/ / Əsli Kazımova: Azərbaycanla Türkmənistan arasında Anlaşma Memorandumunun imzalanması dostluq və qardaşlıq münasibətlərinin inkişafına təkan verəcək
Əsli Kazımova: Azərbaycanla Türkmənistan arasında Anlaşma Memorandumunun imzalanması dostluq və qardaşlıq münasibətlərinin inkişafına təkan verəcək
29.01.2021 [09:17]
“Azərbaycanın tarixi qələbəsi regionda yeni siyasi və iqtisadi mənzərə yaratdı. Artıq bölgədə mühüm iqtisadi tərəfdaşlıq platformaları yaradılır ki, bu da digər dövlətlər üçün cəlbedici xarakter daşıyır. Bu mənada, ölkəmizin bir sıra türkdilli dövlətlərlə daha yaxın münasibətlər qurması, onlar arasında mühüm işgüzar əlaqələrin formalaşdırılması olduqca vacib xarakter daşıyır. Ümumiyyətlə, türkdilli ölkələrlə münasibətlərin daha yüksək səviyyədə inkişaf etdirilməsi xarici siyasət kursumuzun əsas prioritetlərindəndir və bu mənada Türkmənistan Respublikası ilə “Dostluq” yatağının birgə işlədilməsi haqqında imzalanmış Memorandum olduqca mühüm əhəmiyyət kəsb edir”.
Bu fikirləri qəzetimizə açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.
Onun sözlərinə görə, Azərbaycanla Türkmənistan arasında Anlaşma Memorandumunun imzalanması dostluq və qardaşlıq münasibətlərinin inkişafına təkan verəcək. “İmzalanmış Memorandum tarixi bir hadisədir. Azərbaycan Respublikası hər zaman Xəzər dənizində dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılması üzrə səylər göstərib və Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üçün ilk təşəbbüs göstərən ölkələrdən biri kimi çıxış edib. Bu səylər Xəzər dənizində bölgü məsələləri üzrə bütün sahilyanı ölkələrin mövqelərinin yaxınlaşdırılmasına və ümumi razılığın əldə edilməsinə xidmət edib. Belə bir anlaşmanın əldə edilməsi və yatağın “Dostluq” adlandırılması isə iki ölkə arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə söykənməsinin bariz nümunəsidir. Qeyd edim ki, yataqdan hasil olunacaq neft və qaz Azərbaycanın mükəmməl və əhatəli infrastrukturu, ixrac kəmərləri vasitəsilə daşınacaq. Bu isə neft və qaz ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyətini artıracaq. Bir sözlə, sənədin imzalanması Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə keçirilməsində çox önəmli addımdır”, - deyə Ə.Kazımova əlavə edib.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16

