Rusiya - Türkiyə yaxınlaşması Dağlıq Qarabağ probleminin həlli perspektivinə nə vəd edir?
13.05.2010 [10:44]
Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib ki, bu səfər iki ölkənin münasibətlərinə həsr edilsə də, səfər zamanı Dağlıq Qarabağ məsələsinin müzakirəsi gözlənilən idi. Onun fikrincə, bu fakt göstərir ki, bu gün Dağlıq Qarabağ məsələsi beynəlxalq problemdir və problem həll edilmədikcə, nəinki regionda, böyük bir arealda sabitlikdən, inkişafdan danışmağa dəyməz: “Türkiyə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyini birmənalı şəkildə müdafiə edir. Hətta bu səbəbdən, Ermənistanla sərhədləri açmaqdan imtina edib. Rusiyanın isə Ermənistanla çox sıx münasibətləri var. Baxmayaraq ki, Rusiya ərazi bütövlüyümüzü dəstəkləyir və Azərbaycanı özünə yaxın ölkə hesab edir, amma Ermənistanla münasibətləri məxsusidir. Ona görə də, Rusiya və Türkiyə prezidentləri arasında keçirilən görüşdə Dağlıq Qarabağ probleminin həllinə dair müzakirələrin aparılması çox böyük əhəmiyyət daşıyır. Türkiyə tərəfi şübhəsiz ki, Rusiyanın diqqətini işğal olunmuş torpaqlarımıza yönəldə, işğal uzandıqca bunun regionun və hər iki ölkənin maraqlarına cavab verməyən bir vəziyyət yarana biləcəyini növbəti dəfə bəyan edə bilər. Eyni zamanda, Rusiya 1990-cı illərdəki zəif, kiçik yardımlara sevinən dövlət deyil. Bu ölkə dünyaya təsir etmək iddiasında olan super dövlətlərdən birinə çevrilib. Bu baxımdan, sərhədlərində belə bir münaqişənin olmasında, özünə inamın azalmasında heç də maraqlı deyil. Dmitri Medvedevin mətbuat konfransında Dağlıq Qarabağla bağlı bəyanatı çox ciddidir”.
A.Mirzəzadə xatırladıb ki, Türkiyə ilə Rusiya 500 il müddətində bir-birilə ciddi qarşıdurmada olublar, müharibələr bu ölkələr üçün adi hala çevrilib. Hal-hazırda isə bu ölkələr yaxınlaşır. İki dövlət arasında viza rejiminin ləğv olunması haqqında müqavilə imzalandığını deyən politoloq qeyd edib ki, bu, münasibətləri daha da genişləndirəcək: “çox istərdik ki, bu yaxınlaşma Dağlıq Qarabağ probleminin həllinə də ciddi kömək etsin. Hər iki ölkənin mövqeyini bildiyimizə görə bunun belə olacağına inanırıq”.
Fransanın keçmiş prezidenti Jak Şirakın bu ərəfələrdə Türkiyəyə səfər etməsinin Dağlıq Qarabağ problemi ilə bağlı olması ehtimalına gəlincə, millət vəkili hesab edir ki, Türkiyə bütün mümkün variantlardan istifadə etməyə çalışır. Buna görə də, J.Şirakın səfəri ilə bağlı müxtəlif proqnozların verilməsi təbii haldır. “Jak Şirak Türkiyə ilə münasibətlərə çox ciddi fikir verirdi. Baxmayaraq ki, bu dövlətin Avropa Birliyinə qəbul edilməsinə mane oldu, amma şəxsən Türkiyənin düşməni kimi tanınmırdı. Səfəri Avropa-Türkiyə münasibətlərinə dair nüfuzlu bir adamın səyi kimi qiymətləndirmək olar”, - deyə o, vurğulayıb.
Politoloq Rasim Musabəyov isə hesab edir ki, Rusiya və Türkiyənin birgə təşəbbüsü Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərə bilər. Onun sözlərinə görə, bu münaqişənin həll olunmamasının səbəblərindən biri də ondan ibarətdir ki, bölgədə güclərin balansı tapılmayıb: “Bu güclərin balansında həm Türkiyə, həm də Rusiya çox aktiv paya sahibdirlər. Onların arasında münasibətlərin qaydaya salınması bu münaqişədən bir-birinə qarşı öz mövqeyini gücləndirmək üçün istifadə hallarının qarşısını alır. Əksinə, Rusiya və Türkiyə uzun müddətə hesablanan layihələri həyata keçirmək istəyirsə, münaqişənin həllinə nail olunmalıdır. Ona görə də, düşünürəm ki, Türkiyə - Rusiya yaxınlaşmasının fonunda Dağlıq Qarabağ probleminin həlli ilə bağlı daha əlverişli mühit yaranır”.
Politoloq qeyd edib ki, Türkiyə həmsədr olmasa da, Minsk qrupunun üzvüdür. Rusiya - Türkiyə münasibətləri yaxşılaşırsa, bu o deməkdir ki, Türkiyənin mövqeyini nəzərə almaq istəkləri artır. R.Musabəyov hesab edir ki, bu da Azərbaycanın xeyrinədir və münaqişənin həllinə də müsbət təsir göstərə bilər.
Politoloq bildirib ki, əgər hər iki tərəf dəmiryolu kommunikasiyası yaratmaq istəyirlərsə, münaqişə həll edilməlidir: “Bunun üçün isə Dağlıq Qarabağ probleminin həllində o dərəcədə irəliləyiş olmalıdır ki, həm Türkiyə - Ermənistan sərhədləri, həm də Azərbaycan - Ermənistan sərhədləri açılsın”.
R.Musabəyovun fikrincə, Rusiya və Türkiyənin birgə səyləri həmsədrlərin fəaliyyətini kölgədə qoymamalıdır. Onun sözlərinə görə, indiyədək həmsədrlərin vasitəçiliyilə xeyli iş görülüb, danışıqlar aparılıb və danışıqlar nəticəsində bir çox məsələlər razılaşdırılıb. çalışmaq lazımdır ki, bu proses nəticəyə qədər irəliləsin. Buna kənardan töhfə vermək isə çox zəruridir və faydalı ola bilər.
Fransanın keçmiş prezidenti Jak Şirakın Türkiyə səfərinin bu məsələ ilə bağlı olmasına gəlincə, politoloq bunu real hesab etmir: “Ancaq istisna etmirəm ki, Minsk qrupu çərçivəsində danışıqlar nəticə verməsə, Avropa Birliyi müəyyən təşəbbüslə çıxış edə bilər və münaqişənin həlli ilə əlaqədar xüsusi nümayəndə kimi Jak Şirakı təyin edə bilər. Beynəlxalq təcrübədə belə hallar mövcuddur. Məsələn, Toni Bleyer Yaxın Şərq məsələləri üzrə nümayəndə təyin olundu. Bu baxımdan, nüfuzlu siyasətçi kimi J.Şirakın Avropa Birliyinin xüsusi nümayəndəsi olması variantı da mümkündür. İndi isə J.Şirakın eks-prezident kimi heç bir səlahiyyəti yoxdur. O təkcə təklif verə bilər”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxAnalitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46

