/ / Azərbaycan və Belarus prezidentlərinin səyləri sayəsində iki ölkə arasında dostluq münasibətləri uğurla inkişaf edir
Azərbaycan və Belarus prezidentlərinin səyləri sayəsində iki ölkə arasında dostluq münasibətləri uğurla inkişaf edir
16.04.2021 [09:00]
Prezident İlham Əliyev: Qarabağın bərpası layihələrində üç dost ölkədən olan şirkətlər artıq işləyirlər. Ümidvarıq ki, dördüncü ölkə Belarus olacaq
Müstəqil Azərbaycanın milli maraqlar əsasında qurulan çoxvektorlu xarici siyasəti ölkəmizə beynəlxalq miqyasda böyük nüfuz qazandırıb. Respublikamızın özünün geniş imkanlarını təqdim edərək regional və qlobal əməkdaşlığın möhkəmlənməsinə, beynəlxalq miqyasda təhlükəsizliyə təhdid hallarının aradan qaldırılmasına verdiyi sanballı töhfələr dünya dövlətləri tərəfindən yüksək dəyərləndirilir. Bunun təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, beynəlxalq miqyasda ölkəmizin dostlarının sayı getdikcə artır. Ayrı-ayrı dövlətlər respublikamızla həyatın müxtəlif sahələrində sıx, bərabərhüquqlu partnyorluq münasibətləri qurmağa böyük önəm verirlər.
Azərbaycanla siyasi, iqtisadi, humanitar və digər sahələrdə paritet əsaslarla münasibətlərini dərinləşdirmək istəyən belə dövlətlərdən biri də Belarus Respublikasıdır. Xəbər verildiyi kimi, bu günlərdə dost ölkənin Prezidenti Aleksandr Lukaşenko ölkəmizdə işgüzar səfərdə olub. Bəhs olunan səfər çərçivəsində Azərbaycan və Belarus prezidentləri mühüm görüşlər keçiriblər və bir sıra vacib sənədlər imzalanıb. İki ölkənin liderləri sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatlarla çıxış ediblər. Öz Bəyanatında dost ölkənin liderini səmimiyyətlə salamlayan Azərbaycan Prezidenti İlham Əliyev bu səfərin ölkələrimiz arasında dostluq münasibətlərinin daha da inkişaf etməsi üçün çox böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.
Sənaye kooperasiyası Azərbaycan-Belarus münasibətlərinin çox böyük seqmentidir
Azərbaycan-Belarus münasibətlərinin çox yaxşı tarixi var. Prezident İlham Əliyevin mətbuata Bəyanatında vurğuladığı kimi, bizim münasibətlərimiz artıq zamanın sınağından çıxıb. Qeyd edək ki, iki ölkə arasında heç vaxt həll edilməmiş və ya hansısa operativ müdaxilə tələb edən məsələlər olmayıb. Həm Azərbaycan, həm də Belarus hər zaman qarşıya qoyulan hədəfləri çox dəqiq müəyyənləşdiriblər və bu hədəflərə çatmaq üçün vaxtında zəruri tədbirlərin görülməsini təmin ediblər. İki ölkə arasında əlaqələrin intensivləşməsində Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun çox vacib rol oynadıqlarını xüsusi qeyd etmək lazımdır. Məhz Azərbaycan və Belarus prezidentlərinin səyləri sayəsində iki ölkə arasında dostluq münasibətləri uğurla inkişaf edir.
Bu gün iki ölkə arasında siyasi dialoq yüksək səviyyədədir. Prezident İlham Əliyevlə Prezident Aleksandr Lukaşenkonun görüşləri müntəzəm xarakter daşıyır və bildirildiyi kimi, yenə də belə olacaq. Qeyd edək ki, Azərbaycan Prezidenti indiyədək bu və ya digər məsələlərin həlli üçün beş dəfə Belarusda rəsmi səfərdə olub. Həmçinin bəhs olunan səfər dost ölkənin liderinin respublikamıza beşinci səfəridir. Yeri gəlmişkən, Belarusun Prezidenti mətbuata verdiyi Bəyanatında Azərbaycanın dövlət başçısı haqqında yüksək fikirlərini səmimiyyətlə dilə gətirib.
