Əli Kərimlinin “rəngli yalanlar”ı...
04.06.2021 [16:09]
44 günlük Vətən müharibəsinin bitməsinin ardından sosial şəbəkələrdə qələbəmizə qarşı çirkin kampaniyalar aparan, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətə qara yaxmağa cəhd göstərən radikal müxalifət düşərgəsi bununla əsl simasını bir daha ortaya qoydu. Lakin şanlı Zəfərimizin ilk günlərindən etibarən ordumuzu və dövlətimizi hədəfə alan bu ünsürlərin həmin cəhdləri də iflasa uğradı. Çünki Azərbaycan xalqı reallığı görür və dəyərləndirir. Xalqımız dağıdıcı düşərgə mənsublarını da yaxşı tanıyır. Bunu anlayan radikal düşərgə təmsilçiləri indi də öz yalanlarını başqa bir mövzu üzərində fokuslaşdırmağa çalışırlar. Elə AXCP sədri Əli Kərimlinin son “çabaları” da bunu təsdiqləyir.
Belə ki, o, indi də qazilərimizə göstərilən dövlət dəstəyini inkar etmək üçün min bir yola baş vurur, özünün guya haqlı olduğunu göstərmək üçün “rəngli yalanlar” danışır.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib ki, ölkəmizdə şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının sosial problemlərinin həlli ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirilir. Müharibə iştirakçılarına, qazilərə verilən aylıq müavinətlərin dövlət başçısının müvafiq qərarı ilə artırıldığını, hətta müharibə iştirakçıları ilə bağlı ortaya çıxa biləcək hər hansı bir formal problemin operativ şəkildə öz həllini tapması üçün müvafiq Komissiyanın yaradıldığına diqqət çəkən millət vəkili vurğulayıb ki, bu gün ölkəmizdə şəhid ailələrinin, qazilərin sosial problemlərin həlli həm cəmiyyət, həm də dövlətimiz üçün əsas prioritetlərdən sayılır: “Ötən il Prezident İlham Əliyev şəhid ailələrinin, Vətən müharibəsi əlillərinin sosial müdafiəsinin gücləndirilməsinə hesablanan bir sıra sənədlər imzalayıb. 2020-ci ilin dekabrında təsdiq olunmuş yeni sosial dəstək paketinə əsasən, şəhid ailələrinə, qazilərə verilən aylıq müavinətlər artırılıb. Bundan başqa, əlillik dərəcəsinə görə verilən müavinətlər 40 faiz artırılıb. Qazilərin sosial rifahının yüksəldilməsinə xidmət edən addımlar, Fərman və sərəncamlar Vətən uğrunda döyüşən insanlara verilən yüksək dəyərin göstəricisidir”.
Dağıdıcı ünsürlərin sosial şəbəkələrdə yaydığı yuxarıda bəhs edilən mövzu ilə bağlı silsilə yalanlarına gəlincə, millət vəkili deyib ki, ölkəmizin inkişafını, torpaqlarımızın düşmən işğalından azad olunmasını həzm edə bilməyən radikal müxalifət öz yalanları ilə ermənipərəst dairələrin xildmətçiliyini yerinə yetirdiklərini bir daha ortaya qoyur: “Ən əsası isə bu cür mənəvi məsələləri siyasi manipulyasiya vasitəsinə çevirməyə çalışan radikal müxalifət bir daha hansı simaya malik olduğu təsdiqlənir”.
Milli Məclisin deputatı Vüqar İskəndərov da ölkəmizdə şəhid ailələrinin və qazilərin sosial təminatı, həmçinin qazilərin reabilitasiyası istiqamətində mühüm addımların atıldığını deyib. Millət vəkli qeyd edib ki, dağıdıcı müxalifətin aktiv döyüşlərin davam etdiyi və post-müharibə dövrlərindəki mövqeləri və fəaliyyəti hər kəsə bəllidir. Bu mənada, dağıdıcıların ölkəmizdə istər şəhid ailələrinin, istərsə də qazilərin sosial rifahının yüksəldilməsi üçün davamlı olaraq həyata keçirilən tədbirlərə qara yaxmaları təəccüblə qarşılanmamalıdır: “Torpaqlarımızın işğaldan azad edilməsində sağlamlıqlarını itimiş insanlar dövlətin diqqət və qayğısı ilə əhatə olunub. İstər birinci, istərsə də ikinci Qarabağ müharibəsində əlil olmuş hərbçilərin reabilitasiyası, onların müasir protezlərlə təmin edilməsi məsələsi öz həllini tapır. Hətta dövlətimizin apardığı siyasətə dəstək olaraq bir sıra addımlar da atılır. Həmçinin “YAŞAT” Fondu tərəfindən hərbçilərimizin müalicə üçün xarici ölkələrə göndərilməsi, onların sağlamlıqlarının qorunması üçün davamlı addımlar atılır. Eləcə də bu yaxınlarda keçirilmiş “YAŞAT” marafonu şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsinə mühüm töhfələrdəndir. Bütün bunların fonunda radikal müxalifətin danışdığı yalanlar isə əsasız və qərəzlidir”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15

