AZƏRTAC ilə “China Daily” qəzeti arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyur
25.06.2021 [09:35]
Çinin ingilisdilli “China Daily” qəzeti 40 illik yubileyi münasibətilə dost agentlik olan AZƏRTAC-ın təbrik məktubunu dərc edib.
AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın vitse-prezidenti Aslan Aslanovun nəşrin baş redaktoru Cou Şuçuna ünvanlandığı məktubda vurğulanır ki, əsrlərə söykənən Azərbaycan-Çin dostluq münasibətləri hazırda bütün sahələrdə uğurla inkişaf edir. Dövlət başçıları İlham Əliyev və Si Cinpin ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xüsusi önəm verirlər. Bununla bağlı media qurumlarının üzərinə də mühüm vəzifələr düşür. AZƏRTAC ilə “China Daily” qəzetinin yeni mərhələyə qədəm qoyan əməkdaşlığı ölkələrimizin və xalqlarımızın dostluğunun möhkəmlənməsinə mühüm töhfələr verir.
Qeyd edək ki, “China Daily” qəzeti ötən 40 ildə böyük inkişaf yolu keçərək, milli nəşrdən dünya səviyyəli media qurumuna çevrilib. Hazırda qəzetin çap versiyasının abunəçilərinin və rəqəmsal platformalar üzrə oxucularının sayı 350 milyon nəfərdən çoxdur.
AZƏRTAC-ın “China Daily” ilə əlaqələrinin təməli 2018-ci ildə Şanxay Əməkdaşlıq Təşkilatının Pekində keçirilən birinci Media Sammiti zamanı qoyulub. Sammit çərçivəsində qəzetin rəhbərliyi ilə keçirilən görüşdə tərəflər arasında əlaqələrin genişləndirilməsinə dair razılıq əldə olunub. O vaxtdan başlayaraq AZƏRTAC və “China Daily” xəbər mübadiləsi ilə yanaşı, jurnalistlərin təlim proqramları da daxil olmaqla, birgə layihələr həyata keçiriblər. İki ölkə arasında informasiya mübadiləsindəki fəallığına, nəşrin həyata keçirdiyi layihələrdə fəal iştirakına görə AZƏRTAC-a “China Daily”nin “Fəxri beynəlxalq media tərəfdaşı - 2019” mükafatı təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59