İki ölkə arasındakı siyasi dialoqun yüksək səviyyəsinə uyğun olaraq iqtisadi sahədə əməkdaşlıq da getdikcə genişlənir və yeni sferaları əhatə edir. Bəhs olunan səfər çərçivəsində hökumətlərarası komissiyaların həmsədrləri və nümayəndə heyətlərinin üzvləri görülmüş işlər barədə məruzələr ediblər. İki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın dinamizmi məmnunluq doğurur. Eyni zamanda, bu əlaqələrin əhatə dairəsinin genişləndirilməsi imkanları da böyükdür. Ötən il pandemiya şəraitinə baxmayaraq, Azərbaycanla Belarus arasında əmtəə dövriyyəsi artıb. Azərbaycan dost ölkəyə karbohidrogen xammalı tədarük edir. Cari ilin birinci rübündə ölkəmizdən Belarusa xam neftin çatdırılması daha böyük həcmdə davam edib. Bu onu deməyə əsas verir ki, 2021-ci ildə Azərbaycandan Belarusa xam neft ixracı ötənilki səviyyəni əhəmiyyətli dərəcədə üstələyəcək. Prezident İlham Əliyevin bildirdiyi kimi, marşrut artıq testlənib, layihə qarşılıqlı faydalıdır. “Təbii ki, biz bu sahədə əməkdaşlığı genişləndirmək, məhz energetika sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini nəzərdən keçirmək niyyətindəyik, yəni Belarusun neftayırma zavodlarına təkcə xam neft çatdırmaqla kifayətlənməyəcəyik”, - deyə dövlətimizin başçısı mətbuata Bəyanatında bildirib.
İki ölkə, həmçinin sənaye kooperasiyalarının yaradılması sahəsində də yaxşı təcrübəyə malikdir. Müştərək müəssisələrdə buraxılan məhsullar, o cümlədən müxtəlif kənd təsərrüfatı texnikası yüksək keyfiyyəti və bir sıra innovativ parametrləri ilə fərqlənir. Sənaye kooperasiyalarının önəmindən bəhs edən Prezident İlham Əliyev deyib: “Sənaye kooperasiyası bizim münasibətlərin çox böyük seqmentidir. Hökumətlərarası komissiyanın həmsədrləri layihələrin uğurla həyata keçirilməsi barədə bizə məruzə ediblər. Aleksandr Qriqoryeviç ilə biz bu layihəni Belarus traktorlarının yığılmasından başladıq, sonra başqa istehsalatlara-avtomobillər, yük maşınları, kombaynlar, avtobuslar və bizim “Yaşıl Qarabağ zonası” konsepsiyası çərçivəsində işimizə çox yarayacaq elektrobuslar istehsalını da nəzərdə tuturuq. Alternativ enerji mənbələri yaradılmasında Belarus şirkətlərinin iştirakı ilə bağlı məsələləri də müzakirə etdik. Bir sözlə, görüləsi işlər çoxdur”.
Ümumiyyətlə, həm Azərbaycan, həm də Belarus iqtisadi sahədə əməkdaşlığın yeni sferaları əhatə etməsinə güclü siyasi iradə göstərirlər. Bunu Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə imzalanan sənədlər bir daha təsdiqləyir. Xatırladaq ki, səfər çərçivəsində “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında baytarlıq sahəsində anlaşma və əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Belarus Respublikasının “Milli Turizm Agentliyi” Dövlət qurumu arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Belarus Respublikasının Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq məsələlərinə dair Anlaşma Memorandumu” imzalanıb.
