/ / “Wall Street Journal”: Azərbaycanlılar birinci Qarabağ müharibəsindən sonra dağıdılmış şəhərlərə qayıtmaq istəyirlər
“Wall Street Journal”: Azərbaycanlılar birinci Qarabağ müharibəsindən sonra dağıdılmış şəhərlərə qayıtmaq istəyirlər
17.02.2021 [09:13]
Beynəlxalq KİV-lərdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində münaqişədən sonrakı dövrün və indi doğma diyarlarını ziyarət edə biləcək məcburi köçkünlərlə bağlı hadisələrin işıqlandırılması davam edir. 30 ildən çox bundan əvvəl Ermənistanla birinci müharibə nəticəsində 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, lakin onların öz evlərinə qayıtması çətinliklərlə və gərgin emosiyalarla bağlıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər “Wall Street Journal” nəşrinin müxbiri M.Simmonsun həmin jurnalda dərc edilmiş məqaləsindən götürülüb. Simmons yazır: “Artıq minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün erməni silahlı qüvvələri tərəfindən 30 illik işğaldan sonra azad edilmiş ərazilərə qayıda biləcək, lakin hələlik həmin rayonlarda yaşamaq üçün zəruri infrastruktur yoxdur. Əslən Ağdamdan olan 74 yaşlı Sayalı Paşayevanı və digər məcburi köçkünləri narahat edən odur ki, şəhərlər və kəndlər xarabalığa çevrilib, orada yaşamaq və işləmək üçün hələ şərait yoxdur.
Sayalı Paşayeva əhalisinin sayı 40 min nəfər olmuş Ağdama birinci səfəri zamanı deyib: “Allaha şükür edirəm ki, mənim öz yurdumda ölməyim üçün oraya qayıtmağıma imkan verib”. Sayalı Paşayeva, onun oğlu və qızı Ağdama gələrkən qırmızı rəngli bir xalçanı oradakı məscidə hədiyyə ediblər. Bu məscid Ağdamda salamat qalmış yeganə binadır. Şəhərdəki digər tikililər tamamilə dağıdılıb. Ağdamın işğalından Paşayevlər ailəsi ikimərtəbəli evdə yaşayırdı. Münaqişə nəticəsində bu ailə uzun illər boyu çadır şəhərciyində yaşamalı olub. Ötən ilin payızında Azərbaycan Ordusu işğalçı erməni qüvvələrinə qarşı əks-hücum nəticəsində Ağdamı və digər rayonları nəzarət altına götürməyə müvəffəq olub.
İşğaldan azad edilmiş rayonlarda zəruri yenidənqurma işlərinin miqyası çox böyükdür. Azərbaycan Parlamentində İqtisadi planlaşdırma və biznes komitəsinin sədri Tahir Mirkişilinin sözlərinə görə, 1990-cı illərdə Ermənistan tərəfindən zəbt edilmiş rayonlarda 150 mindən çox ev, 9 minə qədər ictimai bina, o cümlədən 700 məktəb dağıdılıb.
Torpaqların minalanması və partlamamış döyüş sursatları işğaldan azad olunmuş ərazilərdə həyat üçün yenə təhlükə yaradır. Dəmiryol və aeroport dağıdıldığına görə, işğaldan azad olunmuş ərazilərə yeganə yol avtomobil yoludur. Bu da öz növbəsində kommunal xidmətlərin və dağıdılmış şəhərlərin bərpasını çətinləşdirir. Buna baxmayaraq, 1990-cı illərin əvvəlində bu bölgəni tərk etməyə məcbur olmuş azərbaycanlılar arasında nostalgiya və vətənpərvərlik hissləri dərin kök salıb. Sayalı Paşayevanın oğlu deyib: “Biz Ağdamda olduğumuz dövrdə milyoner idik. Qaçqın vəziyyətinə düşmək bizim üçün təhqir idi”.
Jurnalist daha sonra əslən Füzulidən olan ssenarist Elxan Xanəlizadə barədə söhbət açır. Ermənilər Elxanın yaşadığı kəndi tutanda onun 13 yaşı vardı. Elxanın ailəsinin də 8 otaqdan ibarət ikimərtəbəli evi vardı. Elxan o faciəli günləri indi də xatırlayır: 60 kilometr yolu ayaqyalın getməli olmuşdu, ayaqları qan içində idi. Ailənin hər hansı qiymətli əşyalarını götürməyə vaxt yox idi.
Məqalədə münaqişənin tarixindən, ermənilərin Dağlıq Qarabağ regionunu ilhaq etməyə cəhd göstərməsindən də bəhs edilir, hərçənd BMT bütün bu müddətdə Azərbaycanın ərazi bütövlüyünü tanımaqda davam edib.
Simmons yazır ki, Azərbaycan hökuməti Dağlıq Qarabağı və ona bitişik rayonları geri qaytarmağı vəd edərkən əhalinin dəstəyinə güvənirdi. Azərbaycan hökumətinin məlumatına görə, 800 minə yaxın azərbaycanlı öz əzəli torpaqlarına qayıtmaq arzusunda olduğunu bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev bildirib ki, bu fakt qürur doğurur. Müəllif yazır: “Bəzi müstəqil iqtisadçıların hesablamalarına görə, işğaldan azad edilmiş ərazilərin bərpasına çəkiləcək xərclər Azərbaycanın ildə 15 milyard dollara yaxın olan illik büdcəsindən çox ola bilər. Azərbaycan hökuməti Qarabağda yeni infrastruktur yaradılması üçün indiyə qədər bu məbləğin təqribən 10 faizini ayırıb.
Rəsmi şəxslər də ümid edirlər ki, işğaldan azad olunmuş rayonlarda yenidənqurma proqramının həyata keçirilməsinə özəl və xarici investisiyalar da kömək edəcək. Türkiyə, İran, Macarıstan, İtaliya və Böyük Britaniya hökumətləri bu regionun bərpasına töhfə verməyə, o cümlədən sənayeyə sərmayə qoymağa və ərazilərin minalardan təmizlənməsinə kömək etməyə hazır olduqlarını bildiriblər. İşğaldan azad edilmiş bəzi rayonlarda bərpa işləri artıq başlanıb. Füzuli rayonunda yol boyunca vurulmuş yeni yol nişanlarında kəndlərin adları göstərilib. Hazırda orada aeroport tikilir. Bu rayondan olan azərbaycanlıların çoxu oraya qayıtmaq imkanını nəzərdən keçirir”.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16

