/ / Hikmət Babaoğlu: “Xarıbülbül” festifalı tarix yazan Prezidentin və Ali Baş Komandanın xalqımızın və dünyanın tarixi yaddaşına müraciəti idi
Hikmət Babaoğlu: “Xarıbülbül” festifalı tarix yazan Prezidentin və Ali Baş Komandanın xalqımızın və dünyanın tarixi yaddaşına müraciəti idi
18.05.2021 [09:18]
“Xarıbülbül” festivalı tarix yazan Prezidentin və Ali Baş Komandanın xalqımızın və dünyanın tarixi yaddaşına müraciəti idi. Bu müraciət və mesajlar isə milli yaddaşımıza əbədi həkk olundu! “Xarıbülbül” festivalı bir daha Azərbaycan mədəniyyətinin necə dərin köklərə malik olduğunu, mədəni irsimizin necə zəngin olduğunu bütün dünyaya nümayiş etdirmiş oldu. Uzun illərdən sonra doğma Şuşamızı işğaldan azad etməyimiz və orada ənənəvi mədəniyyət festivalımızı yenidən bərpa etməyimiz Azərbaycan xalqının əzmindən, iradəsindən, qətiyyətindən xəbər verməklə həm də necə böyük mədəniyyət yaradabilmə qabiliyyətini göstərdi”.
Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Deputatın sözlərinə görə, bu, eyni zamanda, həm də yaratdığımız mədəni irsə sahib çıxmağı bacarmağımızın nümayişi oldu: “Xarıbülbül” festivalının proqram zənginliyinə və rəngarəngliyinə gəldikdə isə qeyd etmək lazımdır ki, bu festival həm də ölkəmizdə tarixən və bu gün də mövcud olan multikulturalizmin, çoxmədəniyyətliliyin və onların harmoniyasının təntənəsi idi. Bütün dünya bir daha gördü ki, Azərbaycanın mədəni irsi öz zənginliyini və dərin köklərini haradan alır, onun qaynaqları etnik və dini tolerantlığa və birgəyaşayışa necə söykənir. Bu isə həm də Azərbaycanın tarixi qələbəsinin əsasında duran faktorlardan biridir”.
Hikmət Babaoğlu vurğulayıb ki, bu zənginliyi, multikulturalizmi, tolerantlığı və birgəyaşayışı mənimsəyə bilməyənlər isə, sadəcə, ermənilərdir: “Çünki onlar regionumuza gəlmədirlər və yerli mədəniyyətlərə qarşı həmişə aqressiya nümayiş etdirib, onu vəhşicəsinə dağıtmağa çalışıblar. Yəni etnopsixoloji baxımdan onlar özlərini Cənubi Qafqazının etnolandşaftına aid hiss edə bilmirlər. Xislət etibarilə terrorçu və barbardırlar. “Xarıbülbül” festivalında multimədəni dəyərlərimizin, musiqimizin ən yüksək səviyyədə bir daha təqdim edilməsi, əslində, həm də erməni etnomədəni terroruna verilən yaxşı cavab idi. Festivalda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı və bütün dünyaya verdiyi mesajlar isə ayrıca bir tarixi hadisə idi. Bu, tarix yazan Prezidentin və Ali Baş Komandanın xalqımızın və dünyanın tarixi yaddaşına müraciəti idi. Bu müraciət və mesajlar isə milli yaddaşımıza əbədi həkk olundu!”.
Xəbər lenti
Hamısına baxHadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35

