Ermənilərin qondarma iddialarının yalan olduğunu Qərb mənbələri də sübut edir
29.04.2010 [11:02]
Artıq inkarolunmaz faktlar və tarixi mənbələrlə də sübuta yetirildiyi kimi, dünyanın ən vandal xalqlarından biri olan ermənilər 200 ilə yaxın tarixi bir dövr ərzində azərbaycanlılara və türklərə qarşı xüsusi amansızlıqla soyqırımlar həyata keçiriblər. İstər bu soyqırımların kulminasiyası olan 1918-ci ilə qədərki dövrdə, istərsə də 1918-ci ildən sonrakı dövrlərdə tarix ermənilərin azərbaycanlılara qarşı vəhşiliyinə şahidlik edib. Azərbaycanın bütün bölgələrini əhatə edən bu soyqırımları nəticəsində, yüzminlərlə insan xüsusi amansızlıqla qətlə yetirilib, onlara qarşı ən amansız üsullarla vəhşiliklər törədilib. Bunu tarixi faktlar da sübuta yetirir. 1918-ci ildə təkcə Quba qəzasında 16 mindən çox insan qətlə yetirilib, 162 kənd dağıdılıb. Təbii ki, bu qırğınlar, təkcə Şamaxı və Quba ilə məhdudlaşmayıb. Soyqırımın masştabı getdikcə daha da genişlənib və Azərbaycanın bütün bölgələrini əhatə edib. Hətta Cənubi Azərbaycanda 150 min nəfər, təkcə Urmiya şəhərində 10 min nəfər qətlə yetirilib. Ermənilər daxil olduqları bütün yaşayış məskənlərini dağıdıb, mədəni, ictimai obyektlərin hamısını tamamilə məhv edib. Həmin dövrdə Şamaxının 75 kəndi, Qubanın 122 kəndi, Zəngəzurun 115 kəndi ermənilər tərəfindən tamamilə məhv edilib, Azərbaycan ərazisində 700 min nəfər soyqırımına məruz qalıb.
Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının açıqladığı rəqəmlərə görə, həmin hadisələr zamanı Bakıda 12 min nəfərdən artıq azərbaycanlı qətlə yetirilib. Başqa mənbələrdə isə bu rəqəmin daha da artıq olduğu göstərilir. Məsələn, “Azərbaycan” qəzetinin həmin dövrlərdə işıq üzü görən saylarında mart hadisələri zamanı Bakı və ətraf kəndlərdə 30 mindən artıq azərbaycanlının qətlə yetirildiyi qeyd olunur. Ermənilərin öz nümayəndələrindən biri isə qeyd edir ki, “biz Bakıda 25 min nəfəri qətlə yetirmişik”. Eyni zamanda, I Dünya müharibəsi illərində Osmanlı Türkiyəsində də türklərə qarşı ermənilər soyqırımlar törədiblər. Təbii ki, bütün bunların hamısını onlar himayədarları, Rusiya və bir sıra Qərb dövlətlərinin dəstəyi ilə həyata keçiriblər. Amma ortada bu qədər faktların olmasına, son 200 illik tarixləri bu cür şərəfsizliklərlə dolu olmasına baxmayaraq, saxtakarlıq və ikiüzlülük qanlarına hopmuş ermənilər bu vəhşiliklərə görə, azərbaycanlılardan və türklərdən üzr istəmək yerinə, dünyanın ən alicənab xalqlarından olan türklərə və azərbaycanlılara qarşı şər-böhtan kampaniyası həyata keçirirlər. Ermənilərin qondarma iddialarına görə, guya 1915-ci ilin mart ayından başlayaraq may ayına qədər Türkiyənin paytaxtı da daxil olmaqla, ölkənin bir çox bölgələrində onların intellektual, dini, siyasi və iqtisadi elitasının nümayəndələri qətlə yetirilib. Əslində isə, ermənilərin bu iddialarının heç bir əsasının olmadığını, heç bir tarixi fakta əsaslanmadığını sübuta yetirən kifayət qədər mənbə var. Bu gün qondarma “erməni soyqırımı” iddialarına dəstək verən Qərbin özündə də, bununla bağlı yazılı mənbələr yetərincədir. Məsələn, o zaman İngiltərədə nəşr olunan “Times” qəzeti məlumat verib ki, 1914-cü ilədək Osmanlı dövlətinin ərazisində yaşayan ermənilərin sayı heç 1 milyon 300 min nəfərə çatmırdı. Belə olan halda bir il sonra Osmanlı Türkiyəsində guya 1 milyon 500 min erməninin öldürülməsi “faktı” haradan qaynaqlanır?!
