/ / Yaponiyanın JIJI PRESS agentliyi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində başlamış quruculuq işlərindən yazıb
Yaponiyanın JIJI PRESS agentliyi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində başlamış quruculuq işlərindən yazıb
03.03.2021 [08:35]
Yaponiyanın nüfuzlu JIJI PRESS agentliyi Azərbaycanın Ermənistan ordusunun işğalından azad edilmiş ərazilərində aparılan böyük quruculuq işləri barədə məqalə yayıb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, “Böyük aeroportun inşası Azərbaycanın Dağlıq Qarabağ regionuna nəzarətini daha da gücləndirəcək” adlı məqalədə ötən ilin payızında baş vermiş Vətən müharibəsi barədə məlumat öz əksini tapıb. Qeyd edilib ki, Azərbaycanın qələbəsi və 30 ilə yaxın bir dövrdə Ermənistan ordusunun işğalı altında olan torpaqların azad edilməsi regionda böyük quruculuq işlərinə şərait yaradıb. Belə obyektlərdən biri kimi Füzuli aeroportunun xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Azərbaycanın möhkəm etnik əlaqələrə malik olduğu Türkiyənin dəstəyi ilə inşa edilən yeni aeroportun strateji əhəmiyyət daşıdığı, Ermənistanın işğalçı siyasətinə qarşı yönəldiyi də yazıda qeyd edilir.
Bildirilir ki, tikinti işləri ötən ilin sentyabr-noyabr aylarında baş tutmuş müharibə nəticəsində azad edilən Füzuli rayonu ərazisində aparılır. Agentliyin müxbirinin həmin əraziyə fevralın 27-də səfəri zamanı burada ağır texnikanın işləməsinin şahidi olduğu qeyd edilir.
Bu ərazidə Azərbaycan hökumətinin qərarı ilə inşa edilən uçuş-enmə zolağının 3 min metr uzunluğunda olacağı, beynəlxalq status daşıyacağı qeyd edilir. Məqalədə Füzuli rayonunun coğrafi mövqeyinə də xüsusi diqqət yetirilir. Bildirilir ki, Dağlıq Qarabağın cənub-şərqində yerləşən Füzuli rayonu 1993-cü ildə erməni işğalçıları tərəfindən ələ keçirilib. Bu ərazidə yaşayan insanlar qovulub, yaşayış məskənləri isə dağıdılıb. Bildirilir ki, hazırda inşa edilən aeroportun kənarında dağılmış evlər, üzüm tarlalarının qalıqları aydın görünür.
Məqalədə aeroportun yaxınlığında yarımstansiya və magistral yolun da inşa edildiyi qeyd edilir. Bu magistral yol aeroportu Dağlıq Qarabağın əsas yaşayış məntəqəsi hesab olunan Şuşa şəhəri ilə birləşdirəcək. Yolun inşası isə 2022-ci ilədək yekunlaşacaq.
Yazıda, həmçinin vurğulanır ki, aeroportun fəaliyyətə başlaması Azərbaycanın Ermənistan qarşısında havada üstünlüyünü daha da möhkəmləndirəcək. Bundan əlavə, qonşu İranla da əlaqələrin inkişafına təsir göstərəcək.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