Müharibədən sonra regionda yaranan yeni reallıqlar çoxtərəfli faydalı əməkdaşlıq üçün geniş imkanlar açır
Azərbaycan Prezidenti İlham Əliyevin Belarusun Prezidenti Aleksandr Lukaşenko ilə keçirdiyi görüşlərdə və mətbuata verdiyi Bəyanatında diqqət çəkdiyi vacib məsələlərdən biri ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində müzəffər Silahlı Qüvvələrimizin rəşadəti sayəsində qazanılan şanlı Qələbə sayəsində regionda yaranan yeni reallıqlarla bağlı olub. Azərbaycan son üç onillik ərzində artıq tarixdə qalan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olmaq üçün ATƏT-in Minsk qrupu formatında aparılan danışıqlarda fəal iştirak edib və daim konstruktivlik göstərib. Bu fakt torpaq itkilərinə məruz qalan respublikamızın sülhə verdiyi böyük önəmi ifadə edir. Ancaq Ermənistan danışıqlarda formal qaydada iştirak edib və işğalçılıq siyasətindən əl çəkməyib. Dövlət başçımızın bildirdiyi kimi, Minsk qrupunun həmsədr ölkələrinin erməni tərəfinə müraciətlə işğala son qoymaq çağırışları da yerinə yetirilməyib. Həmsədrlərin status-kvonun qəbuledilməzliyi barədə bəyanatları ermənilər tərəfindən eşidilməyib.
Azərbaycan Vətən müharibəsində ölkənin ərazi bütövlüyünü öz gücünə təmin edib. Artıq Dağlıq Qarabağ münaqişəsi həll edilib. Bundan sonra ATƏT-in Minsk qrupunun fəaliyyəti nizamlama məsələsinə deyil, sülh müqaviləsinin imzalanması, işğalçı dövlətin normal qonşuluq siyasətinə məcbur edilməsi, Ermənistanla Azərbaycan arasında etimad mühitinin yaradılması kimi məsələlərə yönəldilməlidir.
Qeyd etdiyimiz kimi, 44 günlük müharibədə Azərbaycanın qazandığı şanlı qələbə sayəsində regionda yeni reallıqlar yaranıb. Ötən il noyabrın 10-da Azərbaycan və Rusiya Prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli Bəyanatda regionda kommunikasiyaların bərpası ilə bağlı müddəalar da öz əksini tapıb. Kommunikasiyaların bərpası bütün region dövlətləri, o cümlədən də işğalçılıq siyasətinin girovuna çevrilən Ermənistan üçün də faydalıdır. Azərbaycan regionda yaranan yeni reallıqlar fonunda əməkdaşlıq imkanlarından səmərəli istifadə edilməsinə böyük siyasi iradə göstərir və bu işə hərtərəfli dəstək verməyə hazırdır. “Zəngəzur dəhlizi reallığa çevrilir. Biz çoxtərəfli əməkdaşlığa ümid bəsləyirik”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Hazırda Azərbaycan Vətən müharibəsində işğaldan azad edilən ərazilərdə bərpa və zəruri infrastrukturun yaradılmasına başlayıb. Ölkəmiz bəhs olunan ərazilərdə “yaşıl iqtisadiyyat” quruculuğunu, bərpa olunan enerji mənbələrindən geniş istifadə etməyi hədəfləyib. Quruculuq və bərpa işlərinə dost ölkələr cəlb edilir. Belarusun da bu proseslərə qoşulmaq imkanlarını dəyərləndirən Prezident İlham Əliyev “Mən Aleksandr Qriqoryeviçə məlumat verdim ki, Qarabağ “yaşıl enerji” zonası elan edilib və birinci “ağıllı kənd” layihəsi praktiki olaraq həyata keçirilməyə hazırdır. Əlbəttə, bu sahədə Belarusun təcrübəsi nəzərə alınmaqla bu istiqamətdə işləmək çox maraqlı olardı. Mən daha sonra dedim ki, biz ərazilərin bərpası işlərinə yalnız dost ölkələrdən olan şirkətləri cəlb edəcəyik. Belarus da Azərbaycan üçün belə ölkədir. Qarabağın bərpası layihələrində üç dost ölkədən olan şirkətlər artıq işləyirlər. Ümidvarıq ki, dördüncü ölkə Belarus olacaq”, - deyə vurğulayıb.
Yeri gəlmişkən, Belarus Prezidenti Aleksandr Lukaşenko mətbuata Bəyanatında Azərbaycan Prezidentini qələbə münasibətilə təbrik edib, münaqişənin bitməsinin Azərbaycan və Ermənistan xalqları üçün önəmini vurğulayıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35

