/ / Hikmət Babaoğlu: ABŞ Prezidentinin “soyqırımı” ifadəsini işlətməsi tarixin təhrif olunması və beynəlxalq hüququn nüfuzdan salınması kimi qiymətləndirilməlidir
Hikmət Babaoğlu: ABŞ Prezidentinin “soyqırımı” ifadəsini işlətməsi tarixin təhrif olunması və beynəlxalq hüququn nüfuzdan salınması kimi qiymətləndirilməlidir
27.04.2021 [08:41]
“ABŞ Prezidentinin “soyqırımı” ifadəsini işlətməsi tarixin təhrif olunması, həqiqətlərin danılması, beynəlxalq hüququn nüfuzdan salınması kimi qiymətləndirilməli və şiddətlə qınanılmalıdır”. Bu fikri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, əslində, 1915-ci ildə ermənilər türklərə və Anadoluda yaşayan digər müsəlmanlara qarşı soyqırımı törədiblər: “1918-ci ildə azərbaycanlılara qarşı soyqırımı törədiblər. Nəhayət, 1992-ci ildə bütün dünyanın gözü önündə Xocalı soyqırımını həyata keçiriblər. Əgər Co Bayden “soyqırımı” ifadəsi işlətmək istəyirsə, ilk növbədə, “ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı” ifadəsini işlətsin”.
“Məsələnin kökünə gəldikdə isə, Co Baydenin “soyqırımı” ifadəsini işlətməsi beynəlxalq hüquq baxımından heç bir hüquqi məsuliyyət yaratmır. Avropa İnsan Hüquqları Məhkəməsinin bu iddianı hüquqi baxımdan rədd edən məhkəmə qərarı (Doğu Perinçek məsələsində) var. “Soyqırımı silahı” istifadəsi birdəfəlik olan silah idi, sadəcə ildə bir dəfə siyasi şantaj vasitəsi kimi Türkiyəyə qarşı tuşlanır və müəyyən güzəştlər əldə edilirdi. Bayden bu silahı atdı və bitdi. Yəni ABŞ-ın qardaş Türkiyəyə qarşı istifadə etdiyi təzyiq alətlərindən biri artıq yoxdur”, - deyən millət vəkili əlavə edib ki, 1915-ci il hadisələri beynəlxalq hüquqda tərif edilən soyqırımı kriteriyalarına əsla uyğun deyil.
Hikmət Babaoğlu vurğulayıb ki, C.Bayden “soyqırımı silahı”nı ermənilərin də əlindən aldı. Millət vəkilinin sözlərinə görə, ən təhlükəli fikir isə Baydenin “Biz bunu (genosidi qəbul etməyi) kimisə günahlandırmaq üçün deyil, baş verənlərin təkrar olunmaması üçün edirik” ifadəsidir: “Bu fikrin sətiraltı məzmunu Türkiyəni hədələmək, Vətən müharibəsində Azərbaycanın yanında olduğuna görə onu siyasi müstəvidə şantaj etmək, İrəvandakı Qərbpərəst qüvvələri dəstəkləmək və onları seçkidə qalib etmək, regionda altıtərəfli formatda mümkün əməkdaşlıq platformasının yaradılmasını əngəlləmək, Ermənistanda Rusiyanın nüfuzunu aşağı salmaq, 44 günlük savaşda ermənilərin tarixi məğlubiyyətinin səbəbkarı kimi Rusiyanı göstərmək və Cənubi Qafqaza yenidən müdaxilə planlarının olmasını bəyan etməkdir”.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42

