Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Novruz Məmmədov: Bu gün həm regional elita, həm də beynəlxalq aləm Azərbaycanın mövqeyini anlayır və dəstəkləyir

Novruz Məmmədov: Bu gün həm regional elita, həm də beynəlxalq aləm Azərbaycanın mövqeyini anlayır və dəstəkləyir

02.06.2010 [08:40]

“Son vaxtlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı proses müəyyən mənada intensivləşib. Biz ümid edirik ki, bu, münaqişənin ədalətli, beynəlxalq hüquq normaları çərçivəsində həllinə öz təsirini göstərəcək”. APA-nın məlumatına görə bu fikirləri Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib: “Düşünürəm ki, bu gün həm regional elita, həm də beynəlxalq aləm Azərbaycanın mövqeyini anlayır və dəstəkləyir. Bu münaqişənin həllinin vacibliyini daha dərindən, daha ədalətli başa düşürlər”. Novruz Məmmədov İsrail hərbçilərinin Qəzzaya humanitar yardım aparan gəmilərə hücumuna münasibət bildirərkən deyib ki, baş vermiş hadisə bizi çox narahat edir: “Biz də narahatıq ki, humanitar karvan silahlı hücuma məruz qalıb”. Şöbə müdiri bildirib ki, Azərbaycan bu hadisədə insanların həlak olmasını, yaralanmasını pisləyir: “Bununla bağlı artıq müxtəlif bəyanatlar verilib, mənə elə gəlir ki, baş vermiş hadisə ilə bağlı təhqiqat aparılmalı və bu hadisəyə ədalətli qiymət verilməlidir”.

Paylaş:
Baxılıb: 1104 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30