Və yaxud başqa məqama diqqət yetirək. Bu gün ermənilərin guya onların “soyqırımı”na fərman verilməsi kimi yozduqları Osmanlı dövlətinin daxili işlər naziri Tələt Paşanın 1915-ci il 24 aprel tarixli sərəncamının da əsl mahiyyəti Qərb mənbələrində tam təsbit olunub. İlk nüsxəsi ABŞ və Fransa səfirliklərinə göndərilmiş həmin sərəncamda qeyd edilir ki, müharibə gedən ərazilərdə ermənilərin təhlükəsizliyini təmin etmək üçün onlar həmin ərazilərdən çıxarılsınlar. Bax, bu gün ermənilər, əslində, onların xilasına yönəlmiş həmin humanist addımı qondarma “soyqırımı” kimi təqdim edirlər. Uydurma “soyqırımı qurbanları”nın sayı ilə bağlı erməni mənbələrinin bir-biri ilə ziddiyyət təşkil edən məlumatları isə, bu toplumun saxtakarlığının və yalanının hüdudsuzluğunu göstərir.
Daha doğrusu, erməni mənbələri ilk dövrlərdə guya 1915-ci il aprelin 24-də 300 min erməninin qətlə yetirildiyini iddia edirdi. Sonra bu rəqəm 500 min, son nəticədə isə 1,5 milyon nəfər kimi göstərilib.
Bütün bunlar isə, onu deməyə əsas verir ki, əslində, 24 aprel ermənilərin özləri tərəfindən uydurulan bir “mifdir” və 1915-ci ildə baş verən hadisələrin əsl mahiyyəti o zamanlar da, indi də Qərb dövlətlərinin siyasi dairələrinə yaxşı məlumdur. Sadəcə olaraq, bu gün dünyanın söz sahibləri olan beynəlxalq güclər ermənilərdən Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edir. Başda Birləşmiş Ştatlar olmaqla, dünyanın bir çox dövlətləri, məhz öz maraqlarının diktəsi üçün bu saxtalaşdırılmış tarixə həyat verirlər. Amma bu günə qədər öldürülmüş ermənilərdən ibarət hər hansı bir toplu məzarlığı üzə çıxarmayan bir xalqın yalanlarını həqiqət kimi qəbul edən dünyanın azərbaycanlıların və türklərin ermənilər tərəfindən soyqırımına məruz qalmasını əyani şəkildə sübut edən kütləvi məzarlıqları görməzdən gəlməsi böyük ədalətsizlikdir, bəşəriyyətin gələcəyi üçün bəladır. Yəni, bütün proseslərə ikili standartlardan yanaşmağa üstünlük verən Qərb ölkələri aşağıdakı həqiqəti qəbul etmək zorundadırlar. Yaşadığımız regionda soyqırımı həyata keçirilib, həm də dəfələrlə. Amma bu soyqırımı türklər ermənilərə qarşı deyil, ermənilər azərbaycanlılara və türklərə qarşı törədiblər. XX əsrdə ermənilərin azərbaycanlılara qarşı mərhələli və məqsədli şəkildə törətdikləri soyqırımları artıq sənədlərlə və əyani dəlillərlə sübuta yetirilməkdədir...
Beləliklə, faktlardan da göründüyü kimi, ermənilərin “soyqırımı” iddiaları absurd olmaqla bərabər, onların fantaziyalarının məhsulundan başqa bir şey deyil. Amma təəssüf doğurucu fakt ondan ibarətdir ki, özünü demokratiyanın keşikçisi sayan bəzi Qərb dövlətləri, o cümlədən, ABŞ dünyada misli görünməmiş soyqırımlarına imza atan ermənilərə öz yerlərini göstərmək əvəzinə, onların uydurma, məntiqsiz iddialarına dəstək verirlər. Təbii ki, bunun da səbəbi bizə gün kimi aydındır. Türkün böyüklüyünü, qüdrətini həzm edə bilməyən həmin qüvvələr erməni kartından təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Amma yanılırlar. çünki tarix də sübut edib ki, türkləri bu cür ucuz oyunlarla məğlub etmək, onların böyüklüyünə kölgə salmaq, sadəcə, mümkün deyil.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19

