Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Təbii fəlakət zonasında təhlükəsizlik məsələləri diqqət mərkəzindədir

Təbii fəlakət zonasında təhlükəsizlik məsələləri diqqət mərkəzindədir

14.05.2010 [10:39]

Təbii fəlakət zonasında asayişin qorunması, yollarda nəqliyyatın təhlükəsiz hərəkətinin təmin edilməsi, həmçinin, bəndbərkitmə işlərinin görülməsində Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının və polisin şəxsi heyəti də bütün gün ərzində fəaliyyət göstərir. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov AzərTAc-ın müxbirinə müsahibəsində təbii fəlakət zonasında görülən işlər barədə danışaraq deyib ki, müvafiq dövlət və hökumət qurumları təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün fasiləsiz iş rejimində çalışırlar: “Görülən bütün işlər dövlətimizin başçısı İlham Əliyevin birbaşa nəzarətindədir. Konkret olaraq, respublikanın daxili işlər orqanlarına gəldikdə isə, biz təbii fəlakət zonasında zərər çəkmiş şəxslərə zəruri yardımların göstərilməsinə yönəlmiş xüsusi tədbirlər həyata keçiririk. Yaranmış şəraitdən cinayətkar məqsədlər üçün istifadə edilməsinə yol verilməməsi də diqqət mərkəzindədir. Müvəqqəti tərk edilmiş yaşayış məntəqələrində və onların ətrafında təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi, vətəndaşların əmlakının qorunması, iritutumlu yük maşınlarının, ağır texnikanın təbii fəlakət zonasına ən qısa müddətdə çatmalarının təşkili, vətəndaşların təhlükəli ərazilərdən lazımi şərait yaradılmış yerlərə köçürülməsi polisin qarşısında duran əsas vəzifələrdəndir. Bütün bu işlərə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının və polisin 2.000-dən çox əməkdaşı cəlb olunmuşdur. İyirmidən artıq yaşayış məntəqəsində, o cümlədən Şirvan şəhərində, Moranlı kəndində və Sabirabad stadionunda qurulmuş çadır düşərgələrində polis postları yaradılaraq xidmət vəziyyətə uyğun olaraq gücləndirilmiş iş rejimində təşkil edilmişdir. Əməkdaşlarımız və hərbi qulluqçularımız həm də Fövqəladə Hallar Nazirliyinin və digər qurumların işçiləri ilə birlikdə bəndatma, dağılan bəndlərin bərpası, axının qarşısının alınması və digər işlərin görülməsində də əllərindən gələni əsirgəmirlər. Məlumat üçün bildirim ki, bu çətin və ağır günlərdə həmin ərazilərdə oğurluq, soyğunçuluq halları qeydə alınmamışdır. Guya çoxlu sayda vətəndaşlarımızın itkin düşməsi ilə bağlı bəzi mətbuat orqanlarında yayılan şayiələrə gəlincə isə, deməliyəm ki, nə hüquq mühafizə orqanlarına, nə də aidiyyəti qurumlara və operativ qərargaha baş vermiş daşqınlar nəticəsində itkin düşən və sonradan meyiti tapılaraq ailəsinə təhvil verilən Sabirabadın Qaragüney kənd sakini Təyyar İsrafilovdan başqa insan itkisi ilə bağlı heç bir məlumat daxil olmamışdır”.

Paylaş:
Baxılıb: 997 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30