Gender bərabərliyi qanunda və praktikada: bunlar arasında fərqi necə aradan qaldıra bilərik?
20.05.2010 [10:05]
Bu baxımdan daha bir mühüm göstərici qadınların seçkili siyasi vəzifəyə namizədliklərini vermək imkanıdır: qadınların belə hüququ var, amma bəzi istisnaları saymasaq, onların siyasi həyatda iştirakı hələ də cüzidir. 2003-cü ildə Avropa Şurası tövsiyə etdi ki, dövlət həyatına və ya ictimai həyata aid qərarlar qəbul edən hər hansı orqanda qadınların və ya kişilərin iştirak göstəricisi 40 faizdən aşağı düşməməlidir. Lakin bu yaxınlarda dərc olunmuş hesabat göstərir ki, qadın nazirlərin orta sayı 28,6 faizdir, qadınların milli parlamentlərdə orta iştirak göstəricisi isə 21,7 faizdən yuxarı deyil. 2005-ci ildən bəri müəyyən irəliləyiş baş verib, həmin vaxt nazirlərin 19,9 faizi qadınlar idi, amma parlamentlərdə vəziyyət dəyişməyib.
Son onilliklərdə daha çox ayrı-seçkilik xarakterli qanunlar və qanun qüvvəli aktlar islahatlara məruz qalıb və ya ləğv olunub və bir çox siyasətlərə (qadınların xeyrinə pozitiv tədbirlər də daxil olmaqla) start verilib. Bununla belə, qadınlar hələ də struktur xarakterli və ictimai problemlər ucbatından, məsələn, zorakılıq, siyasi və iqtisadi həyatdan sıxışdırılma, işəgötürmədə ayrı-seçkilik və peşə həyatı ilə şəxsi həyatın uzlaşdırılmasında çətinliklər səbəbindən heç də həmişə kişilərlə eyni imkanlara malik olmurlar.
Real gender bərabərliyi təkcə qanundakı bərabərliyi nəzərdə tutmur, bu həm də o deməkdir ki, ictimai və siyasi həyatın bütün sahələrində qadınlarla kişilər bərabər mövqeyə, bərabər səlahiyyətlərə və vəzifələrə, eyni dərəcədə iştiraka malikdirlər.
Bərabərlik heç də hökmən insanlarla eyni cür davranmanı nəzərdə tutmur, əksinə, məsələyə fərqli yanaşmanı nəzərdə tutur. Əslində, kişilərlə qadınlar arasında bərabərsizlik problemi fərqləndirmə siyasətindən istifadə etməklə həll olunmalıdır. Son illərdə Avropada bu baxımdan bir çox siyasətlər (o cümlədən, pozitiv tədbirlər, məsələn, kvotalar, qadınların konkret tələbatlarının ödənilməsinə dəstək proqramları, qadınların təhsilinin və qadınlar tərəfindən idarə olunan biznes layihələrinin təşviq olunması) həyata keçirilib. Onlar kövrək nəticələr verməkdədir, amma biz onların təsirini qiymətləndirməli və onlar yetərincə səmərəli olmadıqda yeni siyasətlər işləyib hazırlamalıyıq.
Qadınların qərarverici orqanlarda iştirakını artırmaq üçün spesifik məqsədlər daşıyan konkret tədbirlərə ehtiyac var. Qadınlar maliyyə cəhətdən müstəqil olmalı və hökumətlər əmək bazarında bərabərliyə əməl olunmasını təmin etməlidirlər.
İşlərinə kişilər qədər çoxlu vaxt sərf edən və eyni zamanda, uşaqların və ev təsərrüfatının qayğısına qalan fövqəlqadınların olmasına ehtiyac yoxdur, amma ailə vəzifələrinin kişilər və qadınlar arasında bərabər bölüşdürülməsi mədəniyyətinə ehtiyac var. Gender bərabərliyi tədbirləri peşə və ailə həyatını uzlaşdırmaqda valideynlərə kömək etmək üçün lazımdır, məsələn, bunu ailələr üçün keyfiyyətli xidmətlərin inkişaf etdirilməsi, iş və məktəb vaxtına nəzarət edilməsi, evdə ehtiyacı olanlara qulluğun və ev təsərrüfatı vəzifələrinin bərabər bölüşdürülməsi vasitəsilə etmək olar.
Gender bərabərliyi siyasi tədbirlərimizdə mərkəzi yer tutmalıdır. Bütün dövlət siyasətlərinə gender bərabərliyi meyarının daxil edilməsi (ekspertlər bunu “siyasətdə gender xətti” adlandırırlar), kişilərin və qadınların spesifik və müxtəlif tələbatlarını ödəyən ictimai büdcələrin formalaşdırılması və pozitiv tədbirlərin artırılması vacib addımlardır.
Yəqin ki, cinslərin oturuşmuş rolları və dərin kök atmış mədəni amillər gələcək tərəqqiyə mane olur. Yalnız problemin kökündə duran səbəblərlə məşğul olsaq, səylərimiz səmərəli olar. Mədəni dəyişikliyə ehtiyac vardır. Bu dəyişiklik yalnız məktəbdə və ailələrdə maarifləndirmə vasitəsilə və medianın bu sahəyə tam cəlb olunması ilə mümkündür. Gender stereotipləri qaldıqca ayrı-seçkilik davam edəcək, çünki bu gün qadınların inkişafında əsas maneə qanunlar və ya qanun qüvvəli aktlar deyil, məhz onlardır.
Hazırkı iqtisadi və sosial böhran şəraitində gender bərabərliyi siyasətlərinə diqqətin azalması riski mövcuddur. Bu, yanlışlıq olardı. Bu siyasətlərə məsrəflər kimi deyil, investisiyalar kimi baxılmalıdır. Onlar cəmiyyətin bütün üzvlərinin - istər qadınların, istərsə də kişilərin səriştəsindən, bacarıqlarından və yaradıcı imkanlarından tam istifadə etməyə imkan verməklə cəmiyyətə əhəmiyyətli dərəcədə kömək edə bilər.
Ayrı-seçkiliklə mübarizə uzun bir yoldur, amma biz məsafəni qısaltmalıyıq. Bu yaxınlarda Barak Obama Amerika Birləşmiş Ştatlarının prezidenti olmuş ilk qaradərili amerikalı oldu. Bir gün ABŞ-ın qadın prezidenti də olacaq və bu, dönüş dövrü olacaq. Avropada artıq bir neçə qadın seçkili dövlət və ya hökumət başçıları olublar.
Yalnız bir dəfə Avropa Şurasının Baş katibi qadın olub. Mən Avropa Şurasının Baş katibinin müavini seçilən ilk qadınam. Şəxsi səviyyədə nailiyyət sayılan bir şeyə sistemin uğursuzluğu kimi də baxmaq olar. Gələcəkdə qadının mühüm vəzifəyə seçilməsi və ya təyin olunması, yaxud kişilərin onilliklər və ya hətta yüzilliklər boyu həyata keçirdikləri bir şeyə qadının nail olması heyrətləndirici xəbər olmayanda qadınlarla kişilər arasında bərabərlik reallığa yaxın olacaq.
Kişilərlə qadınlar arasında qanunda və praktikada bərabərlik insan hüquqlarının və demokratiyanın ayrılmaz tərkib hissəsidir. Biz bərabərsizliyin saxlanmasını özümüzə rəva görə bilmərik, çünki bərabərlik olmadan demokratiya natamam olur.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

