Azərbaycan bu dəfə də qardaş ölkə Türkiyənin yanındadır, onunla həmrəydir
03.06.2010 [10:00]
Məlum olduğu kimi, İsrail ordusu mayın 31-də Qəzza sektoruna humanitar yardım aparan 6 gəmidən ibarət karvana hücum edib. Qəzza sektoruna gedən gəmilərə İsrail əsgərləri vertolyotdan enib və atəş açıblar. Baş vermiş faciə nəticəsində 10-dan artıq insan ölüb, 30 nəfər yaralanıb. İsraillilər 1 gəmini sıradan çıxarıblar. Hücum anında gəmilər İsrailin sahil sularından 70 mil uzaqlıqda olub. Hücumdan sonra gəmilərlə əlaqə kəsilib. “Mavi Mərmərə” gəmisində 70 nəfər könüllü olub. Onların arasında Avropa Parlamentinin deputatları, jurnalistlər, 1976-cı ildə Nobel sülh mükafatına layiq görülmüş Şimali İrlandiyalı Mairead Corrigan Maguire də olub.
Qeyd edək ki, HƏMAS Qəzza sektorunda 3 il əvvəl hakimiyyətə gəlib və bundan sonra İsrail Qəzza zolağını blokadaya alıb. İsrail humanitar yük daşıyan gəmiləri Qəzza sektoruna buraxmayacağını bəyan etmişdi. Ancaq heç kəs İsrailin silaha əl atacağını gözləmirdi...
Əlbəttə ki, bu insidentdən sonra dünyanın böyük dövlətləri - ABŞ, Rusiya, çin, Fransa, İran - öz nahatlıqlarını ifadə ediblər və bunu beynəlxalq hüquqa hücum kimi dəyərləndiriblər. İsrailin Qəzza sektoruna humanitar yardım aparan gəmilərə qarşı beynəlxalq sularda həyata keçirdiyi hərbi əməliyyat zamanı güc tətbiqi nəticəsində insanların qətlə yetirilməsi beynəlxalq ictimaiyyətin hiddətinə və ciddi narazılığına səbəb olub. Bununla yanaşı, Türkiyənin müraciəti əsasında BMT TŞ-nın iclası çağırılıb və BMT Təhlükəsizlik Şurası İsrailin hərbi aksiyasını pisləyib, məsələnin araşdırılmasını, cinayəti törətmiş şəxslərin cəzalandırılmasını, əsir və girovların azad edilməsi tələb edib.
Bir sözlə, İsrail humanitar yardım aparan gəmilərə hücum edib və ortada faciəli nəticə var. Amma bu gün müzakirə obyekti olan daha bir məsələ də var ki, bu da etnik və dini identikliyin özünü nümayiş etdirməməsidir. Yəni, İsrail Türkiyənin gəmisinə hücum edəndən sonra, ilk olaraq, bu məsələdə qətiyyətli mövqe ortaya qoyan məhz, türk və ərəb dövlətləri olmalı idi.
Azərbaycan öz həmrəyliyini, mövqeyini qətiyyətlə nümaiş etdirib. Azərbaycan Respublikası İsrail hərbçilərinin insan tələfatına səbəb olmuş aksiyasını qətiyyətlə pisləyib və narahatlığını ifadə edib. Azərbaycan XİN bu hadisənin qısa müddətdə araşdırılmasının və günahkarların cəzalandırılmasının zəruriliyini bəyan edib. Azərbaycan Qəzza sektorunda yaşayan əhaliyə humanitar yardım göstərilməsinin tərəfdarıdır.
Azərbaycanın ictimaiyyət nümayəndələri, politoloqlar, ziyalılar, QHT və KİV nümayəndələri, sıravi vətəndaşlar İsrailin hərbi aksiyasını qətiyyətlə pisləyir, belə hallara qarşı əməli tədbirlərin görülməsini, cinayəti törətmiş şəxslərin cəzalandırılmasını, Qəzza sektoruna humanitar yardımın çatdırılmasına tətbiq olunmuş məhdudiyyətlərin aradan qaldırılmasını tələb edir.
Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov İsrail hərbçilərinin Qəzzaya humanitar yardım aparan gəmilərə hücumuna münasibət bildirərkən deyib ki, baş vermiş hadisə bizi çox narahat edir: “Biz də narahatıq ki, humanitar karvan silahlı hücuma məruz qalıb”.
Şöbə müdiri bildirib ki, Azərbaycan bu hadisədə insanların həlak olmasını, yaralanmasını pisləyir: “Bununla bağlı artıq müxtəlif bəyanatlar verilib, mənə elə gəlir ki, baş vermiş hadisə ilə bağlı təhqiqat aparılmalı və bu hadisəyə ədalətli qiymət verilməlidir”.
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Aydın Mirzəzadə deyib ki, İsrail bu addımını heç cür təmizə çıxara bilməz. Bu hadisənin zəncirvari olaraq, digər hadisələrin yaranmasına səbəb olduğunu deyən millət vəkili buna təəssüf etdiyini bildirib. Millət vəkili Azərbaycanın bu məsələdə açıq mövqe bildirdiyini, İsrailin addımını pislədiyini diqqətə çatdırıb: “Azərbaycanın mövqeyi ortadadır. Azərbaycan Türkiyə və İsraillə yaxşı münasibətləri olan ölkə kimi açıq mövqe nümayiş etdirdi”.
Azərbaycan Milli Məclisinin yəhudi əsilli deputatı Yevda Abramov da Aralıq dənizində baş verən insidentlə əlaqədar Türkiyə ilə İsrail arasında yaranmış vəziyyəti şərh edərək baş verənləri pisləyib: “Mənim başqa mövqeyim ola bilməz. Ortada insan tələfatı var. İnsan tələfatına yol verəni isə hansı dövlət olmasından asılı olmayaraq, qınayıram”.
Millət vəkili, eyni zamanda, söyləyib ki, bəzi media qurumları Azərbaycanı qınayır ki, guya Türkiyənin yanında deyil: “Amma Azərbaycan daim Türkiyənin yanındadır”.
Görünən odur ki, Azərbaycan dövləti və ictimaiyyəti həmişə olduğu kimi, bu dəfə də Türkiyənin yanında olduğunu, dost və qardaş ölkənin mövqeyini birmənalı şəkildə dəstəklədiyini, onunla həmrəy olduğunu əyani şəkildə nümayiş etdirir.
Təəssüf ki, digər türkdilli dövlətlər Azərbaycan kimi qətiyyətli mövqe nümayiş etdirmir, passiv seyrçi olaraq məsələləri kənardan müşahidə etməyə üstünlük verirlər. Bu mövqe türkdilli dövlətlərin dövlət və hökumət başçılarının zirvə toplantılarında, o cümlədən 2009-cu ildə keçirilmiş Naxçıvan sammitində qəbul olunmuş qərarların ruhuna uyğun deyil.
Digər təəssüf doğuran fakt isə bu məsələdə ərəb dövlətlərinin həmrəylik, vahid mövqe nümayiş etdirməmələridir. Məgər Türkiyə ərəbləri nə vaxtsa, köməksiz və ya dəstəksiz qoyubmu? Sadəcə bir misal gətirməkləTürkiyənin ərəbləri necə müdafiə etdiyini sübut etmək olar. ötən il Davos forumunda “one minute” böhranı zamanı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan İsrailin fələstinlilərə qarşı həyata keçirliyi aqressiya siyasətinə etiraz etmişdi. Onun bu mövqeyi isə Türkiyənin İsraillə münasibətlərinə mənfi təsir etmişdi. Rəcəb Tayyib Ərdoğan bunu ərəblərin hüquqlarının müdafiəsi üçün etmişdi. Bu gün Türkiyəyə qarşı təcavüz olur, amma ərəb dövlətlərindən səs çıxmır. O zaman ortaya belə bir sual çıxır: əgər Türkiyə ərəblərə görə müharibəyə girərsə, ərəb dövlətləri türklərə dəstək verəcəkmi?
Düşünürük ki, bu faciə etnik və dini həmrəyliklə bağlı bir çox məqamlara aydınlıq gətirdi və Türkiyə dövləti özü aydınlaşdırdı ki, kim onun əsil qardaşıdır.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxSiyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27

