Antimilli ünsürlər xalqımızın hansı faciələri yaşamasına səbəb olduqlarını unutmamalıdırlar
19.08.2021 [09:50]
Hər zaman dövlətimizə və xalqımıza qarşı fəaliyyəti ilə “fərqlənən” radikal müxalifət öz xislətindən əl çəkmir. Dağıdıcılar bu dəfə də Vətən müharibəsindəki tarixi qələbəmizi hədəfə alıblar. Lakin “ayıbına kor olmaq” əvəzinə yenidən çirkin yalanlarla özünü siyasət meydanına atmağa cəhd göstərənlər - radikal düşərgə təmsilçiləri unudurlar ki, Vətən müharibəsi zamanı minlərlə igid oğullarımızın qanı bahasına işğaldan azad edilmiş torpaqlar 29 il əvvəl məhz onların hakimiyyət hərisliyinin qurbanına çevrilmişdi. Məhz Şuşa şəhərinin, ardından isə Laçın rayonunun ermənilər tərəfindən işğal olunmasına şərait yaradan AXC-”Müsavat” cütlüyü bundan “tramplin” kimi istifadə edərək silahlı çevriliş nəticəsində hakimiyyəti qəsb etmişdi. Bu isə Azərbaycan xalqına edilmiş bir xəyanət idi. Bu cütlük tərəfindən atılan növbəti addım isə 1993-cü ilin aprelində Kəlbəcərin xəyanət nəticəsində düşmənə təslim edilməsi oldu. Yeri gəlmişkən, bu günlərdə Kəlbəcər və Laçın rayonlarına səfəri çərçivəsində Kəlbəcər şəhərində Dövlət bayrağının ucaldılması mərasimində çıxış edən Prezident İlham Əliyev vurğulayıb ki, Kəlbəcərin işğal altına düşməsi xalqımızın böyük faciəsi idi. Çünki Laçın və Şuşa 1992-ci ilin may ayında işğal altına düşəndən sonra ermənilərin növbəti hədəfi Kəlbəcər idi. Şuşa və Laçının işğalı ilə bağlı artıq Azərbaycanda çox dəqiq təsəvvür var. Hər kəs bilir ki, Şuşa və Laçının işğala məruz qalması AXC-”Müsavat” cütlüyünün xəyanəti nəticəsində baş vermişdir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov bildirib ki, 1990-cı illərin əvvəlində Azərbaycanda gedən hakimiyyət uğrunda mübarizədə qalib gəlmək üçün AXC - “Müsavat” cütlüyü hər bir xəyanətə imza atmağa hazır idi. 1992-ci ildə Şuşa və Laçın indiki radikal müxalifətin vəzifə hərisliyi ucbatından işğal edildi: “Beləliklə AXC-”Müsavat” cütlüyü silahlı dövlət çevrilişi nəticəsində hakimiyyətə gəldi. Məhz onların yaratdığı xaos, siyasi böhran, özbaşınalıq 1993-cü ilin aprelində Kəlbəcərin də ermənilər tərəfindən işğal edilməsi ilə nəticələndi. Avqustun 16-da Kəlbəcər şəhərində Dövlət bayrağının ucaldılması mərasimində çıxış edən Prezident İlham Əliyev bildirib ki, Şuşa və Laçının işğal altına düşməsi sırf AXC-”Müsavat” cütlüyünün xəyanətidir, satqınlığıdır. Kəlbəcər rayonu işğal altına düşəndə artıq AXC-”Müsavat” cütlüyü öz çirkin məqsədlərinə çatmışdı, hakimiyyətdə idi. Bəli, bugünkü nəsil o tarixi oxumalıdır, öyrənməlidir. Vətən müharibəsindəki qələbəmizə qara yaxmaq istəyənlər, antimilli ünsürlər xalqımızın hansı faciələri yaşamasına səbəb olduqlarını unutmamalıdırlar”.
Milli Məclisin deputatı Vüqar İskəndərov da Vətən müharibəsi zamanı igid oğullarımızın qanı bahasına işğaldan azad edilmiş torpaqların 29 il əvvəl məhz indiki radikal müxalifət təmsilçilərinin hakimiyyət hərisliyinin qurbanına çevrildiyini diqqətə çatdırıb. Millət vəkilinin sözlərinə görə, avqustun 16-da Kəlbəcər şəhərində Dövlət bayrağının ucaldılması mərasimində çıxış edən Prezident İlham Əliyev bildirdi ki, Kəlbəcər 1993-cü il aprel ayının əvvəlində işğal altına düşmüşdü və bunun da günahkarı AXC-”Müsavat” cütlüyüdür, AXC-”Müsavat” hakimiyyətidir. Onların xəyanətkar, satqın, antimilli hakimiyyəti Kəlbəcərin işğalını şərtləndirdi: “Görünən isə budur ki, 1990-cı illərin əvvəlində Azərbaycan torpaqlarının işğalına rəvac verən bugünkü radikal müxalifət ötən müddətdə baş verənlərdən nəticə çıxarmayıb, əksinə, İkinci Qarabağ müharibəsindən sonra da ordumuza, haqq işimizə şər ataraq düşmən “dəyirmanına su tökürlər”. Bu da onların xəyanətkar xislətlərindən heç zaman əl çəkməyəcəklərini bir daha təsdiqləyir”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

