə təqdim olunur. Nəşrin baş redaktoru Yaqub Öməroğlu əsəri informasiyanın formalaşması tarixini və müasir vəziyyətini araşdıran mükəmməl məlumat bazası kimi dəyərləndirib. Onun fikrincə, kitab yaradıcı insanlar, xüsusən mətbuat işçiləri və bu sahənin mütəxəssisləri üçün zəngin məlumat mənbəyidir.
“İnformasiya yaradıcılığı: standartlar və yeni yanaşmalar” kitabı rəsmi mənbələrə, arxiv materiallarına, xaricdə və Azərbaycanda nəşr olunmuş elmi-nəzəri tədqiqatlara, dövri mətbuata, internet resurslarına istinadla hazırlanıb.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

